Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ



Yüklə 1,4 Mb.
səhifə97/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   93   94   95   96   97   98   99   100   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

Test 1.7. Mütəşəkkilliyin qiymətləndirilməsi

Təlimat


Aşağıda verilən fikirləri oxuyun, razı olduğunuzun qarşısına “+”, razı olmadığınıza isə “‐” işarəsini qoyun.

Test


  1. Axşamdan sabahkı günün işlərini planlaşdırıram.

  2. Həmişə digərlərinin uğuruna sevinirəm.

  3. Çox hallarda planlaşdırdığım işləri yerinə yetirə bilmirəm.

  4. Hesab edirəm ki, eyni zamanda bir neçə işə hazırlaşmaq qeyri‐mümkündür.

  5. Mənim iş stolum əsasən səliqəli olur.

  6. Verdiyim sözləri həmişə yerinə yetirirəm.

  7. Bir qayda olaraq, mənə göndərilən məktuba gec cavab yazıram.

  8. Evə çirkli ayaqqabıda gəldikdə, dərhal onu təmizləyirəm.

  9. Bəzən elə olur ki, bilmədiyim şeylər haqqında danışıram.

  10. Bu gün görə biləcəyim işi sabaha saxlamıram.

  11. Sosial fəaliyyətlərlə, ev işləri ilə, idmanla və s. məşğul olmaq mənim iş həyatıma mənfi təsir göstərir.

  12. Əgər sabah işlərim çox olacaqsa, bu, məni çox da qorxutmur, çünki əvvəlcədən günümü planlaşdırıram.

  13. İstənilən halda işi əyləncədən üstün sayıram.

  14. Çox hallarda işə səhər yeməyi yeməmiş gedirəm.

  15. İşə ciddi səbəb olmadan da gecikə bilərəm.

  16. İstənilən mövzuda müzakirə apara bilərəm.

  17. Əgər işdə uğursuzluq zolağı ilə qarşılaşıramsa, ora getmək həvəsim itir.

  18. Hər şeyi öz yerinə qoyuram.

  19. Bəzən düşündüklərimi doğru şəkildə yox, dəyişdirərək deyirəm.

  20. Hətta vacib olmayan tədbirə də gecikəndə özümü günahkar hiss edirəm.

  21. Mənim yolum – müdirin tapşırdığı işləri vaxtında və ciddi şəkildə yerinə yetirməkdir.

  22. İşə həmişə 10 dəqiqə tez gəlirəm.

  23. İctimai yerlərdə bütün qayda‐qanunlara riayət edirəm.

  24. Səhərlər idman edirəm.

  25. Əgər əsaslı şəkildə bir işə hazırlaşıramsa, digər işlərim yarımçıq qalır.

  26. Həmişə yolu keçid olan yerdən keçirəm.

  27. Bəzən işə yatağımı yığışdırmamış gedirəm.

  28. İctimai‐sosial işləri gecikdirmədən yerinə yetirirəm.

Cavabların qiymətləndirilməsi


Mütəşəkkillik 1, 5, 8, 10, 12, 18, 20, 22, 24 və 28‐də verilən “bəli” və 3, 4, 7, 11, 14, 15, 17, 21, 25 və 27‐də verilən “xeyr” cavablarının cəmini hesablamaqla qiymətləndirilir.
2, 6, 9, 13, 16, 19, 23 və 26 cavabların səmimiliyini yoxlamaq üçündür. Əgər rəyi soruşulan şəxs bütün suallara “bəli” cavabı (19‐dan başqa, orada “xeyr” cavabı olmalıdır) verirsə və 4 baldan çox toplayırsa, onun anketi analizə yararlı olmayacaq.

Nəticə


Yığılan bal nə qədər çoxdursa, rəyi soruşulanın mütəşəkkilliyi bir o qədər yüksəkdir.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin