Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ



Yüklə 1,4 Mb.
səhifə88/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   84   85   86   87   88   89   90   91   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

HAD (6; 6):
Sən bilirsən yuxu nədir?
Sən yuxudasan. Nəsə görürsən.




Haradan gəlir?
Səmadan.
Sən onu görə bilirsən?
Yox (!).... həə, yuxuda olanda.
Mən də yatsaydım, yuxunun haradan gəldiyini görərdim.



Yox.



Niyə yox?



Çünki sən yuxuda olmayacaqdın.



Sən ona toxuna bilərsən?



Yox.



Niyə yox?



Ona görə ki, o bizim qarşımızdadır. Sən yuxuda olanda yuxu görürsən, ayıq olanda isə yox.

KUN (7; 4) :



Yuxular “gecədən gəlir”.



Onlar hara gedir?



Hər yerə



Sən nə ilə yuxu görürsən?



Ağzım ilə.



Yuxu haradadır?



Gecədə.



Yuxu harada baş verir?



Hər yerdə, otaqlarda, evlərdə.



Daha dəqiq harada?



Yataqda.



Sən onu görə bilərsən?



Yox, yuxu təkcə gecə olur.



Başqa kimsə bilərmi ki, sən yuxu görürsən?



Yox, o bizə çox yaxındır.



Sən ona toxuna bilərsən?



Yox, həmin vaxt mən yuxuda oluram.



Yuxu fikirlərdən əmələ gəlir?



Yox.



O haradadır?



Gecədə.



Gecədə harada?

Yaxında.
O bizim düşündüyümüz fikirlər deyil ki?
Yox.
Kimsə onu görə bilər?
Yox, çünki sən ona baxsan, o yox olacaq.
SCİ (6):



Yuxu haradan gəlir?



Gecədən.



O nədir?



O, axşamdır.



Gecə necədir?



Qara.



Yuxular necə əmələ gəlir?



Sən gözünü yumanda yuxu görürsən.



Necə?



Bilmirəm.



Yuxular harada düzəldilir?



Bax, orada (pəncərəni göstərir).



Yuxular nədən əmələ gəlir?



Qaradan.



Bəli, ancaq nədən?



İşıqdan.



Onlar hardan gəlir?



Çöldəki işıqlardan.



İşıqlar haradadır?



Orada (küçə işıqlarını göstərir).

BOURG (6):



Sən nə vaxt yuxu görürsən?






Gecə.






Sən yuxunu harada görürsən?






Səmada.






Bəs sonra?






Yuxu gecələr gəlir.
Yuxuya toxuna bilərsən?
Yox, sən görə bilməzsən... sonra da ki, yatırsan axı...







Yaxşı, bəs yuxuda olmasan?
Onda yuxu görə bilməzsən...
Sən yatarkən gördüyün yuxuları başqaları görə bilər?
Yox, çünki onda yuxuda olursan. Niyə sən onu görə bilməzsən?



Çünki gecədir.



Yuxular haradan gəlir?



Səmadan.



Yuxu görmək üçün otaqda nəsə olmalıdır?



Sən onu aydın görə bilməzsən, çünki sən həmin vaxt yuxudasan və gecədir, yəni qaranlıqdır. Ancaq kimsə onu görə bilməlidir…



Yuxular haradan gəlir?



Onlar gecədən gəlir.



Yuxu öz‐özünə gəlir?
Yox.
Yaxşı, onu əmələ gətirən nədir?

BARB (5. 1/2):



Sən heç yuxu görürsən?



Bəli, mən yuxuda görmüşdüm ki, əlimin içində deşik var.



Yuxular həqiqətdir?



Yox, onlar bizim gördüyümüz şəkillərdir.



Onlar haradan gəlir?



Allahdan.



Sən yuxu görəndə ağzın açıq olur, yoxsa bağlı?



Bağlı.



Mən sənin gördüyün yuxuları görə bilərəm?



Yox, çünki həmin vaxt sən çox uzaqda olacaqsan.



Bəs sənin anan?



Bəli, ancaq o, işığı yandırır (yəni mənim yuxumu görəndə).



Yuxu otaqdadır, yoxsa sənin içində?



O mənim içimdə deyil. Necə ola bilər ki? Olsaydı, mən onu görə bilməzdim… (!)



Bəs sənin anan onu görə bilər?



Yooox, o mənimlə yatmır, təkcə balaca bacım mənimlə yatır.

