Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ



Yüklə 1,4 Mb.
səhifə86/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   82   83   84   85   86   87   88   89   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

édƏbiyyat


  1. S. Seyidov, M. Həmzəyəv, “Psixologiya”, Nurlan nəş. Bakı‐2007

  2. http://www.pdrciyiz.biz/ergen‐ne‐hisseder‐nasil‐davranmak‐istert1196.html

  3. http://www.donusumkonagi.net/makale.asp?id=4084&baslik=ergenlik_ doneminde_en_sik_rastlanan_heyecan_bicimleri&i=ergenlik_sorunlari

  4. Ziya Baran, Canten Kaya “İlham veren Başarı Öyküleri”, Kariyer nəş. İstanbul ‐ 2007

  5. http://www.donusumkonagi.net/makale.asp?id=4080&baslik=ergenlikte

_bilissel_gelisim&i=ergenlik_sorunlari

  1. Ə.Qədirov, İ.N.Məmmədov “Yaş psixologiyası”, Maarif nəş. Bakı‐1986

  2. Məlik‐Baxış Babayev “Zəka oyunları”, Altun Kitab, Bakı – 2005

  3. S. Seyidov, M. Həmzəyəv, “Psixologiya”, Nurlan nəş. Bakı‐2007

  4. Ə.S. Bayramov, Ə.Ə Əlizadə, “Sosial Psixologiya”, Qapp‐Poliqraf nəş. Bakı – 2003

  5. Prof. Dr. İbrahim Ethem Özgüven, “Bireyi Tanıma Teknikleri”, PDREM nəş. Ankara ‐ 2007

  6. Jean Piaget, “Child’s Conception of the World”, London – 1929


101 Məlik‐Baxış Babayev “Zəka oyunları” (səh. 9)

Uşaqların yuxulara baxışı93


Uşaqlıq illərində insan tərəfindən hadisələrə subyektiv, yaxud da obyektiv qiymət verilməsi, öz daxili aləminin başa düşülməsi qeyri‐mümkündür. Ona görə də uşaq öz yuxularının subyektiv cəhətdən izahında böyük çətinliklərlə qarşılaşır. Uşaqların yuxunu anlama dərrakəsi üzərindəki araşdırmalar, onlarda ikili görünüş və ikili izah, yəni daxili və xarici izah ilə açıqlanması, ikinci fikrin mövcudluğu ilə əlaqədar böyük marağa səbəb olmuşdur.
Bu tədqiqatı müsbət qiymətləndirsək, onda biz özümüzün primitiv düşüncə tərzimizi və Levg‐Bruhlinin bu haqda söylədiyi fikirlərin hamısını bir kənara qoymalıyıq. Biz uşaq analogiyaları ilə primitiv addımları arasında əlaqələrə heç bir şübhə ilə yanaşmayacağıq. Burada uşaqlar öz arzuları, yuxuları ilə əlaqədar suallar verir və fikirlərini çətinliklə izah edirlər. Biz də körpələrə qayğı ilə yanaşıb onların suallarını cavabsız qoymaq istəmirik.
Bizim kafi bildiyimiz bu araşdırma, dörd sualdan ibarətdir. Birinci sual: Narahatçılıq xəyalın mənbəyidir. Xəyal nədir və harada yaranır? Əksər uşaqlar xəyalın başda yarandığını bildirirlər.
Bəziləri isə xəyalın ancaq gecələr yarandığını söyləyirlər. Digər uşaqlar isə elə düşünür ki, gecə vaxtı biri xəyal edəndə digəri də xəyal edir və yaxud, yuxunun formalaşmasına səbəb olan qara tüstüdür.
Uşaqlara “yuxunu nə vaxt görürsən?” və “yuxunu niyə görürsən?” kimi suallar da vermək olar. Alınan cavablar aid olma xüsusiyyətlərinə görə 3 sahəyə bölünür:

  1. 5‐6 yaşlı uşaqlar inanırlar ki, yuxu evdən kənar bir yerdən gəlir, otaqda baş verir və onlar da bunu gözləri ilə görürlər. Onlar həyəcan ilə bildirirlər ki, yuxu onları etdikləri səhvlər üzündən evdən kənara atacaq.

  2. 7‐8 yaşlı uşaqlar isə düşünürlər ki, yuxu onların başlarında, fikirlərində və gözlərindədir. Yuxunu onlar otaqlarında, qarşılarında görürlər.

  3. 9‐10 yaşlı uşaqların fikrincə, yuxu fikrin məhsuludur və beyinin içində baş verir.


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin