Test 1.6. “Aqressiv davranış” metodikası Metodika Y. P. İlyin və P. A. Kovalyov tərəfindən hazırlanıb və təmkinliliyin, aqressiv davranışın aşkara çıxarılması üçün işlədilir.
Təlimat
Müsahib aşağıdakı fikirlərdən hansı ilə razıdırsa, cədvəldə həmin nömrənin qarşısındakı “bəli” xanasına “+”, hansı fikirlə razi deyilsə, cədvəldə həmin nömrənin qarşısındakı “xeyr” xanasında “‐” işarəsi qoymalıdır.
Test
Kimsə mənimlə razılaşmadıqda özümü saxlaya bilməyərək ona acı söz deyirəm.
Bəzən xoşlamadığım insanlar haqqında qeybət edirəm.
Mən heç vaxt qarşımdakı əşyaları kiminsə üstünə atmaq dərəcəsində hirslənmirəm.
Nadir hallarda kimsə məni vuranda, ona qarşılıq verirəm.
Bəzən çox ciddi şəkildə hüquqlarıma hörmət edilməsini tələb edirəm.
Çox zaman hirsimdən hirsləndirənin ünvanına söyüş söyürəm.
Elə vaxtlar olub ki, hirsimdən əlimin altına keçəni sındırmışam.
Əgər hirslənsəm, kimisə vura bilərəm.
Kimsə məni qıcıqlandırırsa, onun haqqında bütün düşündüklərimi üzünə deyirəm.
İşdə konflikt yaranan zaman mən, əsasən, dostlarımın və yaxınlarımın danışıqlarına “əsəbiləşirəm”.
Bəzən hirsimi stola yumruq vurmaqla göstərirəm.
Əgər hüquqlarımın qorunması üçün fiziki güc tətbiq etməliyəmsə, mən elə də edirəm.
Kimsə mənə qışqırırsa, mən də cavab olaraq ona qışqırıram.
Tez‐tez evdə, məni tənqid edən iş yoldaşlarımın nöqsanları haqqında danışıram.
Hirsimdən ayağımın altındakı hər şeyi tapdalayıb keçirəm.
Uşaq ikən dalaşmağı xoşlayırdım.
Mən tez‐tez insanlara hədə‐qorxu gəlirəm, amma əslində, hədələrimi reallaşdırmaq fikrim olmur.
Mən tez‐tez özlüyümdə rəisimə nəsə deməyi planlaşdırıram, amma bunu hələ də etməmişəm.
Mən insanların stola vurmasını ədəbsizlik sayıram, hətta onlar çox hirsli olsa belə.
Əgər kimsə mənim əşyalarımı götürüb və qaytarmaq istəməyirsə, ona qarşı güc tətbiq edə bilərəm.
Mübahisə zamanı mən tez özümdən çıxıram və qışqırmağa başlayıram.
Düşünürəm ki, kiminsə dalınca danışmaq etik normalara ziddir.
Heç elə olmayıb ki, hirsimdən nəsə sındırım.
Mübahisəli problemlərin həlli zamanı heç vaxt fiziki qüvvə tətbiq etmirəm.
Hirslənəndə də acı sözlərə keçmirəm.
Qeybət etmirəm, hətta onlardan xoşum gəlməsə belə.
Qarşımdakı hər şeyi dağıdacaq dərəcədə qəzəblənə bilərəm.
Heç vaxt insanı vura bilmərəm.
İnsanlara “yerlərini bilməyi” öyrədə bilmirəm, hətta onlar haqsız olsalar belə.
Bəzən rəisimin qərarından razı qalmadıqda, onu özlüyümdə söyürəm.
Hirslərini uşaqlarının üstünə tökərək, onları vuran adamlardan xoşum gəlmir.
Sizi hirsləndirən insanlar döyülməyə layiqdirlər.
Nə qədər hirslənsəm də, digərlərini təhqir etməməyə çalışıram.
İşdə baş verən problemlərdən sonra evdə dava salıram.
Hirslənib gedəndə qapını bərkdən çırpıram.
Dava etməyi heç xoşlamıram.
Xoşum gəlməyən insanlarla kobud oluram.
Əgər avtobusda kimsə ayağımı tapdalayıbsa, özlüyümdə onu söyürəm.
Uşaqlarını pis əhvalda olduqları üçün döyən valideynləri qınayıram.
İnsanı nəyəsə inandırmaq, onu fiziki məcbur etməkdən daha yaxşıdır.
Cavabların qeyd olunması üçün cədvəl:
№
Bəli
Xeyr
№
Bəli
Xeyr
№
Bəli
Xeyr
№
Bəli
Xeyr
1
11
21
31
2
12
22
32
3
13
23
33
4
14
24
34
5
15
25
35
6
16
26
36
7
17
27
37
8
18
28
38
9
19
29
39
10
20
30
40
Cavabların qiymətləndirilməsi 1, 5, 9, 13, 17, 21, 37‐də verilən “bəli”, 25, 29, 33‐də verilən “xeyr” cavabı sorğu edilənin verbal (şifahi) aqressivliyə meyilli olduğunu; 2, 6, 10, 14, 18, 30, 34, 38‐də verilən “bəli” və 22, 26‐da verilən “xeyr” cavabı qismən verbal (şifahi) aqressivliyə meyilli olduğunu; 7, 11, 15, 27, 35‐də verilən “bəli” cavabı və 3, 19, 23, 31, 39‐da verilən “xeyr” cavabı qismən verbal aqressivliyə meyilli olduğunu; 8, 12, 16, 20, 32‐də verilən “bəli” və 4, 24, 28, 36, 40‐da verilən “xeyr” cavabı birbaşa verbal aqressivliyə meyilli olduğunu göstərir.
Nəticə
Balların cəmi nə qədər çoxdursa, insanın aqressivliyə meyilliliyi bir o qədər çoxdur.