Zenq (6):




Gecə.
Yuxu haradadır?
Onlar otaqda düzəldilir.
Yuxular haradan gəlir? Səmadan.



Yuxular səmada duzəldilir?



Yox.



Onlar harada düzəldilir?



Otaqda...

RIS (8. 1/2, qız):



Yuxular haradan gəlir?



Gecədən.



Sən yuxu görəndə, yuxun harada olur?



Yatağımda.



Yatağında harada?



Otaqda, çox yaxında, mənim yanımda.



Yuxu haradan gəlir, (yuxunun mənbəyi nədir)?



Gecədən.



Mən əgər yanında olsaydım, gördüyün yuxunu görməli idim?



Yox.



Bəs sən onu görürsən?



Yox.



Yaxşı. Bəs onda o nədir?







O nədənsə əmələ gəlir, yoxsa heç nədən əmələ gəlir (yəni fiziki bir varlığı var?)



Yox, nədənsə əmələ gəlir.



Kağızdan?



(Gülür... ) Yox.



Bəs nədən?



Sözlərdən.



Bəs sözlər nədir?



(Danışır... )



Yuxuda danışırsan, düzdür? Bəs o danışıq nədən əmələ gəlir?
Səmadan.
Səmada haradan?

...
O səmada necə düzəldilir?

Yuxular öz‐özünə gəlir, yoxsa onları kimsə göndərir?
Öz‐özünə gəlir.
Nə üçün yuxu görürük?
Çünki biz bir şey haqqında düşünürük.
Rissin görüşlərində isə danışıq ilə əlaqədar bir çox fikirlər mövcuddur:



Danışıq nədən əmələ gəlir?



Havadan.



Bəs haradan gəlir?



Havadan.



Bəs yuxu?



Səmadan.

Mont (7;0) :



Mən orada olsaydım, sənin yuxunu görə bilərdim?



Bəli.



Onlar haradan gəlir?



Çöldən.



Onları nə göndərir?



İnsanlar.



Sən yuxunda nə görürsən?



Üzərindən maşın keçən adam.



Yuxun sənin qabağındadır, yoxsa içində?



Qabağımda.



Harada?



Pəncərəmin altında.



Mən orada olsaydım, onu görə bilərdim?



Bəli.



Səhər onu görə bildin?



Yox.



Niyə yox?



Çünki o yuxu idi.



Bəs, o yuxu haradan gəlirdi?
...
Onu sən düzəldirdin, yoxsa başqası?

