Reabilitasiya xidmətlərinin təşkilində çatışmazlıqlar
Konkret uşağın problem və ehtiyaclarına uyğun olaraq onların inkişafı və reabilitasiyası üçün hər
hansı bir fərdi inkişaf planları mövcud deyil.
Monitorinq nəticəsində bu müəssisələrin sadəcə olaraq davranışı “çətin” olan, “özünü pis
aparan” və ya qanunla münaqişədə olan uşaqların 18 yaşına çatanadək “qapalı məktəblərdə”
təcrid edilərək saxlanılması üçün istifadə olunduğu aşkar edildi. Nəticədə bu uşaqlar
müəssisələrdən cəmiyyətə hazırlıqsız buraxılırlar.
Monitorinq həmçinin uşaqların spesifik problemlərini həll etməyə yönəlmiş hər-hansı sosial
reabilitasiya və inteqrasiya tədbirlərinin tətbiq olunmadığını təsdiq etdi.
Sosial işçilərin, yetkinlik yaşına çatmayanlar üzrə komissiyalarda tam ştatda işləyən
mütəxəssislərin, habelə uşaqlara dair detallaşdırılmış və bu və ya digər meyara əsasən
təsnifləşdirilmiş məlumatın mövcud olmaması ilk növbədə, yetkinlik yaşına çatmayanlarla iş
üzrə komissiyaların islahatının həyata keçirilməsini zəruri edir. Bu islahat uşaqların hər hansı bir
müəssisəyə yerləşdirilməsinin komissiyalar tərəfindən yalnız bütün mümkün profilaktik və
reabilitasiya tədbirləri özünü doğrultmadıqda mümkün olmasını təmin etməlidir.
|