2.1. Quba rayon Oğlanlar üçün qapalı tipli xüsusi texniki-peşə məktəbi
Quba rayon oğlanlar üçün qapalı tipli xüsusi texniki-peşə məktəbində saxlanılan yetkinlik
yaşına çatmayanların kateqoriyası:
Aşağıdakı meyarlara cavab verən yetkinlik yaşına çatmayanlar qapalı tipli xüsusi texniki-peşə
məktəbinə yerləşdirilə bilər
23
:
1)
11-18 yaş;
2)
Mütamadi olaraq qeyri-qanuni hərəkətlərə və hüquqpozuntularına yol verən;
3)
Polis orqanları tərəfindən əvvəlki hüquq pozuntularına görə qeydiyyata və nəzarətə
götürülmüş, lakin reabilitasiyası mümkün sayılmayan;
4)
Ağır və ya az ağır cinayət törədərkən 14 yaşı tamam olmayan;
5)
Az ağır cinayət törədərkən 14-16 yaş arasında olan və məhkəmə tərəfindən törətdiyi
cinayətin xüsusiyyətlərinə görə cəzadan azad edilən və bunun əvəzində cəzalandırmanın
məqsədinə nail olmaq üçün xüsusi tədris müəssisəsi və ya tibb müəssisəsinə yerləşdirilən.
Ağır və xüsusilə ağır cinayət törətmiş, lakin AR CM-ə əsasən cinayət məsuliyyətinə cəlb etməyə
imkan verən yaş həddinə çatmayan
24
uşaqla bağlı yetkinlik yaşına çatmayanlarla iş üzrə
komissiyalar məhkəmə qarşısında uşağın xüsusi tədris müəssisələrinə yerləşdirilməsi vəsatətilə
çıxış edə bilər. Uşağın xüsusi tədris müəssisəsinə yerləşdirilməsi barədə məhkəmə, həmçinin 14-
16 yaşda olan uşaq tərəfindən törədilmiş az ağır cinayətə görə təyin ediləcək cəzanın məqsədinə
uşağın xüsusi tədris müəssisəsinə yerləşdirilməsi nəticəsində nail olmağın mümkünlüyü zamanı
da qərar verə bilər. Bu halda yerləşdirmənin müddəti yetkinlik yaşına çatmayan tərəfindən
törədilmiş cinayətə görə CM ilə müəyyən edilmiş cəzanın müddətindən çox ola bilməz.
Monitorinq zamanı müəssisədə 13-18 yaş arasında 23 oğlan uşağının tərbiyə aldığı qeydə alınıb.
Lakin qanun müəssisənin yaradılması və fəaliyyəti üçün minimum 25 uşağın olması tələbini
təsbit edir
25
. Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi
Əsasnaməyə əsasən, sözügedən müəssisədə 25-dən az uşaq olduğu üçün müəssisənin bağlanması
zəruridir
26
.
Müəssisədə saxlanılan 23 uşaqdan 22-si yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyaların qərarı, 1-i isə uşaq-qəbuledici-paylayıcı məntəqəsinin müraciəti
ilə Təhsil Nazirliyi tərəfindən göndərilib.
Monitorinq keçirilən zaman müəssisədə cinayət əlamətləri olan əməl (oğurluq) törətmiş 3
yetkinlik yaşına çatmayan şəxs tərbiyə alırdı.
Monitorinq aparılan zaman müəyyən edilib ki, müəssisədə ən uzun müddət saxlanılan uşaq artıq
3 ildir ki, buradadır. Müəssisədə saxlanılan uşaqlardan ən kiçik oğlan uşağının 13, ən böyüyünün
isə 18 yaşı tamam olub.
Qapalı tipli xüsusi tədris müəssisəsində saxlanılma müddəti 3 ildən artıq ola bilməz. Sorğu
zamanı məlum olub ki, burada saxlanılan uşaqlardan biri artıq 3 ildir ki, müəssisədə saxlanılır.
23
“Açıq və qapalı tipli xüsusi təlim- tərbiyə müəssisələri haqqında Nümunəvi Əsasnamə”, 31 may 2002. Mad. 1.3-1.4.
24
AR CM-in 20.1-ci maddəsinə əsasən, cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir.
Lakin, 20.2-ci maddə ilə, bir sıra cinayətlərə görə bu yaş on dörd müəyyən edilib.
25
“Açıq və qapalı tipli xüsusi təlim- tərbiyə müəssisələri haqqında Nümunəvi Əsasnamə”, Mad 2.1: “Müəssisə şagirdlərin sayı
25-dən az olmadıqda yaradılır”.
26
“Açıq və qapalı tipli xüsusi təlim- tərbiyə müəssisələri haqqında Nümunəvi Əsasnamə”. Mad 2.1: “Müəssisə şagirdlərin sayı
25-dən az olmadıqda yaradılır”.
25
Qanunda uşağın müəssisədə saxlanması müddətinə dair məhdudiyyət qoyulsa da, müəssisədən
vaxtında əvvəl buraxılma yalnız müəssisə rəhbərinin tövsiyəsi və məhkəmənin qərarı ilə
mümkündür
27
. Müəssisə rəhbərliyi yetkinlik yaşına çatmayanların müəssisədən buraxılması
qənaətinə gəldikdə və yaxud onlar yetkinlik yaşına çatdıqda, uşağın davranışını nəzərə alaraq
yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya müraciət edir.
Dostları ilə paylaş: |