Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalarda ştat çatışmazlığı və əmək
haqqının azlığı
Monitorinq aparılan yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların əksəriyyətindən
səmərli fəaliyyətin qurulması üçün ştat çatışmazlığı probleminin həll olunmasının əsas məsələ
olduğu bildirilib. Xüsusən psixoloqlar, uşaqlar və ailələrlə birbaşa işləmək üçün sosial işçilər və
digər əlavə üzvlərə ehtiyac olduğu qeyd olunub. Yetkinlik yaşına çatmayanlarla iş üzrə
komissiyalar tərəfindən yetkinlik yaşına çatmayanlarla profilaktik işin səmərəli qurulmasına
maneə kimi də məhz ştat çatışmazlığı göstərilib.
Müvəqqəti olaraq məsləhətçi qismində cəlb edilmiş psixoloqlar qanunla ziddiyətdə olan
yetkinlik yaşına çatmayanlarla iş bacarığına və təcrübəyə malik deyillər. Onlara verilən əmək
haqqının məbləği də çox azır. Məhz buna görə, əksər rayonların komissiyalarında bu vəzifələr
adətən boş qalır.
Rayon icra hakimiyyəti başçıları, komissiyada iştirak etmək üçün, mərkəzi icra hakimiyyəti
orqanlarının rayonlarda olan idarə və ya şöbələrinin nümayəndələrini ictimai əsaslarla
komissiyaya təhkim edirlər
5
. Əksər rayon və şəhərlərdə yetkinlik yaşına çatmayanlarla iş üzrə
komissiyaların üzvləri passivdir və komissiyaların iclaslarında nadir hallarda iştirak edirlər. Elə
buna görə də, yetkinlik yaşına çatmayanlar üzrə komissiyaların məsul katib və psixoloqları
komissiya üzvlərinin və işlədikləri idarələrin adlarını çəkməkdə belə çətinlik çəkirlər.
Monitorinq zamanı əldə edilən məlumatlara əsasən, sözügedən komissiyaların üzvlərinin sayı 7-
11 nəfər təşkil edir.
Dostları ilə paylaş: |