Heç bir uşaq qanunsuz olaraq və ya özbaşınalıqla azadlıqdan məhrum edilməsin



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə60/82
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#1037
1   ...   56   57   58   59   60   61   62   63   ...   82
Vəkillə təmin olunma 

 

Uşaqların vəkillə təmin olunması və ya vəkilə olan çıxışlarını öyrənmək məqsədilə iki üslubdan 



istifadə edilib: birincisi, məhkəmə dinləmələri zamanı; ikincisi, monitorinq zamanı istintaq 

təcridxanası  və  Tərbiyə Müəssisəsində saxlanılan və ya cəza çəkən uşaqlarla müsahibə 

aparmaqla. 

  

1.



 

Məhkəmə dinləmələri 

 

Bakı şəhərində və rayonlarda fəaliyyət göstərən məhkəmələrdə, o cümlədən Ağır cinayətlərə dair 



işlər üzrə  məhkəmədə aparılan müşahidə  əksər uşaqların, öz vəkiləri olduğundan, dövlət 

tərəfindən vəkillə  təmin edilməməsi müəyyən olundu. Lakin qeyd etmək lazımdır ki, işlərinə 

Ağır cinayətlərə dair işlər üzrə  məhkəmədə baxılan uşaqların hamısı valideynləri tərəfindən 

tutulmuş  vəkillə  təmin ediliblər. Bununla bağlı verilən suala belə cavab alındı ki, dövlət 

tərəfindən təmin edilən vəkillər buna görə az pul aldıqları üçün məhkəmə proseslərində maraqlı 

olmur və  əksər hallarda prosesdə formal şəkildə  iştirak edirlər. Məhz bu baxımdan insanların 

əksəriyyəti onlara inanmır. 

 

Diqqəti çəkən başqa bir xüsusiyyət monitorinq aparılan rayonların bir neçəsində  məhkəmə 



zallarına baxış keçirərkən məlum oldu. Bu, məhkəmə zallarının uzun müddət ərzində bilavasitə 

təyinatı üzrə istifadə edilməməsidir. Məhkəmə zalları təmizlənməyib, masalar və oturacaqlar isə 

toz ilə örtülüb. Bu zallarda həmçinin məhkəmədə  iştirak edənlər və dinləyicilər üçün 

oturacaqların da olmadığı  aşkar edilib. Məhkəmə binasında bununla bağlı  rəyi soruşulan 

vətəndaşlar qeyd etdi ki, hakimlər  şikayətlərə öz şəxsi otaqlarında baxdığı üçün məhkəmə 

zalından istifadə edilmir. 

 

2.

 

Yetkinlik yaşına çatmayanlarla aparılan söhbət 

 

AR CM-in 92.3.5 və 432.2 maddələrinə görə,  əgər uşaq cinayətdə  şübhəli bilinirsə  və ya 



ittiham edilirsə onun vəkillə  təmin edilməsi və  vəkilin bütün mərhələlərdə  iştirak etməsi 

məcburidir. Vəkilin iştirakı  uşağın tutulduğu andan təmin edilməlidir. Müsahibədə  iştirak 

etmiş bütün yetkinlik yaşına çatmayanlar qeyd edib ki, qanunda göstərilən müddət  ərzində 

vəkillə təmin edilməyə olan huquqları pozulub. 

 

Tərbiyə Müəssisəsində cəza çəkən uşaqların hamısı müsahibələr zamanı vəkillə dövlət tərəfindən 



təmin edildiklərini qeyd edib. Onlar həmçinin dövlət tərəfindən təyin edilmiş vəkillərin prosesdə 

iştirakı və ümumi fəaliyyətinin formal xarakter daşıdığını bildiriblər. 

