1.5.
İstintaq təcridxanaları
Uşaqların yetkinlik yaşına çatmış şəxslərlə birgə saxlanılması
Bakı şəhərinin Şüvəlan qəsəbəsində yerləşən İstintaq Təcridxanası cinayət törətməkdə ittiham
edilən və barəsində həbs qətimkan tədbiri çıxarılmış yetkinlik yaşına çatmayanların saxlanılması
üçün xüsusi bölməyə malikdir. Lakin burada qanunvericiliyə zidd olaraq, uşaqlarla birlikdə
yetkinilk yaşına çatmış şəxslərin saxlanılması faktı da müşahidə edilib.
Təhsilin təşkili üçün resursların olmaması
Uşaqların bir çoxunun burada uzun müddət ərzində saxlanılmasına (3-15 ay və ya daha çox)
baxmayaraq, onlar təhsil almaq hüququndan istifadə edə bilmir və müəssisədə heç bir təhsil alma
imkanı mövcud deyil. Qeyd etmək lazımdır ki, bu məsələ hələ 2005-ci ildə QHT Alyansının
BMT-nin Uşaq Hüquqları Komitəsinə hazırladığı “Azərbaycanın yuvenal ədliyyə sistemi” adlı
alternativ hesabatda qaldırılaraq aidiyyatı qurumların diqqətinə çatdırılsa da, indiyədək uşaqların
təhsil hüquqlarının təmin edilməsi ilə bağlı heç bir addım atılmayıb.
Onu da qeyd etmək lazımdır ki, CPM-in 434.2 maddəsinə əsasən, yetkinlik yaşına çatmayan şəxs
barəsində həbs qətimkan tədbiri yalnız müstəsna tədbir kimi və ən qısa müddət ərzində tətbiq
edilməlidir. Azadlıqdan məhrumetmənin (və ya həbs qətimkan tədbirinin) tətbiqi və müddəti
müəyyən edildikdə beynəlxalq standartlar “mütənasiblik” və “ağlabatanlıq” prinsiplərinin
tətbiqini tələb edir. Yetkinlik yaşına çatmayanların 3 saylı İstintaq təcridxanasında saxlanılması
CPM-nin 434.2 maddəsinin pozulmasını aydın göstərir.
22
Dostları ilə paylaş: |