Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ


Test 1.3. İnadkarlığın qiymətləndirilməsi



Yüklə 1,4 Mb.
səhifə93/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   89   90   91   92   93   94   95   96   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

Test 1.3. İnadkarlığın qiymətləndirilməsi
Metodika Y. P. İlyin və Y. K. Feşenko tərəfindən hazırlanıb.

Test


Sizə müxtəlif vəziyyətlər təqdim olunur. Özünüzü həmin vəziyyətlərdə hiss edərək verilənlərlə razısınızsa “+”, razı deyilsinizsə “‐” işarəsini qoyun.

  1. Əgər vacibdirsə, mən darıxdırıcı işi də axıra qədər görməyə çalışıram.

  2. Əsasən həvəsim olanda işləyirəm.

  3. Çətin məsələləri, tapmacaları, ümumiyyətlə, çətin deyilən hər şeyi həll etməyi xoşlayıram.

  4. Əgər başladığım işdə hər şey yolu ilə getməsə belə, yaranan problemləri həll edərək onu davam etdirməyə çalışıram.

  5. Çox vaxt günümü planlaşdırıram, amma riayət edə bilmirəm.

  6. Mümkün qədər çətin işdən qaçmağa çalışıram.

  7. Əgər məndə nəsə alınmırsa, onu yenə də və yenə də etməyə çalışıram.

  8. Günümü planlaşdıraraq ona ciddi surətdə riayət edirəm, bəzən istəmədiklərimi etmək lazım olduqda belə.

  9. Çətinliyə düşdükdə mən tez‐tez şübhələnməyə başlayıram: görəsən başladığımı davam etdirməyə dəyərmi?

  10. Əgər kimsə mənə nəyisə etməyə icazə vermirsə, mən yenə də onu etməyə çalışıram.

  11. İşim düz gətirməyəndə mən səbirsiz oluram.

  12. Mən şahmat və ya digər bir oyun oynadıqda, son gedişə kimi mübarizə aparıram.

  13. Mübahisə zamanı mən əsasən digərlərinin fikrini dəyişməyə çalışmıram.

  14. Hər zaman mənə tapşırılan işi sona qədər etməyə çalışıram, hətta çətinliklər yarandıqda belə.

  15. Əgər düz olduğumu bilirəmsə, hər zaman öz fikrimdə qalıram.

  16. Çətin məsələnin həllində yalnız özümə arxayın oluram, digərlərinə yox.

  17. Mübahisə zamanı opponentimin təzyiqi qarşısında tab gətirə bilmərəm.

  18. Əgər düz yolda olmağıma əminəmsə, doğruluğumu sübut etmək üçün hər şey etməyə hazıram, hətta mənə mane olsalar belə.

Cavabların qiymətləndirilməsi: 1, 3, 4, 7, 8, 10, 12, 14, 15, 16, 18‐də verilən hər “bəli” cavabına və 2, 5, 6, 9, 11, 13, 17‐də verilən hər “xeyr” cavabına görə 1 bal hesablanır. Nə qədər çox bal toplanılarsa, insan bir o qədər inadkardır.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin