Heç bir uşaq qanunsuz olaraq və ya özbaşınalıqla azadlıqdan məhrum edilməsin


Məhkəmə prosesləri və istintaq prosedurlarına dair təkliflər



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə65/82
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#1037
1   ...   61   62   63   64   65   66   67   68   ...   82
3.5. Məhkəmə prosesləri və istintaq prosedurlarına dair təkliflər: 

 

1.



 

Yetkinlik yaşına çatmayanların müdafiəsinin daha yaxşı təşkili məqsədilə paytaxt üzrə 

yetkinlik yaşına çatmayanlara dair daxil olan bütün işlərin baxılması üçün Bakı 

şəhərində yuvenal məhkəmənin, həmçinin, bir neçə rayondan daxil olan yetkinlik 

yaşına çatmayanlara dair bütün işlərin baxılması üçün bir neçə iri şəhərdə regional 

yuvenal məhkəmələrin yaradılması. 

 

2.

 



Hər bir rayon məhkəməsindən (Bakı  şəhər məhkəmələri istisna olmaqla) iki hakim 

seçilərək yuvenal ədliyyə  və  uşaq hüquqları sahəsində intensiv təlim keçməlidir ki

gələcəkdə öz rayonu üzrə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş az ağır 

cinayətlərə dair işlərə baxsın. Ağır və xüsusilə  ağır cinayətlərə dair işlər Regional 

Yuvenal Məhkəmələrə  və ya Ağır Cinayətlərə dair İşlər üzrə  Məhkəmənin tərkibində 

yaradılması  təklif edilən Yuvenal İşlər üzrə  Ağır Cinayətlərə dair İşlər üzrə 

Məhkəməyə göndərilməlidir.  

 

3.



 

Azərbaycan Respublikası Baş Prokurorluğu yanında yetkinlik yaşına çatmayanların 

cinayət işlərinin baxılması  məqsədilə yetkinlik yaşına çatmayanların işləri ilə  məşğul 

olan ixtisaslaşmış yuvenal prokurorluq şöbəsi və ya sektorunun yaradılması. Bu şöbə və 

ya sektorun ştatı ixtisaslaşmış yuvenal prokurorlardan ibarət olmalıdır. Baş Prokurorluq 

yanında yaradılmış bu yuvenal prokurorluq şöbəsi və ya sektoru, Bakı  şəhəri istisna 

olmaqla, respublikanın bütün rayonlarını əhatə etməlidir. Bakı şəhəri üzrə isə yetkinlik 



43 

                                                

yaşına çatmayanlara dair cinayət işləri Bakı şəhər Prokurorluğu tərkibində yaradılması 

təklif edilən yuvenal prokurorluq şöbəsi və ya sektoru tərəfindən aparılmalıdır.  

 

4.

 



Məhkəmə müvafiq yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyadan məhkəmə  işi 

üzrə keçən hər bir yetkinlik yaşına çatmayan barəsində standartlarşdırılmış formaya 

əsasən məlumat tələb etməlidir. Bu məlumat onun sosial durumu, ailəsinin vəziyyəti və 

digər faydalı  məlumatı da əks etdirməlidir. Yetkinlik yaşına çatmayanlarla iş üzrə 

Komissiyanın nümayəndələrinin məhkəmə iclaslarında mütləq iştirakı  təmin 

edilməlidir. 

 

5.

 



Vəkillər Kollegiyası öz üzvləri üçün yuvenal ədliyyə, uşaq hüquqları  və Azərbaycan 

Respublikasının tərəfdar çıxdığı digər müvafiq beynəlxalq müqavilələrə, dair xüsusi 

təlim proqramları təşkil etməli, davamlı şəkildə təlim aparmalıdır. 

 

6.



 

Yetkinlik yaşına çatmayanlara dair məhkəmə  işlərinin monitorinq edilməsi məqsədilə 

QHT-lərə icazə verilməlidir. Monitorinqlər nəticəsində hazırlanacaq hesabatlar müvafiq 

dövlət qurumları və monitorinq edilmiş məhkəmələrin sədrlərinə təqdim edilməlidir.  

 

7.

 



Cinayət-Prosessual Məcəllədə

62

 cinayət işlərində  şahid, zərərçəkmiş  və ya cinayətdə 



təqsirli bilinən şəxs qismində çıxış edən yetkinlik yaşına çatmayanların hüquqlarının və 

mənafelərinin müdafiəsinə dair verilmiş zəmanətlər daha da gücləndirilməlidir. Əsasən, 

18 yaşınadək olan hər bir şəxsin, dindirilməsi də daxil olmaqla, cinayət işinə dair 

aparılan bütün prosedurlar zamanı pedaqoq, psixoloq və qanuni nümayəndənin iştirakı 

şərtsiz olaraq təmin edilməlidir. Uşağın valideyni və ya qanuni nümayəndələrinin 

araşdırılan cinayət  əməlinin törədilməsində  iştirakı güman edildiyi halda onların 

yuxarıda qeyd edilmiş prosedurlar zamanı  iştirakı  məhdudlaşdırıla bilər. Həmçinin

əgər valideyn və ya qanuni nümayəndələrin iştirakı  uşaq mənafelərinin üstünlüyü 

prinsipinə uyğun deyilsə, onların iştirakı məhdudlaşdırıla bilər. Bu zaman cinayət işini 

aparan məsul şəxs cinayət işinə dair sənədlərdə xüsusi qeydlər aparmalıdır. 

