UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi
Test 1.2. Dözümlülüyün qiymətləndirilməsi Metodika Y. P. İlyin və Y. K. Feşenko tərəfindən hazırlanıb.
Təlimat Deyilən fikirlərlə razısınızsa “+”, razı deyilsinizsə “‐” işarəsini qoyun.
Test
Çətin bir iş görərkən yoruluramsa, onu dərhal atıram.
Maraqsız hekayəni sona qədər oxumağa səbrim çatmır.
Növbədə durmağı heç xoşlamıram və çox hallarda sona kimi dayanmayaraq çıxıb gedirəm.
Mən ağrıya uzun müddət davam gətirə bilərəm, məsələn, diş ağrısına.
Əksər hallarda susuzluğa davam gətirə bilirəm.
Arıqlamaq üçün və ya xəstəlikdən müalicə olmaq üçün lazım olan uzunmüddətli aclığa tab gətirə bilmərəm.
İdman dərsində yorulduqda dərhal idman etməyi dayandırıram.
Hətta darıxdırıcı işi də çox nadir hallarda sona çatdırmamış atmayıram.
“Bacarmaram” dediyim işi etməyə özümü çox çətinliklə məcbur edə bilirəm. 10. Yorğunluğuma baxmayaraq, işi yarı yolda buraxmıram. Mənə fiziki cəhətdən ağır iş verdikdə, onu daha çox güc tətbiq edərək görmək xoşuma gəlir.
Əminliklə deyə bilərəm ki, mən səbirliyəm.
Qaçarkən yorulmağıma baxmayaraq, var gücümlə tempi saxlamağa çalışıram.
Hətta tələsmədikdə belə, dayanacaqda uzun müddət dayanaraq nəqliyyat gözləmək məni hirsləndirir.
Ağrıya qarşı dözümsüzəm.
Özümü iradəsi zəif hesab etmək istəmədiyim üçün hər dəfə ağır fiziki işi sona çatdırmağa çalışıram.
“Bir işin altına girdinsə, onun çətinliyini unut” prinsipinə əsasən hərəkət edirəm.
Hesab etmirəm ki, “dözüm və əmək hər şeyi həll edəcək” ifadəsi doğrudur. Əksinə, ağılla işləmək lazımdır, özünü yormaq yox.
Cavabların qiymətləndirilməsi: 4, 5, 8, 10, 11, 12, 13, 16, 17‐də verilən hər “bəli” cavabına və 1, 2, 3, 6, 7, 9, 14, 15, 18‐də verilən hər “xeyr” cavabına görə 1 bal hesablanır.
Balların sayı cəmlənir. 6 baldan aşağı olduqda dözümlülük zəif, 12 baldan yuxarı olduqda isə güclü hesab olunur.