Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar alternativ tədbirlərdən istifadə
etmir
Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar qanuna uyğun olaraq az ağır və böyük
ictimai təhlükə törətməyən cinayətlərə dair işlərə baxa və qanunda nəzərdə tutulmuş müxtəlif
alternativ tərbiyəvi tədbirlər tətbiq edə bilər
11
. Lakin buna baxmayaraq, monitorinq onu göstərdi
ki, son 2-3 il ərzində heç bir komissiya bu sahədə olan işlərə baxmayıb.
Monitorinq nəticəsində müəyyən olundu ki, yetkinlik yaşına çatmayanlarla iş üzrə
komissiyaların Azərbaycan Respublikası Prezidenti yanına Əfv komissiyasına müraciət etmək
hüququna malik olmasına baxmayaraq, indiyədək heç bir komissiya 14-18 yaşında olan və
məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş hər hansı bir uşağın əfv
edilməsi ilə bağlı Əfv komissiyasına müraciət etməyib
12
.
Qanuna əsasən, komissiya uşağın inkişafı, reabilitasiyası, inteqrasiyası, işlə təmin edilməsi və ya
təhsili ilə bağlı dövlət və qeyri-hökumət təşkilatları, biznes qurumlarına müraciət etmək və
onlardan dəstək istəmək hüququna malikdir. Məsələn, uşağın işlə təmin edilməsi məqsədilə
komissiya hər hansı bir supermarketə və ya uşaqların idmana cəlb edilməsi ilə bağlı Azərbaycan
Olimpiya İdman Mərkəzlərinə müraciət ünvanlaya bilər. Lakin montorinq nəticəsində yetkinlik
yaşına çatmayanlarla iş üzrə komissiyaların əksəriyyətinin yetkinlik yaşına çatmayanların
tərbiyəsi, işə düzəlməsi, və ya təhsili ilə əlaqədar
13
dövlət orqanlarına, müəssisələrə, təşkilatlara
rəsmi müraciət etmədiyi
14
aşkar olundu.
Dostları ilə paylaş: |