Qidalanma və tibbi xidmətin təşkili
Daxili qaydalara uyğun olaraq, müəssisədə uşaqlar, gündə üç dəfə olmaqla, məktəb
yeməkxanasında yeməklə təmin edilir. Məktəbin yeməkxanası köhnədir və təmirə ehtiyacı var.
Monitorinq zamanı yeməkxananın təmiz olduğu müşahidə edilib.
Açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsində tərbiyə olunan şəxslərə tibbi xidmətin göstərilməsi
məqsədi ilə tibbi qovşaq fəaliyyət göstərir. Lakin stomatoloji kabinet mövcüd deyil. Müəssisənin
tibbi hissəsindəki mövcud vəziyyəti ümumilikdə qənaətbəxş hesab etmək olar. “Açıq və qapalı
tipli xüsusi təlim-tərbiyə müəssisəsi haqqında” Nümunəvi Əsasnamənin 2-ci bəndinə əsasən,
müəssisədə tibbi kabinetlə yanaşı, psixoloq kabineti də fəaliyyət göstərməlidir
33
. Müəssisə
rəhbərinin sözlərinə görə, müəssisədə, ayrıca psixoloq kabineti mövcud olmasa da, psixoloq tam
ştatda fəaliyyət göstərir.
Dostları ilə paylaş: |