 

8.

 



Tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş, və ya azadlıqdan məhrum edilmiş 

yetkinlik yaşına çatmayanlar üçün xüsusi mentorluq proqramlarının təşkil edilməsi 

məqsədilə QHT-lərin fəaliyyəti stimullaşdırılmalıdır. MST-lər və istintaq 

təcridxanalarında, habelə Tərbiyə Müəssisəsində saxlanıldığı müddət ərzində yetkinlik 

yaşına çatmayanların icma əsaslı, həmçinin ixtisaslaşmış və akkreditasiya keçmiş QHT-

lər tərəfindən təqdim edilən mentorluq xidmətlərindən yararlanması üçün müvafiq 

şərait yaradılmalıdır. Bu proqramların arxasında duran məqsəd təcrid edilmiş  uşağı 

onun inana biləcəyi və xüsusi təlimdən keçmiş şəxslə təmin edilməsidir. 

 

9.

 



Hüquq sahəsində olan mütəxəssislər – hakimlər, prokurorlar və  vəkillər bir araya 

gələrək Cinayət-Prosessual Məcəllədə verilmiş alternativ tədbirlər siyahısını  nəzərdən 

keçirməlidir. Həbs qətimkan tədbiri və ya azadlıqdan məhrumetmə ilə bağlı  çıxarılan 

qərarların müvafiq olaraq yalnız ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən və ya 

təqirli bilinmiş  uşaqlara dair çıxarılması istiqamətində  səylər göstərilməlidir. 

Mütəxəssislər həmçinin azadlıqdan məhrumetməyə alternativ olan tədbirlərin tətbiq 

edilməsinin genişləndirilməsini nəzərdən keçirməlidir.  

 

10.



 

Məhkəmə zallarında, beynəlxalq standartlara uyğunlaşdırma məqsədilə, müvafiq 

dəyişikliklər edilməlidir.  Əsasən də, məhkəmə prosesləri zamanı yetkinlik yaşına 

 

62



 CPM, Maddə 228.1: “Yetkinlik yaşına çatmayan şahid iş üçün əhəmiyyətli məlumatları şifahi və ya digər formada təqdim edə 

bilərsə, o, yaşından asılı olmayaraq dindirilə bilər.” 

CPM, Maddə 228.2: “14 yaşınadək, müstəntiqin mülahizəsinə görə isə 16 yaşınadək olan yetkinlik yaşına çatmamış  şahidin 

dindirilməsi müəllimin, zəruri hallarda isə həkimin və onun qanuni nümayəndəsinin iştirakı ilə aparılır.” 




44 

çatmayan  şəxslərə  əl qandalları vurulmamalı  və  məhkəmə zalında onlar barmaqlıqlar 

arxasında  əyləşdirilməməlidirlər. Bu birbaşa qeyri-insani və alçaldıcı  rəftar kimi 

qiymətləndirilir. Təhlükəsizlik təminatı digər vasitələrlə  təmin edilə bilər. Məsələn, 

yetkinlik yaşına çatmayanlara polis əməkdaşları nəzarət edə bilər.  

 

11.



 

Uşaqların böyük əksəriyyətinin məhkəmə prosedurlarını, hüquqi terminologiyanı, o 

cümlədən məhkəmə  tərəfindən qəbul edilən qərarları başa düşmədiyini nəzərə alaraq, 

məhkəmə bütün tərəflərdən uşaqların başa düşə biləcəyi sadə danışıq dilindən istifadə 

etməyi tələb etməlidir. Bu mümkün olmadığı halda, məhkəmədə baş verənləri 

aydınlaşdırmaq üçün yetkinlik yaşına çatmayan şəxs pulsuz olaraq pedaqoqla təmin 

edilməlidir.  

 

12.



 

Məhkəmə prosedurları  və hüquqi terminologiyanın uşaqlar tərəfindən daha asan başa 

düşülməsini təmin etmək məqsədilə hökumət qurumları və QHT-lər tərəfindən xüsusi 

aydınlaşdırıcı materialların (bukletlər, plakatlar, broşürlar və s.) hazırlanması tövsiyə 

edilir.  

 

 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin