3.4. Müvəqqəti saxlama təcridxanalarının (MST) vəziyyətinə dair təkliflər:
1.
Bütün müdafiə tədbirlərinin təmin edilməsinin zəruriliyini nəzərə alınmaqla, yetkinlik
yaşına çatmayanların MST-lərdə saxlanmasına dair xüsusi prosedurların hazırlanması.
2.
Yetkinlik yaşına çatmayanların MST-lərdə qısa müddət ərzində saxlanılması və onların
valideynləri və ya qanuni nümayəndələrinin nəzarətinə buraxılmasının təmin edilməsi.
3.
MST-də saxlanılan yetkinlik yaşına çatmayanın valideyn və ya qanuni
nümayəndələrinin dərhal məlumatlandırılması və ona baş çəkilməsi üçün şərait
yaradılması.
4.
Müvafiq hökumət qurumu tərəfindən müəyyənləşdirilmiş standartlara uyğun olaraq,
MST-də saxlanılan yetkinlik yaşına çatmayanlara normal qida, isti paltar, yataq dəsti və
digər gigiyenik ləvazimatların verilməsinin təmin edilməsi.
5.
Polis nəzarətində olan yetkinlik yaşına çatmayanların psixoloq, təhsil işçisi, sosial işçi
və qanuni nümayəndəyə çıxışla təmin edilməsi.
6.
Yetkinlik yaşına çatmayanların MST-lərdə saxlanmasına dair məlumatın dərhal
yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaya ötürülməsinin təmin edilməsi üçün
işlək mexanizmin yaradılması.
7.
MST-lərdə saxlanılan uşaqların vəziyyətinin QHT-lər tərəfindən monitorinq edilməsi
üçün icazənin verilməsi.
Dostları ilə paylaş: |