Uşaqlarla aparılan sorğu‐suallar göstərir ki, onların fikirləri bir‐birindən fərqli olsa da, ana xətti etibarilə onlar eynidirlər. Bu uşaqlar üçün yuxu xaricdən gələn və gözlərinin önündə canlanan şəkillər və ya işıqdır. Şəkillər real hadisələri əks etdirmə baxımından xəyal olaraq qalır, ancaq fiziki varlıq etibarı ilə onlar mövcuddur. Yəni onlara görə, bu görüntülər sırf fiziki varlığa sahibdir və heç bir şəkildə əqli varlığı yoxdur.
Əsas sual belə verilirdi: “Əgər səndən başqa biri eyni otaqda olsaydı, o da sənin gördüyünü görə bilərdi?” Ən realist uşaqlar bu suala müsbət cavab verdilər. Çünki onlar fikirləşirlər ki, yuxu iştirak edən obyektlərdən törəyən və fiziki varlığı olan görüntülərdir. Bu görüntülər gecə vaxtı gəlir və onların xaricində bir yerdə, məsələn, otaqda yığışır. Ona görə də başqaları onu görə bilər. Ancaq digərləri bu fikri rədd edirlər. Maraqlıdır ki, onlar özlərinin də bu yuxuları ayıq halda görə bilməyəcəklərinə inanırlar. Ona görə ki, suala cavab verdikləri zaman yuxuda gördükləri haqqında yox, yuxunu əmələ gətirən səbəblər haqqında düşünürdülər. Bourga görə, gecə olduğuna görə, yuxunu görə bilməzsən.. Onun otağındadır deyə, fikirləşdiyi şey yuxunun səbəbidir. Bu o demək deyil ki, o, yuxunun beynində olduğunu düşünür. Onlar yuxu gördükləri zaman gözlərinin qapalı olduğunu bilsələr də, yenə də yuxunu gözləri ilə gördüklərinə inanırlar. Montun nümayəndəsi olduğu qrupdakı uşaqlardan fərqli olaraq, bu qrupdakı uşaqlar subyektivliyin başlanğıcındadırlar, ancaq onlar yenə də realistdirlər. İkinci qrup uşaqlardan fərqli olaraq, birinci qrup uşaqlar hələ də sadə realizmin təsiri altındadırlar. Düzdür, ikinci qrup uşaqlarda da bu var, ancaq ifadə etmək istədikləri zaman çətinlik çəkirlər.
Yuxunun yerini bilməkdə də iki qrupun fərqli cavabı var. Birinci qrupdakı uşaqlar yuxunun onun baş verdiyi yerdə olduğuna inanırlar. Məsələn, əgər yuxu küçədəki adam haqqındadırsa, onda yuxu küçədədir. Ancaq, o, real deyil, yəni illüziyadır. Ancaq görüntünün fiziki varlığı da mövcuddur. Çünki onlar “olmaqla” “görünmək” arasındakı fərqi tam dərk etmirlər. Yəni yuxuda küçəni görürəm, ona görə də yuxu küçədədir. Ancaq yuxunun illüziya olduğunu bilən uşaqlarda bu bir az fərqlidir. Yəni, onlar həm də yuxunun öz otaqlarında olduğunu düşünürlər. Bunun səbəbi isə məntiqlərinin onlara qalib gəlməsidir.
İkinci qrup isə, sadəcə olaraq, yuxunun otaqlarında yerləşdiyinə inanırlar. Çünki bu uşaqların düşüncəsi yuxunun real olmadığını anlayacaq dərəcədə inkişaf etsə də, görüntünün daxili bir təsvir olduğunu başa düşəcək qədər inkişaf etməyib. Ona görə də yuxunun yerinin otaq olduğuna inanmaq realizmin subyektivizm ilə əvəz olduğuna inanmaqdır. Həqiqəti görüntüdən ayıra bilən bu qrup uşaq hələ də görüntünün mahiyyətini tam başa düşə bilmir.
