Sizin amiranə xasiyyətiniz var. Siz anadangəlmə lidersiniz və çox güman ki, sizə nə edilməsi lazım olduğunu deyəndə, çox tez qıcıqlanırsınız. Siz insanları idarə etmədə yüksək nailiyyətlər əldə edə bilərsiniz. Siz dəyişən xasiyyətə maliksiniz. Siz idarə təşkil edə bilərsiniz, nə və necə etmək barədə başqalarına məsləhət verməyi sevirsiniz. Ancaq sizi liderə çevirə biləcək möhkəmlik xüsusiyyəti çatışmır.
Siz yumşaq, asan tabe olan insansınız. Sizə başqalarının fikirləri öz mövqeyinizdən daha yaxındır. Təhlükəli vəziyyətlərdə isə siz başqalarının idarəçiliyinə və fikirlərinə etibar edirsiniz. Hamı idarəçi ola bilməz ki... Siz çox qiymətli və yaxşı icraçısınız.
1.14. utancaq insansınız? Bəli
Xeyr
Siz çox utancaq insansınız. Narahatlığınız ondan ibarətdir ki, insanların sizin haqda nə düşünməyi, sizi rahat həyat sürməyə və özünüzü, heç olmasa, digərlərindən daha pis hiss etməyəcək bir “kompleks” halına gətirib. Yaxşı olardı ki, psixoloqun köməyi ilə özünüzə qiymət verməni yüksəltməyə kömək edəcək bir sistem hazırlayasınız. Ətrafdakıların sizə münasibəti vacibdir. Və bəzən bu cür asılılıq sizə təşəbbüslərinizin həyata keçməsinə mane olur və xoşagəlməz hadisələrə səbəb olur. Ona görə də bir az peşman olmağı öyrənin və özünüzə daha çox inanın!
Siz ətrafınızdakıların fikirləriylə hesablaşırsınız, ancaq bunun yanında öz mövqeyinizə də hörmət edirsiniz. Siz öz çatışmazlıqlarınıza adekvat yanaşırsınız (kimdə çatışmazlıq yoxdu ki ?), bunun yanında nəinki bunları tarazlaşdırıb hamarlaşdırırsınız, həmçinin özünüzün yaxşı xüsusiyyətlərinizi də göstərirsiniz.
Sizi qətiyyən ətrafınızdakıların sizə münasibəti maraqlandırmır. Siz həyat dənizinə öz istiqamətinizdə üzürsünüz. Ancaq bu cür mövqe ən yaxşı deyil. Digər insanlara diqqət sizin həyatınızı daha rahat və maraqlı edəcəkdir.