Profilaktik proqramların hazırlanmasında iştiraklarının məhdud olması
Polis uşaq inspektorları əksər rayonlarda yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların ən
fəal üzvü hesab olunurlar. Lakin qeyd etmək lazımdır ki, polis uşaq inspektorları qanunla
ziddiyyətdə olan və çətin tərbiyə olunan uşaqlara ünvanlanan və ya onlara təsir edəcək yerli,
regional və milli proqram və planların hazırlanmasından kənarda qalırlar.
Həmçinin qeyd etmək lazımdır ki, bəzi rayonlarda polis-komissiya-məktəb münasibətləri ya zəif
təşkil olunub, ya da bu münasibətlərdə ziddiyyətlər müşahidə edilir.
18
.
17
Ümumiyyətlə, polis orqanlarında işləyənlər bir məsələnin ədalətsizlik olduğu qənaətindədirlər. Bu da yol patrul xidmətində
işləyən əməkdaşların maaşlarının onlarınkından 5-6 dəfə çox olmasıdır. Bu kimi ayrı-seçkilik polislər arasında sosial ədalətsizlik
kimi qiymətləndirilir.
18
Ağdaş rayonundan uşaq inspektorları qaraçı uşaqların dərsdən yayınaraq avaraçılıq və dilənçiliklə məşğul olmalarının
qarşısının alınmasının çətin olduğunu bildiriblər. Onların verdiyi məlumata görə, bu kimi halların qarşısı rayon ərazisində alınsa
da, həmin uşaqlar Bakı şəhərinə üz tutur və həmin uşaqlar öz fəaliyətlərini orada davam etdirirlər. Vəziyyəti çətinləşdirən
məsələlərdən biri də, məktəb direktorlarının uşaqların davamiyyəti ilə bağlı polis inspektoruna məlumat verməməsidir. Onların
dediyinə görə, avaraçılıqla məşğul olan uşaqlar üçün fərdi nəzarət vərəqi açılır. Qaydaya görə bu uşaqlar hər iki həftədən bir uşaq
inspektorunun yanına gəlib hesabat verməlidər. Ancaq bəzən məlum olur ki, uşaqlar hesabat verəndən dərhal sonra Bakı şəhərinə
yola düşür və onlar öz fəaliyyətlərini davam etdirirlər. Bu cür hallara daimi nəzarət etmək imkanı məhduddur. Uşaqların məktəbə
davamiyyətinə nəzarət etməli olan məktəb rəhbərləri isə nədənsə, bəzən bu kimi hallara göz yumurlar.
|