Görüntüyə xarici, fiziki varlıq kimi baxmaq çox maraqlıdır və uşaqlar buna inanırlar. Məsələn, yuxunu “gördüyün şəkillər” olaraq başa düşən Barb, bizim təklifimizə baxmayaraq, yuxunun öz daxilində olduğunu heç cür qəbul etmir—“O mənim içimdə ola bilməz, çünki elə olsaydı, mən onu görə bilməzdim”.
Metr (5) :
Yuxu sənin başının içindədir?
Yox, mən yuxunun içindəyəm, yuxu mənim başımda deyil.
Bu, çox maraqlıdır. Yəni yuxu sanki məni içinə alan bir şeydir və o mənim içimdə ola bilməz. Metr “yataqda olmaq” və “yataqda olduğunu bilmək” arasındakı fərqi tam anlayır – “Sən yataqdasan ancaq bunu bilmirsən”. O, yuxunun real olmadığını tam anlayır. Və özünün də yuxuda görüntüsü ilə təsvir olunduğunu qəbul edir. Ancaq yenə də bu görüntünün qaynağı, yəni törədiyi subyekt özüdür. Bu o deməkdir ki, o, yuxuda gördükləri görüntülər ilə həmin görüntülərin əsli arasında bir bağlılıq olduğuna inanır.
Bu misallardan anlayırıq ki, bu qrup uşaqlar yuxuların özlərindən kənarda bir yerdə görüntüdən ibarət olduğuna və bu görüntünün daimi olaraq onların fiziki varlığından törədiyinə inanır (yəni canlı yayında olduğu kimi).
Sonrakı maraqlı məqam yuxunun “maddəsi” haqqında uşaqların fikirləridir. Bu barədə hər iki qrup uşaqların fikirləri oxşardır. Ancaq birindən başqa burada uşaq yuxunun gecədən və ya qaradan ibarət olduğuna inanır. Bu inanc yuxunun xarici varlığına inanmaqla bağlıdır. Yuxu çöldən gəlir. Yəni gecədən. Ona görə də yuxunun maddəsi də gecədir. Başqa hallarda isə yuxunun maddəsi olaraq onun təşkil etdiyi əsas obyektlər göstərilir. Yuxuda olan vizual görüntülərdən təsirlənən uşaqlar – hansı ki, əksəriyyət təşkil edir – yuxunun maddəsinin işıq olduğuna inanırlar. Yuxusunda səs eşidənlər onun sözlərdən, yəni havadan ibarət olduğuna inanırlar.
Yuxunun qaynağını araşdırdıqda iki tip cavab görürük. Birinci qrup uşaqlar ya heç bir izah vermir, ya da onların izahı, sadəcə olaraq, yuxunun maddəsi kimi düşündükləri şey ilə eynidir. Məsələn, uşaq deyə bilər ki, yuxu çöldən, səmadan, gecədən və ya otaqdan gəlir. Bunların hamısı eyni şeydir. Əgər uşaq yuxunun parlaq olduğunu vurğulayırsa, təbii şəkildə o, yuxusunun qaynağı kimi ayı, günəşi, küçə işıqlarını göstərir.
Ən maraqlısı, bəzi uşaqlar yuxunun onların yuxuda gördükləri adamlar tərəfindən düzəldildiyinə inanır. Məsələn, Monta görə, yuxusunun qaynağı yuxuda gördüyü adamdır. Bu tip uşaq yuxularının qaynağını yuxuda gördükləri obyektlərə bağlayırlar. Bunun səbəbini axtardıqda bu nəticəyə gəlmək olur ki, bəzi uşaqlar yuxuları bir cəza kimi görürlər. Yəni onlar bir yaramaz iş etdikdə yuxu görürlər və bununla da onlar cəzalandırılırlar. Aşağıdaki misal buna nümunədir.
BAG (7) :



Yuxunu kim göndərir?



Allah.



Necə?



O gecəni əmələ gətirir və bizim qulağımıza pıçıldayır.



Yuxular necə düzəldilir?



Sözlərlə.



Bəs onların maddəsi nədir?



Hərflər.

Bob bir yuxusunu danışır. O, yuxusunda oğru görür.
Bu yuxu haradan gəldi?
Allah göndərdi.
Nə üçün?
Məni cəzalandırmaq üçün. Çünki mən anamı incitmişdim.
SCİ (6) :



Biz niyə yuxu görürük?



Çünki işıq onları düzəldir.



Nə üçün?



Bizə cəzamızı vermək üçün.



Nə üçün?



Bizi ağıllı etmək üçün.

Bu misallardan görürük ki, uşaq üçün onun yuxusu təsadüfi hadisə deyil, daha çox hisslərinin nəticəsidir. Bəzi valideynlər uşaqların bu inancından istifadə edərək yuxularının onların etdiklərinin cəzasını çəkdirmək olduğuna inandıracaq qədər səhv hərəkət edirlər.
Məsələn, Sci, yuxularının heç bir mənəvi nəticəsi olduğuna inanmasa da bir səbəbi və hədəfi olduğuna inanır. Giamb isə yuxusunun səbəbinin yuxuda gördükləri şəxslərin etdikləri günah işlər olduğuna inanır. Giamb, Mont və Metr yuxuda gördükləri görüntüləri onları təsvir etdikləri real varlıqlar ilə əlaqələndirirlər. Giamb yuxuların törəmə yerinin başı olduğuna inansa da, yuxusunun otaqda və ya baş verdiyi yerdə olduğunu qəbul edir. Sonra da o, yuxunun səbəbinin yuxuda gördüyü şəxslərin etdiyi hərəkətlər olduğunu deyir.
Biz belə bir nəticəyə gəlirik ki, bu uşaqlar yuxulara xəyal və illüziya olaraq baxsalar da, görüntünün fiziki varlığına inanırlar. Və bu fiziki varlıq təsvir etdiyi obyektdən törəyir. Necə ki, sözlər aid olduğu obyektlərə və eyni zamanda, bizə yaxındır, eləcə də görüntülər təsvir etdikləri otağın içindədir. Bu o demək deyil ki, bu qrup uşaqlar yuxuda gördükləri görüntüləri canlı və şüurlu varlıq olaraq qəbul edirlər. Yox, sadəcə, onlar hələ görüntünün fikrin əmələ gətirdiyi bir varlıq olduğuna inanacaq səviyyədə deyillər. Uşaqlar gördükləri yuxunun təsadüfi deyil, onları cəzalandırmaq üçün olduğuna inanırlar.
Yuxunun emosional aspekti ondan ibarətdir ki, uşaqlar yuxuda gördükləri əşyaları deyil, şəxsləri yuxularının səbəbi kimi qəbul edirlər. Məsələn, uşaq əgər ayın və ya gecənin günəşi göndərdiyinə inanırsa, bu onların yuxuda ayı və ya gecəni gördüyünə dəlalət etmir. Ancaq yuxunu filan şəxs göndərdi deyirsə, demək həmin şəxsi yuxuda görüb. Bu daha realist bir baxışdır. Çünki görüntü insan qaynaqlıdırsa, o görüntünün fiziki varlığına inanmaq daha asandır, nəinki görüntünün digər əşyalardan törəməsinə. Çünki insanın görünməsi hiss və emosiyalar ilə daha çox əlaqəli və realdır.
Ümumiyyətlə, görüntü haqqında uşaqların fikirləri maraqlıdır.
14 yaşlı Dan uşaqlıqda heykəllərin canlı olmadığı haqqında ancaq düşünə bilərdi. Və ya şəkilli otaqda insanın tək olmadığına inandığını xatırlayır.
2 yaşlı Dar divardan asılmış rəsm yerə düşəndə ağlayıb, çünki düşünüb ki, şəkildəki qızlar zədə alıblar.
Bu uşaqlar tərəfindən görüntü ilə görüntünün qaynağı arasındaki əlaqə, həm də adlar və adların verildiyi əşyalar arasındakı əlaqə kimi başa düşülür.
Bütün uşaqlar ilk dəfə yuxu gördükdə onun reallığına inanırlar. Sonra ətrafındakılar və valideynlərinin təsiri nəticəsində onlar bu fikirdən daşınırlar.
14 yaşlı Danın ailəsində inanclara yer yoxdur. O deyir ki, yuxu onun üçün real bir şey idi. Başqa bir dünya... Hər kəs yuxuya gedəndən sonra o dünyaya səyahət edir. Fiziki olaraq yatağında qalsa da, özü bütünlüklə o dünyadadır.
Məsələn, o, yuxuda dəfələrlə pişikləri gördüyünü xatırlayır. Bu pişiklər onun arxasınca gəlirdilər. Bu, onu çox qorxudurdu. Ancaq real həyata qayıtmaq üçün onun bir silahı var idi. O özünü yerə atırdı və sonra ayılırdı. Ayılan kimi hələ də qorxu içində olan Dan pişiklərin onu yediyini düşünürdü.
Uşaq vaxtı Dan əksər uşaqların hiss etdiyi özünə qəriblik, şəxsiyyətin itirilməsi, hər şeyin məcburi bir səbəbdən dolayı baş vermə ideyası, hər şeyin öncədən qərarlaşdırıldığı, insanın etdiyi hərəkətə görə məsuliyyət daşımadığı və bu səbəbdən də cəzaların olmaması fikrini daşıyırdı. Eyni xüsusiyyətləri, o, yuxu üçün də fikirləşirdi. Sanki yuxu ikinci bir dünyadır. Və bu dünyada hər şey yuxu görənin iradəsi xaricində baş verir.
Danın dediklərində nə qədər həqiqət olduğunu demək çətindir. Ancaq bu qərara gəlmək olar ki, uşaqlığın birinci dövründə onlar yuxudakı görüntüləri ağlın xaricində və görüntünün mənbəyindən törəyən fiziki varlıq kimi qəbul edirlər.
İkinci dövr. Yuxunun mənbəyi bizik, ancaq yuxu yenə də bizim xaricimizdədir.
Bu mərhələ birincidən daha maraqlıdır. Çünki uşaq realizminin ən kəskin formasını əks etdirir. Bu səviyyədə olan uşaqlar artıq yuxunun daxildən törəyən bir şey olduğunu anlayırlar. Ancaq onlar yuxuya xarici bir varlıq verir və onun otaqda, onların yanında olduğuna inanırlar.
Əksər hallarda uşaqlar müstəqil olaraq bu qənaətə gəlirlər ki, yuxu görmələrinin səbəbi onların fikirləri və ya başları ilə əlaqədardır. Yuxuların reallıqla olan ziddiyyətinə görə, onlar yuxuları ruhi şey olmasa da, ən azından reallıqdan uzaq olan və daha çox danışıq, görüntü və düşüncə ilə bağlı bir şey kimi qəbul edirlər.
Aşağıdakı misallar birinci və ikinci dövr arasında keçid dövrünü yaşayan uşaqlara aiddir.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin