2.2. Bakı şəhər Mərdəkan qəsəbəsi Oğlanlar üçün xüsusi internat məktəbi
Müəssisədə saxlanılan yetkinlik yaşına çatmayanların kateqoriyası:
Aşağıdakı meyarlara cavab verən yetkinlik yaşına çatmayanlar açıq-tipli xüsusi internat
məktəbinə yerləşdirilə bilər
34
:
o
8-18 yaş;
o
yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyanın qərarı əsasında;
o
Valideynləri və ya qanuni nümayəndələrinin vəsatəti əsasında;
o
14 yaşından yuxarı olan uşaqların yazılı razılığı əsasında;
o
Davamlı şəkildə qanun pozuntularına yol vermiş uşaqlar;
o
Hər-hansı psixoloji zorakılıq qurbanı olmuş uşaqlar;
o
Məktəbə getməyən və valideynləri ilə çətin münasibətlərdə olan uşaqlar
35
.
Əlavə olaraq, aşağıdakı şəxslər yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların xahişi ilə
açıq-tipli xüsusi tədris-tərbiyə müəssisələrinə göndərilə bilər
36
:
1. 14 yaşına çatmış yetkinlik yaşına çatmayanların, onların valideynlərinin və ya
digər qanuni nümayəndələrinin razılığı ilə;
2. Xüsusi pedaqoji yanaşma tələb olunan 8 yaşından on 18 yaşınadək olan yetkinlik
yaşına çatmayanlar;
3. Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət əlamətləri olan ictimai
təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün
Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş
həddinə çatmamış yetkinlik yaşına çatmayanlar;
4. Valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə çətin tərbiyə
olunan hesab edilmiş yetkinlik yaşına çatmayanlar;
5. Müxtəlif hüquqpozmalara görə daxili işlər orqanları tərəfindən qeydiyyata alınmış,
lakin islah olunması mümkün olmayan şəxslər.
32
Uşaqlara “Siz döyülməyə, təhqirə məruz qalmısınızmı?” sualı verilmişdir.
33
“Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Əsasnamə”, Mad.2.
34
“Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Əsasnamə”, Mad. 3.1, “Qapalı tipli müəssisədə 11
yaşından 18 yaşınadək şəxslər yerləşdirilə bilərlər. Açıq tipli müssisəyə 8 yaşından 18 yaşına qədər şəxslər qəbul edilirlər.”
35
“Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Əsasnamə”, Mad. 1.4.
36
AR-in 24 may 2005-ci il tarixli “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquqpozuntularının profilaktikası
haqqında” Qanununun 13.1 maddəsi.
27
Monitorinq aparılan zaman müəyyən olunub ki, müəssisədə 8-16 yaş arasında 72 oğlan uşağı
tərbiyə alır.
Burada uşaqlar 9-cü sinfə qədər təhsil alırlar.
Uşaqlar bura yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarn
qərarı ilə aşağıdakı meyarlara əsasən yerləşdirilib:
təhsildən yayınma və evdən qaçma;
valideynlərlə ünsiyyətdə çətinlik və
çətin tərbiyə olunan sayıldığından.
Monitorinq aparılan müddətdə bu müəssisədə cinayət əlamətləri olan ictimai təhlükəli əməl
törətmiş yetkinlik yaşına çatmayan şəxslər qeydə alınmayıb. Əvvəllər isə 14 yaşınadək olan və
cinayət törətmiş uşaqlar bu müəssisədə saxlanılıb.
Qanunvericiliyə əsasən, müəssisədə 8-18 yaşlı yetkinlik yaşına çatmayanların saxlanılması
nəzərdə tutulsa da, bura 14 yaşından yuxarı uşaq qəbul edilmir
37
.
Uşaqlar müəssisədə 3 ilə qədər saxlanıla bilər, istisna hallarda isə təhsil pilləsindən birini başa
çatdıranadək onlar daha uzun müddətə saxlanıla bilərlər
38
. Müəssisə rəhbərinin sorğu
vərəqəsində göstərdiyi məlumata əsasən, müəssisədə ən uzun müddət saxlanılan uşaq buraya
2001-ci ildə qəbul edilib.
Müəssisə rəhbərliyi yetkinlik yaşına çatmayanların müəssisədən buraxılmasının mümkünlüyü
qənaətinə gəldikdə isə, uşağın davranışını nəzərə alaraq, yetkinlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyaya müraciət etdiklərini bildirib
39
. Tərbiyə olunmuş uşaqlar
yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın qərarı ilə bu
müəssisədən valideynlərinin yanına, valideynlər olmadıqda isə müvafiq müəssisələrə göndərilə
bilərlər. Lakin müəssisə rəhbəri hər hansı bir uşağın özünü yaxşı aparmasına görə vaxtından
əvvəl azad edilməsi ilə bağlı yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaya müraciət
etməsinə dair nümunə gətirə bilmədi.
Dostları ilə paylaş: |