Təlimat: Verilmiş 5 fiqura baxın. Bu fiqurları üstünlük verdiyiniz ardıcıllıqla düzün. 1ci yerə seçdiyiniz fiqur sizin xüsusiyyətlərinizi və üstünlük təşkil edən xarakterinizi bildirir. 5‐ci, yəni sonuncu yerə qoyduğunuz fiqur sizin üçün qarşılıqlı münasibətlərdə çətinlik çəkdiyiniz adamları bildirir. İndi isə seçin.
Kvadrat:Əgər siz ilk növbədə kvadratı seçmisinizsə, deməli, yorulmaq bilməyən zəhmətkeşsiniz. Əlamətləri: Təşkilatçılıq, başladığı işi sona çatdırmaq səyi, çalışqanlıq, dözümlülük, səbir, sistemlilik. Adətən, bu keyfiyyətlər kvadratların öz sahəsində yüksək ixtisaslı mütəxəssis olmasına imkan verir. Əgər əminliklə seçmisinizsə, onda sizi sol yarımkürəli insanlara aid etmək olar. Kvadratlar həddindən artıq diqqətcildir, adət olunmuş həyat tərzini dəyişməyi sevmir, səliqə‐sahmanı sevirlər. Kvadratlardan yaxşı inzibatçı, icraçı, nadir hallarda menecer olur. Emosional quruluq, soyuqluq insanlarla ünsiyyət yaratmasına mane olur. Riski sevmirlər. Üçbucaq:Liderlik əlamətidir. Qarşılarına məqsəd qoyan və nail olan möhkəm şəxsiyyətlərdir. Sol yarımkürəli insanlardır, lakin kvadratlardan fərqli olaraq, fikrini xırdalıqlara yox, əsas məqsədə yönəldirlər. Özlərinə inanan və həmişə haqlı sayan adamlardır. Şöhrətpərəstdirlər. Tez‐tez risk edirlər. Öz səhvlərini etiraf etməkdə çətinlik çəkirlər. Hər bir işdə üstünlük təşkil edirlər. Onların məqsədi qələbə çalmaqdır. Düzbucaqlı: Bu fiquru seçənlər hal‐hazırda keçirdikləri həyat tərzindən narazı olub, daha yaxşı həyat şəraiti axtarışı ilə məşğuldurlar. Bu fiqur keçid və dəyişiklik simvoludur, demək olar ki, problemlər içərisində başını itirib. Xarakterik əlamətləri: günbəgün dəyişirlər. Özlərini bəyənmirlər, lakin bu, keçicidir. Hər cür yeniliyi asanlıqla qəbul edirlər. Həddindən artıq tez inanan, təsirlənən, sadəlövh olurlar. Lakin bu, keçici haldır. Dairə: Dairə beş forma içərisində ən xeyirxahıdır. Ünsiyyətə girməyi daha tez bacarırlar. Yaxşı dinləyicidirlər. Yüksək dərəcədə həssasdırlar. Başqalarının dərdinə şərik olmaq hissi güclüdür. Ona görə də insanlar onlara can atırlar. İnsanları çox gözəl oxuya bilirlər və yalançını dərhal ifşa edirlər. Mübahisəni sevmirlər. Biznes sahəsində zəifdirlər və rəhbərlik onlarlıq deyil, zəifdirlər. Qətiyyətsizdirlər, sağyarımkürəli insanlardır. Ziqzaq: Yaradıcılıq simvoludur. Sağyarımkürəli düşüncə tərzinə malikdirlər, yəni onlara məntiqdən çox intuisiya xasdır. Mübahisələrdə güzəştə getmir, əksinə, kəskinləşdirirlər. Müəyyən qaydaya salınmış şəraitdə məhsuldar işləməyi bacarmırlar. Dəqiq, qəti müəyyən edilmiş vəzifə və iş üsulları onları qıcıqlandırır. Kimdənsə asılı olmağı xoşlamırlar, daha çox reallıqla deyil, ideyalarla maraqlanırlar, həyatının müəyyən bir hissəsi ideyalar dünyasında keçir. Coşqun, səbirsiz, sözü üzə deyən olurlar.