3.2. Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların fəaliyyəti ilə əlaqədar təkliflər:
1.
İcra hakimiyyətləri tərkibində fəaliyyət göstərən müxtəlif komissiya və orqanların
vəzifələrinin üstü-üstə düşməsini nəzərə alaraq, bu qurumların birləşdirilməsi və vahid
Uşaq Müdafiə Departamentin yaradılması.
2.
Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların (və ya öncə təklif edilmiş Uşaq
Müdafiə Departamentinin) Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və
ya Uşaq Hüquqları üzrə Ombudsmanın tabeliyinə verilməsi.
3.
Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyada mövcud olan ictimai əsaslarla
üzvlüyün səmərəsiz olduğunu nəzərə alaraq, yetkinlik yaşına çatmayanlarla iş üzrə
komissiyaların (və ya öncə təklif edilmiş Uşaq Müdafiə Departamentinin) ştatının tam
ödənişli əsaslarla aidiyyatı dövlət qurumlarının peşəkar nümayəndələrindən ibarət
tərkibdə yaradılması.
4.
Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyanın (və ya öncə təklif edilmiş Uşaq
Müdafiə Departamentinin) nümayəndələrinin yetkinlik yaşına çatmayanlara dair bütün
məhkəmə proseslərində mütləq iştirakının təmin edilməsi məqsədilə Cinayət-Prosessual
Məcəlləyə əlavə və dəyişikliklərin edilməsi.
5.
Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyada (və ya öncə təklif edilmiş Uşaq
Müdafiə Departamentində) sosial işçi(lər) ştatının yaradılmasının təmin edilməsi.
6.
Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar (və ya öncə təklif edilmiş Uşaq
Müdafiə Departamenti) tərəfindən daha mükəmməl, əhatəli və dolğun hesabatların
hazırlanması və təqdim edilməsi prosedurları və qaydalarının təkmilləşdirilməsi. Bu cür
hesabatlar hər bir rayon və şəhərdə uşaqların vəziyyətinin təhlili, uşaq hüquqları və
yuvenal ədliyyənin icrası, yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar (və ya
öncə təklif edilmiş Uşaq Müdafiə Departamenti) ilə təmasa girmiş uşaqlara dair
məlumatlar və həmçinin hər bir sahəyə uyğun olaraq təkmilləşdirmə üçün təklif və
tövsiyələri özündə əks etdirməlidir. Hesabatlara digər faydalı məlumatlar da daxil edilə
bilər.
Dostları ilə paylaş: |