Hazirladi: VƏLİyev ziYA


Şəxsiyyətin psixoloji strukturu şəxsiyyətin davamlı komponentlərinin (tərəflərinin) qarşılıqlı əlaqə və təsirini ifadə edən bütöv bir modeldir



Yüklə 0,97 Mb.
səhifə3/6
tarix01.01.2022
ölçüsü0,97 Mb.
#50802
1   2   3   4   5   6
mövzu 6

Şəxsiyyətin psixoloji strukturu şəxsiyyətin davamlı komponentlərinin (tərəflərinin) qarşılıqlı əlaqə və təsirini ifadə edən bütöv bir modeldir.

  • Şəxsiyyətin psixoloji strukturu şəxsiyyətin davamlı komponentlərinin (tərəflərinin) qarşılıqlı əlaqə və təsirini ifadə edən bütöv bir modeldir.
  • İstənilən modeldə olduğu kimi, psixoloji strukturda da şəxsiyyətin ən əhəmiyyətli xarakteristikaları fərqləndirilir. Bunlara aşağıdakılar aiddir:
  • şəxsiyyətin yönümü (müəyyən sahələrə maraq və meylləri);
  • temperamenti (davranışın dinamik xarakteristikası);
  • xarakteri (dünyaya və insanlara münasibəti);
  • iradi keyfiyyətləri (davranışı iradi tənzimləmə bacarığı);
  • qabiliyyətləri (bu və ya digər sferada uğur qazanmağa hazır olma);
  • emosiyaları (bu və ya digər emosiyalara meyllilik, ümumi emosionallıq);
  • motivasiyaları (bu və ya digər tələbin, motivlərin üstünlük təşkil etməsi).

ŞƏXSİYYƏTİN TİPLƏRİ

Fleqmatik: introvertdir, güclü, müvazinətli, amma ətalətli sinir sisteminə malikdir. O, məqsədinə çatmağı bacarır, uzun müddət inadla işləməyi bacarır, dözümlüdür, güclü iradəyə malikdir, emosional olaraq davamlıdır, etibarlıdır.

Melanxolik: introvertdir, zəif, müvazinətsiz sinir sisteminə malikdir. O, inad-kar deyil, tez yorulur. Onun iş qabiliyyətliliyi zəifdir, uzun müddət müxtəlif hadi-sələrin təsiri altında yaşayır, xeyirxahdır, onun qəlbini qırmaq asandır.

Sanqvinik: ekstravertdir, güclü, tarazlı, hərəki sinir sisteminə malikdir. O, emosional cəhətdən stabildir, aktivdir, enerjilidir, yeni şəraitə asanlıqla uyğunlaşır, maraq göstərdiyi işdə məhsuldardır, yeni fəaliyyət növlərinə asanlıqla keçid edir, ünsiyyətcildir.

Xolerik: ekstravertdir, güclü, müvazinətsiz, hərəki sinir sisteminə malikdir. O, emosional cəhətdən qeyri-stabildir, reaksiyaları sürətlidir, enerjilidir, hökm-ranlığa meyllidir, mürəkkəb məsələlərin həllini öz öhdəsinə götürməyi, insanlara rəhbərlik etməyi bacarır, fəallığı dövri xarakter daşıyır.


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin