UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi
Birinci bölmə: Yuxu xaricdən gəlir və xaricdə qalır. Bu ona görədir ki, uşaq birinci dəfə yuxunu reallıqla qarışdırır. Oyandıqdan sonra da yuxu baş verir və real olur. Onlar yaddaş ilə yuxu yaddaşını qarışdırırlar. Hamı bilir ki, qarabasma ilə oyanan uşağı sakitləşdirmək necə çətindir və bunun real olmadığını anlatmaq qeyri‐mümkündür. Biri uşaqlıqda gördüyü yuxunu nəql edir: “Uşaq vaxtı inanırdım ki, qatar həqiqətən də mənim üzərimdən keçir. Bu səhnəni tam olaraq xatırlaya bilirəm: qatar relsi valideynlərimin yaşadığı yerə kifayət qədər yaxın idi. Anam uşağı beşiyə qoyub qatar yolunu təzəcə keçmişdi ki, qatarın mənim üzərimə gəldiyini hiss etdim. Özümü güclə arxaya atdım və hələ də qarşımdan sürətlə keçən qatarı gözümün önünə gətirirəm. Sonda mən oyandım, anamı səslədim və ona yenidən qovuşdum. 12 yaşıma qədər bu səhv düşüncələrə inanırdım”.
Başqa vaxtlar isə xəyal sadəcə, bizim qarşımızda olmaq üçün düşünülür. Eyni şəkildə, bizim əməkdaşlarımızdan biri uşaqlığında valideynlərinin onu dənizdə boğmaq istədiyinə inanıb. Burada yenə də yaddaşındakı o görüntü yuxunu ifadə edir.
Mille Feigin uşaqların yuxunu reallıqdan necə ayırdığını araşdırır. O bu nəticəyə gəlmişdir ki, 9 yaşına kimi uşaqların mühakiməsində əsas yuxuların cəfəngiyatı deyil, tam əksinə, reallığın faktları ilə ziddiyyət və başqalarının fikirlərinə qarşı çıxma qalır. Bu, erkən yaşlarda daha çox əhəmiyyət daşıyır. Ancaq sorğu həm də onu göstərir ki, reallıq və yuxunu fərqləndirmək asan deyil və xüsusilə emosional yuxular reallıqla tez ‐tez qarışdırılır.
Bəs onda ilk dəfə yuxu ilə reallığın fərqinə vardıqda uşaq onu necə izah edir? Şübhəsiz, o yuxuya “aldadıcı reallıqdır” deyəcəkdir – epinal şəkillərdə olduğu kimi. Bu şəkillərdə olmayan şeylər göstərilib – yuxu. Ancaq onun təsvir etdiyi varlıqlar‐kağız və boya – sırf reallıqdır. Sully qaranlıq olan bir otağa getmək istəməyən uşağın qeyri‐iradi reaksiyasını qeyd edir – “çünki o otaq yuxularla doludur... ”
Banf: “yuxu işıqlardan düzəldilmişdir”, – deyir. Bu işıqlar “kiçik lampalar, kiçik velosiped” kimidir (yəni axşamlar velosipedlər üzərində olan işıqlar kimi). Bu işıqlar aydan gəlir. Başqa sözlə, Banf yuxularını əmələ gətirən işıqları, ay ilə – ən gözə çarpan işıq qaynağı ilə eyni tutur.