Tərbiyə olunanların saxlanılma şəraiti
Müəssisə məktəbdən, yeməkxanadan, yardımçı təsərrüfat yerlərindən, həyətyanı sahədən, peşə
emalatxanalarından ibarətdir. Məktəbdə sinif otaqları, kitabxana, idman zalı, müəllimlər üçün
otaqlar var. Burada dərsləri keçmək üçün ayrı-ayrı fənn otaqları nəzərdə tutulub. Sinif
otaqlarının vəziyyətini qənaətbəxş hesab etmək olar.
Qeyd etmək lazımdır ki, “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi haqqında”
Nümunəvi Əsasnamənin 2.2-ci bəndinə əsasən, bu tippli müəssisələrdə hər 1-3 tərbiyə olunan
üçün ayrıca yataq otaqları olmalıdır. Monitorinq zamanı isə 5-10 uşaq üçün nəzərdə tutulmuş
yataq otaqları müşahidə edilib. Müsahibədə iştirak etmiş 23 uşaq onların ümumi otaqlarda –
“barak”larda yatdığını və yataq dəstlərinin köhnə və çirkli olduğunu bildirib. Söhbət zamanı
uşaqlardan 5-i təkadamlıq otaqda qalmaq istədiyini qeyd edib. 4 nəfər isə gecələr onlara qarşı pis
rəftar olunmasından şikayət edib.
Monitorinq zamanı həmçinin məlum olub ki, müəssisə hər bir uşağın ehtiyacı və problemlərinə
uyğun olaraq sosial işçi, psixoloq və yuvenal ədliyyə sahəsində mütəxəssislərin iştirakı ilə
hazırlanmış və uşaqların sosial-psixoloji reabilitasiyası, cəmiyyətə və ailəyə inteqrasiyasına
yönəlmiş xüsusi proqram və ya fəaliyyət planına malik deyil
28
. Müəssisə rəhbərliyinin verdiyi
məlumata görə, müəssisədə saxlanıldığı müddət ərzində hər bir uşağın vəziyyətinin inkişafı və ya
sosial-psixoloji statusunun dəyişməsinə dair dövrü araşdırmalar aparılır və araşdırmanın nəticəsi
əsasında psixoloqun iştirakı ilə inkişaf planı hazırlanır. Lakin monitorinq keçirən zaman bu cür
planlarla tanış olmaq mümkün olmadı və uşaqlarla söhbətdən məlum oldu ki, onlar bu planların
mövcudluğundan məlumatsızdırlar.
29
.
23 uşaqdan 18-i valideynləri və qohumlarının onlara baş çəkmədiyini, 4 nəfər hərdənbir, 1 nəfər
isə mütamadi olaraq baş çəkdiklərini bildirib. Uşaqlardan 10 nəfəri müəssisədə ziyarət edənlərlə
rahat, azad və məhdudiyyyətsiz görüşmək və söhbətləşmək imkanının yaradılmadığını bildirib.
İntizam tədbirlərinin tətbiqinə gəlincə isə, uşaqların əksəriyyəti məcburi əməyə
30
cəlb
olunduqlarını bildirib. Bu isə məcburi əməyə cəlb edilmənin intizam tədbiri kimi istifadəsinə
qadağa qoyan qanunun kobud şəkildə pozulmasıdır
31
. Döyülmə barədə verilən suala
32
6 nəfər
27
“Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Əsasnamə”. Mad 3.3: “Şagirdlər qapalı tipli xüsusi
təlim-tərbiyə müəssisəsində 3 ilə qədər saxlanılırlar. Saxlanma müddəti şagirdin arzusu ilə təhsil pillələrindən biri başa
çatdırılanadək müəyyən edilmiş qaydada uzadıla bilər”.
28
“Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Əsasnamə”. Mad. 3.4: “Qapalı tipli müəssisədə
şagirdin reabilitasiya müddəti onun 3 ay ərzində diaqnostikası keçiriləndən sonra müəssisənin psixoloji-tibbi-pedaqoji
komissiyası tərəfindən müəyyən edilir. Şagird müəssisəyə daxil olarkən onun psixoloji, tibbi və sosial reabilitasiyasının
dərəcəsini və dinamikasını müəyyənləşdirmək üçün xüsusi vərəqə açılır ki, bu da şagirdin müəssisədə qaldığı bütün müddət
ərzində pedaqoq-psixoloq tərəfindən doldurulur. Bu vərəqəyə diaqnostik müayinə və müşahidələrin nəticələri, şagirdin təhsili,
əməyi, ictimai fəaliyyəti və digər şagirdlərlə, valideynləri ilə (qanuni nümayəndələrilə), pedaqoqlarla qarşılıqlı münasibəti,
onlarla ünsiyyəti haqqında qeydlər daxil edilir. Alınan bütün məlumat konfidensial hesab edilir və şagirdlərin hüquqlarının və
qanuni mənafeyinin ziddinə istifadə edilə bilməz.”
29
“Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Əsasnamə”, Mad. 1.7: “Yetkinlik yaşına
çatmayanların müəssisədə saxlanılması, təhsili və tərbiyəsi qaydası onların yaşı, cinsi, habelə psixoloji vəziyyəti və səhhəti
nəzərə alınmaqla müəyyən edilir. Bu zaman fərdi sosial-psixoloji diaqnostika əsasında psixokorreksiya işi üçün şəraitin
yaradılması, sağlamlaşdırıcı tərbiyə tədbirləri sisteminin, ictimai faydalı işlə məşğulluğun, şagirdlərin asudə vaxtı da daxil
olmaqla, günün səmərəli bölgüsünün təşkili, şagirdlərin neqativ hallardan maksimum müdafiəsi təmin edilməlidir.”
30
Uşaqlara «Siz nadinclik edəndə müəllimlər, tərbiyəçilər sizə qarşı hansı tədbirlər tətbiq edirlər?» sualı verilmişdir.
31
“Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Əsasnamə”, Mad.5.12: “məcburi ictimai işlər
intizam tədbiri kimi tətbiq edilə bilməz”.
26
yetkinlik yaşına çatmayan cavab vermək istəmədiyini, 4 nəfər isə hərdən döyülmə hallarının
olduğunu bildirib.
Dostları ilə paylaş: |