Mos (2: 6) yuxunu “sən yuxulayarkən nəsə haqqında fikirləşirsən və onu görürsən” kimi təsvir edir.
− Yuxu haradan gəlir? − O, sənin bütün gün ərzində haqqında fikirləşdiklərinin nəticəsidir. − Yuxu haradadır? − Sənin önündə. − Kimsə onu görə bilər? − Oh, yox. − Nə üçün yox? − O, görünməzdir (Bu ifadə çox inandırıcıdır və onu göstərir ki, Mos çöldə gördüyümüz görüntülər haqqında yox, görünməz, düşüncənin proyeksiyası olan görüntülərdən danışır.) − Yuxu gözün önündədir? − Yox. − Bəs haradadır? − Bir az uzaqda. − Harada uzaqda? − Yuxu gəlib‐gedən və görə bilmədiyin şeydir. Mith (7 ½) : − Sən bilirsənmi yuxu görmək nə deməkdir? − Bəli. − Biz nə ilə yuxu görürük?
−
Gözümüz ilə.
−
O haradan gəlir?
−
Ürəkdən.
−
Sən yuxunu görərkən o harada olur?
−
Yuxunun özündə, ağlımda.
−
O, həqiqətən və fiziki olaraq oradadırmı?
−
Yox.
−
Bəs harada?
−
Çöldə.
−
Çöldə harada?
−
Otaqda.
Card (9 ½) Yuxu onun üçün “Sən fikirləşəndə ki ev yanır, sən yanacaqsan” kimidir.
Gren (13; 6) : − Yuxu haradan gəlir? − Sən nəsə fikirləşəndə. O bizim özümüzdən gəlir (Alnını göstərir) . − Yuxu haradadır? − Burada (30 sm gözünün önünü göstərir).
Kenn (7 ½) Yuxu “sən nəyisə ağlında quranda” əmələ gəlir. Və biz ağzımızla yuxu görürük.
−
Yuxu görəndə sənin gözlərin bağlıdır, yoxsa açıq?
−
Bağlı.
−
Mən orada olsaydım, sənin gördüyün yuxunu görə bilərdim?
−
Yox. Sən onu görə bilməzsən, çünki o sənə yaxın olmayacaq.
Yuxarıdakı misallar yuxunun nə olduğunun kəşfinin onun harada olmasına olan inancı nə qədər köklü dəyişdiyini göstərir. Kenn yuxunu ağzı ilə gördüyünü desə də, onu heç kimin görə bilməyəcəyinə dəlil olaraq yuxunu məktəbdə, yəni baş verdiyi yerdə yerləşdirir. Kenn yuxunun onu məktəbə götürdüyünə inanmır. Sadəcə olaraq, yuxuda gördüyü görüntünün məktəbdə olduğuna inanır. Onun yaşında olan uşaqların danışığında, günəşin adının günəşdə olduğuna inandıqları kimi. Buna baxmayaraq, ikinci səviyyənin uşaqlarının əksəriyyəti yuxunu gözləri ilə 30 sm məsafədə yerləşdirir.
Mülahizələrin 100 faiz doğru olduğunu demək üçün biz, ilk öncə daha yüksək inkişaf edən uşaqları sorğu‐sual etməliyik.
Drap (15) :
−
Sən düşüncəni görə bilərsən?
−
Bəli, yuxuda. Yuxu görməzdən əvvəl sən nəsə haqqında fikirləşirsən və onu görürsən.
Önümdə. Onu görə bilərsən, ancaq toxuna bilməzsən.
−
Niyə önündə?
−
Çünki o sənin içində olsaydı, onu görə bilməzdin (Birinci səviyyədən olan Barbın fikrinin eynisi).
Drap daha düzgün fikirləşir. Çünki ona görə yuxu heç bir yerdə deyil. Yəni yuxu fiziki varlıq deyil. Ancaq o, hələ də yuxunun onun önündə olduğuna inanır.
Biz yuxunun daxili mahiyyətini Drapa başa salmağa çalışdıq.
−
Sən indi məni görürsən? Keçən il məni gördüyünü xatırlaya bilərsənmi?
−
Bəli.
−
Sənin xatırladığın o şey haradadır?
−
Gözümün önündə.
−
Niyə?
−
Çünki sən başının içini görə bilməzsən. O, sanki mənim gözümün önündədir.
Olmaqla görünmək arasında fərqi başa düşəndən sonra (sanki), Drap sonda razılaşır ki, yuxu onun başındadır. O, yuxunun başının içində olduğunu başa düşür.
Ona verdiyimiz izahata olan təəccübü aydın şəkildə göstərir ki, o, əvvəllər olmaq və görünmək arasındakı fərqi başa düşməyib.
Pug (7;2) :Yuxu, ona görə, “gerçək olmayan şeyləri görməkdir”
−
Sənə bunu kim deyib?
−
Heç kim.
−
Yuxular haradan gəlir? Başın içindən, yoxsa çöldən?
−
Başımdan.
−
Yuxu haradadır?
−
Önündə.
−
Harada?
−
Çox yaxında (30 cm gözünün önünə işarə edir).
−
Yuxu həqiqətən oradadır, yoxsa təxəyyüldə?
−
Bilmirəm.
−
Mən orada olsam, onu görə bilərdim?
−
Yox, çünki sən yuxuda olmayacaqdın.
Bu fikirlərdə olan uşaqları ayırdıq. Bu da qeyd olunur ki, bu uşaqlar 10‐
11 yaşındadır.
Ross (9; 9): Yuxu “Sizin bir şey haqqında fikirləşdiyiniz zamandır.
− O haradadır? O sizin qarşınızdadır? − Mənim başımda. − Sizin başınızda şəkillərin olduğu yerdə? O necə baş verir? − Xeyr, siz əvvəl etdiyiniz əməlin şəklini görürsünüz. Visc (II; I): Siz yuxunu baş vasitəsilə görürsünüz və yuxu “başdadır”.
−
O, qabağınızda deyil?
−
O, sanki siz gördüyünüz bir şeydir.
−
Qarşınızda hər hansı bir şey var?
−
Heç nə.
−
Başınızda nə var?
−
Düşüncələr.
−
Gözləriniz başınızda olan şeyləri görür?
−
Xeyr.
Bouch (11;10): “Siz əgər özünüzü yuxuda geyinmiş vəziyyətdə görsəniz, bu, o deməkdir ki, siz şəkil görürsünüz? O haradadır? Mən digər insanlar kimi geyinmiş vəziyyətdəyəm, deməli o (şəkil) mənim başımdadır, siz fikirləşməyin ki, o sizin qarşınızdadır”.
CELL (10; 7) həmçinin deyir: “Elə görünür ki, mən onu qarşımda (evdə) gördüm, ancaq o mənim başımdadır”.
Bu nümunələr uşaqların eyni və ya hətta daha mənalı suallarla qarşılaşdığı zaman özlərindən aşağı yaş həddində olan uşaqlara nisbətən necə fərqli cavab verdiklərini göstərir.
Yuxunun qeyri‐təbii görünən formasını təsvir etmək üçün lazım olan “Sən fikirləşirsən ki,” “elə görünür ki,” “sanki elədir ki” kimi ifadələrdən istifadə etmək bu yaş həddinə xas olan xüsusiyyətdir.
NƏticƏlƏr.
Bizim hal‐hazırda analiz etdiyimiz nəticələr ilə öz çalışmamızın nəticəsi bir‐birinə çox oxşardır. Və iki qrup arasında gözə çarpan paralellik var. Uşaqların fikir və sözlərlə ifadə olunan ideyaları realizmin üç fərqliliyi və ya belə demək olarsa, üç “adualism ”ilə xarakterizə edilmiş kimi görünür.
Bütün üçlüklər yuxu zamanı mövcud olur və yavaş‐yavaş digər adlar kimi yox olur.
Birinci, uşaqlar işarə ilə göstərilmiş şey və ya zehni obyektlər və onun təqdim etdiyi şeyləri qarışdırırlar, onun mənbəyini müəyyənləşdirməyə ça‐
lışırlarr.