Gəzinti üçün verilən müddətdə mövcud olan qeyri-müəyyənlik
MST-lərdə uşaqlar üçün verilən gəzinti vaxtları müxtəlifdir. Bəzi MST rəisləri bu vaxtın 10-15
dəqiqə, bəziləri isə 50-60 dəqiqə olduğunu bildirib.
Əmək haqqı məbləğinin az olması
Əksər MST rəisləri öz işlərindən razı olduqlarını bildirsələr də, maaşlarının az olması (MST
rəislərinin maaşı 95 manat, növbətçilərin maaşları isə 80-90 manatdır) işlərinə həvəslə
yanaşmalarına təsir göstərdiyini qeyd ediblər.
Yetkinlik yaşına çatmayanları onların hüquqları barədə məlumatlandırmaq
istiqamətində mövcud olan çatışmazlıqlar
MST-yə düşmüş yetkinlik yaşına çatmayanlar başa düşə biləcəkləri tərzdə öz hüquq və vəzifələri
barədə məlumatlandırılmır. MST-lərdə uşaq hüquqları və həmçinin müvəqqəti saxlama
19
Monitorinq keçirilən zaman Bərdə rayon polis şöbəsindəki müvəqqəti saxlama təcridxanasına baxış keçirmək mümkün olmadı.
RPŞ-nin rəisi hər vəchlə monitorinq qrupunun MST-yə baxmasını əngəlləməyə çalışdı və buna nail ola bildi. Monitorinq
qrupunun əlində Daxili İşlər Nazirliyindən məktub olmamasını bəhanə gətirən rəis hətta bu məsələ ilə bağlı telefon vasitəsilə
şifahi razılıq alınması ideyasını belə qəbul etmədi. Bu rayondakı MST isə monitorinq baxımından xüsusi əhəmiyyət kəsb edirdi.
Cəbhə bölgəsinə yaxın ərazidə yerləşən bu MST-də həm də qonşu Ağdam rayonundan tutulmuş şəxslər saxlanılır. Oxşar vəziyyət
Sumqayıt şəhər polis idarəsində də təkrarlandı. Adı çəkilən idarədə nəinki idarə rəhbərliyi, hətta növbətçi hissəyə yaxınlaşmağa
imkan verilmədi. Belə ki, idarənin yerləşdiyi həyətin qapısındakı polis köşkündə duran polis serjantı növbətçi hissə ilə yalnız
telefon əlaqəsi saxlamağın mümkün olduğunu bildirdi. Telefon vasitəsilə növbətçi hissədən idarənin bütün əməkdaşlarının rəisin
yanında iclasda olduğunu və heç kəslə əlaqə saxlamağın mümkün olmadığını bildirdilər və başqa vaxt əlaqə saxlamaq üçün
telefon nömrəsi verdilər. Sonradan müəyyən olundu ki, həmin telefon nömrəsi işlək deyil. Sumqayıt şəhər polis idarəsi ilə
sonralar da dəfələrlə əlaqə yaratmağa cəhd edilsə də, bu mümkün olmadı. Belə ki, hər dəfə hamının iclasda olduğu bildirildi.
Göstərilən səbəblərdən, Sumqayıt şəhər polisi idarəsində monitorinq aparmaq mümkün olmadı.
20
Digər tərəfdən bu kurslar və ya təlimlərdə yetkinlik yaşına çatmayanların MST-lərdə saxlanması qaydaları, onlarla davranış
qaydaları və bu sahədə olan beynəlxalq standartların öyrədilməsi sual altındadır.
20
təcridxanalarında saxlanılan şəxslərin hüquq və vəzifələrinə dair uşaqların başa düşə biləcəyi
dildə yazılmış buklet, broşür və ya plakatlar müşahidə edilməyib.
Dostları ilə paylaş: |