 

3 saylı  İstintaq Təcridxanasında rəyi soruşulan uşaqlardan 4 nəfəri ümumiyyətlə  vəkili 



görmədiklərini, digərləri isə  vəkili yalnız tutulduqları andan bir neçə gün keçdikdən sonra 

gördüklərini bildirib. Müsahibənin nəticələrinə əsasən, 3 nəfər tutulduqdan 1 gün, 1 nəfər – 15 

gün, 2 nəfər – 7 gün, 1 nəfər – 1 ay (təxminən 30 gün), 1 nəfər – 2 həftə (təxminən14 gün) və 2 

nəfər tutulduqdan 3-4 gün keçdikdən sonra vəkillə görüşə biliblər. Digər uşaqlar vəkillə ilk dəfə 

nə vaxt görüşdüklərini xatırlamayıb. Lakin uşaqların hamısı qeyd edib ki, dövlət tərəfindən təyin 

edilmiş  vəkillərin fəaliyyəti və göstərdikləri hüquqi yardım sadəcə olaraq formal xarakter 

daşıyıb. Uşaqlar həmçinin qeyd ediblər ki, onlar Şüvəlan qəsəbəsində yerləşən 3 saylı  İstintaq 

Təcridxanasına köçürüldükdən xeyli sonra onların valideynləri, vəkilləri və ya qanuni 




38 

nümayəndələri ilə görüşmələrinə icazə veriblər. Uşaqlar həmçinin ilk dəfə dindirildikdə və MST-

də saxlanıldıqları müddətdə vəkillə təmin olunduqlarını xatırlamırlar.  

 

4 saylı cəzaçəkmə müəssisəsində çəza çəkən qadınlar (cinayət törədərkən uşaq olmuş) müsahibə 



zamanı bildiriblər ki, onlara qarşı  tətbiq olunmuş  təcridetmə müddəti qanunda göstərilmiş 

müddətlərə zidd olaraq kobud şəkildə pozulmuş və onların valideynləri, qanuni nümayəndələri 

və  vəkilləri onların yanına yalnız xeyli müddət keçdikdən sonra buraxılıb. Aparılmış sorğuya 

əsasən, qadınlardan biri tutulduğu tarixdən 5-6 gün, ikincisi 3 gün, üçüncüsü isə tutulduğu 

tarixdən 3-4 gün keçdikdən sonra vəkillə ilk dəfə görüşüb. Digər qadın isə, tutulduğu andan 

sonra 8 ay ərzində ümumiyyətlə vəkillə görüşmədiyini söyləyib. 

 

3.

 

Ağır cinayətlərə dair işlər üzrə Məhkəmə 

 

Ağır cinayətlərə dair işlər üzrə Məhkəmədə aparılan monitorinq ağır və xüsusilə ağır cinayətlərin 



törədilməsində ittiham edilən yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmə proseslərini və 

beynəlxalq standartların tətbiqini izləməyə imkan yaratdı. Hələ ilkin müşahidələr məhkəmə 

prosesi zamanı ittiham edilən uşaqlara qarşı neqativ emosional atmosferin olduğunu göstərib. 

Məhkəmə zalında uşaqlar qəfəsdə saxlanılıb. Monitorinq zamanı  məhkəmə iclaslarının tez-tez 

təxirə salındığı müşahidə edilib. Bu cür hallarda isə  həm uşaqlar, həm də onların vəkilləri və 

valideynləri  əvvəlcədən xəbərdar edilməyib.  Əvvəlcədən məhkəməyə  gətirilən uşaqlar adatən 

məhkəmənin zirzəmisində ac və susuz uzun müddət saxlanılıb, həmin müddət  ərzində isti 

yeməklə  təmin edilməyib. Uşaqların  əziyyət çəkdiyi emosional, fiziki və  əqli stressə  əlavə 

olaraq, zərərçəkmişlər, onların valideynləri və/və ya qohumları  məhkəmə zamanı  uşaqlara 

hücum edib. Məhkəməni iclasına sədrlik edən və hakimlər isə iclas zalında sakitlik və nizam-

intizam yarada bilməyib. Hakimlər həmçinin iclasın gedişatına mane olan şəxslərə qarşı heç bir 

tədbir görməyib.  

 



39 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin