Yetkinlik yaşına çatmayanlara yönəlmiş alternativ tədbirlərin tətbiqində çatışmazlıqlar
Digər diqqəti cəlb edən xüsusiyyət ondan ibarətdir ki, bir sıra məhkəmə proseslərində hakimin
dövlət ittihamçısını dəstəklədiyi müşahidə olunub. Cinayət işləri ilə bağlı verilən qərarların
əksəriyyəti dövlət ittihamçılarının məhkəmədən xahiş etdikləri cəzalarla üst-üstə düşür.
Müşahidəçilər həbsə və azadlıqdan məhrumetməyə alternativ olan tədbirlərin tətbiqi məsələlərini
daha diqqətlə və dərindən öyrənməyə çalışıblar. Buna səbəb alternativ tədbirlərin səmərəli və
beynəlxalq standartlara uyğun fəaliyyət göstərən yuvenal ədliyyə sisteminin əsas göstəricisi
hesab edilməsidir. İstintaq təcridxanasında saxlanılan uşaqların ittiham edildikləri cinayətləri
öyrənməklə, alternativ tədbirlərin həqiqətən də nadir hallarda tətbiq edildiyi təsdiqlənib.
Monitorinq zamanı istintaq təcridxanasında saxlanılan və məhkəmə baxışını gözləyən 30 nəfər
uşaq arasında oğurluq, soyğunçuluq, quldurluq, avtomaşın qaçırma üzrə ittiham edilən uşaqlar da
olub.
37
Eyni zamanda məmnunluqla qeyd etmək lazımdır ki, oğurluğa görə cinayət məsuliyyətinə cəlb
olunan uşaqlar barəsində rayon məhkəmələri tərəfindən həbs qətimkan tədbiri deyil, başqa yerə
getməmək barədə iltizam və ya nəzarət altına vermə qətimkan tədbiri seçilib
.
Dostları ilə paylaş: |