II. MONİTORİNQİN AYRI-AYRI MÜƏSSİSƏLƏR ÜZRƏ
NƏTİCƏLƏRİ
2.0. Xüsusi tədris müəssisələrinin müqayisəli cədvəli
Azərbaycanda iki xüsusi tədris müəssisəsi fəaliyyət göstərir ki, bunlardan biri Quba rayonunda
yerləşən Oğlanlar üçün qapalı tipli texniki-peşə məktəbi, digəri isə Bakı şəhəri Mərdakan
qəsəbəsində yerləşən Oğlanlar üçün açıq tipli xüsusi internat məktəbidir.
Aşağıda verilmiş cədvəldə bu müəssisələrin müqayisəli təhlili aparılıb:
Meyarlar Bakı ş. Mərdəkan qəs. Oğlanlar
üçün açıq tipli xüsusi internat
məktəbi
Quba rayon Oğlanlar üçün qapalı
tipli xüsusi texniki-peşə məktəbi
Yaş məhdudiyyəti
8-18 yaş 11-18
yaş
Yerləşdirmənin
səbəbləri
Polis və ya yetkinlik yaşına
çatmayanlarla iş üzrə
komissiyanın barəsində çıxarılan
qərarlara tabe olmadıqda və ya
onlara əməl etmədikdə, məktəbə
davamlı
şəkildə getmədikdə,
valideynlərlə çətin münasibətlərdə
olduqda, psixoloji zorakılığa
məruz qaldıqda, davranış tərzi və
özünü aparması pis olduqda.
Qeyri-qanuni hərəkət, hüquq
pozuntusu və ya cinayət törətdikdə və
bu zaman AR CM-ə əsasən cinayət
məsuliyyətinə cəlb etməyə imkan
verən yaş həddinə çatmadıqda,
həmçinin əvvəllər valideyn və ya polis
nəzarətinə verilmiş lakin bununla
reabilitasiya edilməsi mümkün
sayılmayan uşaqlar.
Dostları ilə paylaş: |