Heç bir uşaq qanunsuz olaraq və ya özbaşınalıqla azadlıqdan məhrum edilməsin



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə51/82
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#1037
1   ...   47   48   49   50   51   52   53   54   ...   82
2.4. Tərbiyə Müəssisəsi 

 

Müəssisədə saxlanılan yetkinlik yaşına çatmayanların sayı və dairəsi 

 

Tərbiyə Müəssisəsi ümumi rejimlidir və burada ilk dəfə müəyyən müddətə azadlıqdan 

məhrumetmə növündə cəzaya məhkum olunmuş yetkinlik yaşına çatmayan (14-18 yaş) oğlanlar 

cəza çəkirlər

 53

. Qanunvericiliyə görə, məhkəmənin qərarına  əsasən məhkumlar burada iyirmi 



yaşınadək saxlanıla bilərlər

54

. Təcrübə göstərir ki, bu müddəa yalnız cəza çəkən yetkinlik yaşına 



çatmayan şəxsin cəza çəkmə müddəti onun 20 yaşı tamam olanadək bitməsi gözlənildiyi hallarda 

tətbiq edilir. Onu da qeyd etmək lazımdır ki, qanunvericiliyə  əsasən, möhkəm rejimli tərbiyə 

müəssisəsinə göndərilməli olan (əvvəllər azadlıqdan məhrumetmə növündə  cəza çəkmiş) 

yetkinlik yaşına çatmayan oğlan məhkumlar da, elə bir müəssisə olmadığından, burada 

saxlanılırlar. 

 

Müəssisə 100 nəfərə  qədər məhkumun saxlanılması üçün nəzərdə tutulub. Monitorinq zamanı 



müəyyən olunub ki, müəssisədə 16-18 yaşlarında 61 oğlan saxlanılır. Onlardan 2-si 16 yaşında, 

14-ü 17 yaşında, 32-si 18 yaşında, 13-ü 19 yaşındadır. 

 

Monitorinq zamanı müəssisədə cəza çəkən yetkinlik yaşına çatmayan şəxslərdən: 



- 12-si xüsusilə ağır,  

- 31-i ağır,  

- 15-i az ağır,  

- 3-ü isə böyük ictimai təhlükə törətməyən cinayətlər törətməkdə təqsirli bilinib.  

 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin