Heç bir uşaq qanunsuz olaraq və ya özbaşınalıqla azadlıqdan məhrum edilməsin


III. AZƏRBAYCANDA YUVENAL ƏDLİYYƏ  SİSTEMİNİN



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə61/82
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#1037
1   ...   57   58   59   60   61   62   63   64   ...   82
 

III. AZƏRBAYCANDA YUVENAL ƏDLİYYƏ  SİSTEMİNİN 

TƏKMİLLƏŞDİRİLMƏSİ ÜZRƏ TƏKLİF VƏ TÖVSİYƏLƏR

 

 

3.1. Ümumi məsələlər üzrə təkliflər: 



 

1.

 



13-14 Aprel 2006-cı il tarixində hökumət qurumları, beynəlxalq və milli QHT-lərin 

birgə  səyi nəticəsində keçirilmiş “Azərbaycanda Yuvenal Ədliyyənin  İnkişafı 

Perspektivlərinə dair 1-ci Milli Konfrans”ın nəticəsi olaraq yuvenal ədliyyənin 

inkişafına dair hazırlanmış Milli İnkişaf Planının qəbul edilməsi və onun icrasına 

çalışmaq. 

 

2.



 

Azərbaycan Respublikası Prezidenti və ya Ədliyyə Naziri yanında bütün aidiyyatı 

dövlət qurumları, milli və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə 

Azərbaycanda yuvenal ədliyyə sisteminin inkişafına dair ilə xüsusi komissiyanın 

yaradılması. 

 

3.



 

Yuvenal  ədliyyə sistemini təşkil edən qurumların nümayəndələri tərəfindən fiziki 

gücün tətbiqi hallarının aradan qaldırılması  məqsədilə  səmərəli monitorinq 

mexanizminin qurulması. Yuvenal ədliyyə sistemini təşkil edən və yetkinlik yaşına 

çatmayan  şəxslərin azadlıqdan məhrum edildiyi və ya müvəqqəti saxlandığı 

müəssisələrə, əvvəlcədən xəbərdarlıq etmədən, monitorinq səfərləri etmək üçün QHT-

lərə xüsusi şərait yaradılması.  

 

4.



 

BMT-nin Uşaq Hüquqları Konvensiyası  tərəfindən təsbit edilmiş hüquqların xüsusi 

tədris müəssisələrində  təmin edilməsinə  nəzarət etmək məqsədilə hökumət qurumları 

və QHT-lərdən ibarət birgə monitorinq mexanizminin yaradılmasına çalışmaq.  

 

5.

 



Respublikada yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlıq və hüquq 

pozuntularına dair vəziyyətin müzakirəsi və  nəticədə yetkinlik yaşına çatmayanlar 

arasında cinayətkarlıq və hüquq pozuntuların profilaktikası üçün tövsiyələrin və 

strategiyaların hazırlanması  məqsədilə bütün aidiyyatı dövlət qurumlarının iştirakı ilə 

mütamadi ictimai müzakirələrin keçirilməsi. 

 

6.



 

Qanunla ziddiyyətdə olan yetkinlik yaşına çatmayanların reabilitasiyası, cəmiyyətə 

inteqrasiyası  və  həyat bacarıqlarının inkişaf etdirilməsi üçün mövcud mexanizmlərin 

gücləndirilməsi. 

 

7.

 



Yetkinlik yaşına çatmayanlara barəsində  həbs və azadlıqdan məhrubetməyə alternativ 

tədbirlərin geniş  tətbiq edilməsi və icma əsaslı alternativlərin təşkilində ictimaiyyətin 

iştirakına dair geniş ictimai debatların keçirilməsi. 

 

8.



 

Hər bir rayonda uşaqların vəziyyətinə dair mütamadi olaraq məlumatların toplanması 

və saxlanması. Xüsusi tədris və ya tərbiyə müəssisələrinə yerləşdirilmiş  uşaqlar da 

daxil olmaqla, uşaqların vəziyyətinə dair məlumata ictimai çıxışın təmin edilməsi. Bu 

məlumat bazası bütün aidiyyatı dövlət qurumları  tərəfindən toplanmış  məlumatlardan 

ibarət olmalıdır. Məlumat bazası  uşaqlara dair işlərin sayı, müxtəlif müəssisələrdə  və 

polis orqanlarının qeydiyyatında olan uşaqların sayı, törədilmiş cinayətlər və 

hüquqpozmaların növü və xarakteri, uşaqlara aid işlərə dair qəbul edilmiş  qərarlar, 

övladlıq, qəyyumluq, himayəçilik, sosial və ictimai tədbirlər, tətbiq edilmiş alternativ 

tədbirlər, residivlər və s. məsələlərə dair məlumatı əks etdirməlidir.  




40 

                                                

 

9.

 



Uşaqlarla işləyən bütün dövlət qurumlarının nümayəndələrinin uşaq hüququqlarına dair 

beynəlxalq və milli qanunvericilik, BMT-nin UHK da daxil olmaqla məlumatlılığını 

artırmaq məqsədilə milli səviyyədə  tədris və  təlim proqramlarının təşkili. Bu 

proqramlar yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiya üzvlərinin təliminə 

çərçivəsində üstünlük verilməlidir.  

 

10.



 

Bakı Dövlət Universitetində, Naxçıvan Dövlət Universitetində yuvenal ədliyyə 

idarəçiliyi üzrə xüsisi təhsil proqramının və  Ədliyyə Nazirliyinin təlim və  tədris 

mərkəzlərində, DİN-in Polis Akademiyasında və digər ali məktəblərdə xüsusi tədris 

proqramlarının yaradılması. 

 

11.



 

Hakimlər, dövlət ittihamçıları, polis əməkdaşları, vəkillər və digər aidiyyatı dövlət 

qurumlarının nümayəndələri üçün keçirilən imtahanlara yuvenal ədliyyəyə dair 

sualların daxil edilməsi. Bu suallar BMT-nin UHK, Ər-Riyad təlimatları, Pekin və 

Tokio Qaydaları və s. beynəlxalq sənədləri də əhatə etməlidir. 

 

12.



 

Qanunla ziddiyyətə olan uşaqlar və onların ailələrinə hüquqi yardım göstərilməsi 

məqsədilə Uşaq Hüquqları üzrə Hüquq Klinikasının yaradılması. 

 

13.



 

Uşaq hüquqlarının müdafiəsi, uşaq hüquqlarının pozulmasına dair uşaqlar və ya onların 

valideynləri, yaxud qanuni nümayəndələri tərəfindən verilən  şikayətlərə baxılması 

məqsədilə Uşaq Hüquqları üzrə Müvəkkil (Ombudsman) vəzifəsinin yaradılması. 

 

14.


 

Uşaq hüquqları və ya yuvenal ədliyyə sahəsində işləyən müvafiq dövlət qurumlarının 

ixtisaslaşmış nümayəndələri üçün səmərəli tədris və təlim imkanlarının yaradılması.  

 

15.



 

Daxili  İşlər Nazirliyi tərkibində, polis uşaq inspektorlarından ibarət, xüsusi Yuvenal 

Polis qurumunun yaradılması. 

 

16.



 

 Ölkə üzrə yetkinlik yaşına çatmayanlara dair cinayət işləri ilə məşğul olmaq üçün Baş 

Prokurorluqda xüsusi yuvenal prokurorluq şöbəsinin yaradılması

61



  

17.


 

Azadlıqdan məhrum etmə yerlərindən azad edilmiş yetkinlik yaşına çatmayanların, 

habelə qanunla ziddiyyətdə olan uşaqların sosial reabilitasiyası, inteqrasiyası  və 

tərbiyəsinə yönəlmiş yerli və milli proqramların hazırlanması və həyata keçirilməsi. 

 

18.


 

Yetkinlik yaşına çatmayanlara dair cinayət işlərinə baxarkən məhkəməyə  qədər 

yönləndirmə (diskresion) mexanizmləri və alternativ tədbirlərin tətbiqinə üstünlüyün 

verilməsinin təbliğ edilməsi.  

 

19.


 

Yetkinlik yaşına çatmayanlar arasında hüquq pozuntularının profilaktikası  məqsədilə 

xüsusi strukturlaşdırılmış  və  əsaslandırılmış preventiv proqramların hazırlanması  və 

yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar və digər aidiyyatı dövlət qurumları 

tərəfindən icra edilməsi. 

 

20.



 

Tərbiyə Müəssisəsində cinayət  əməli və yetkinlik yaşına çatmayan şəxsin sosial 

vəziyyəti, psixoloji və əqli durumundan irəli gələn və onun ehtiyaclarının ödənilməsinə 

yönələcək ixtisaslaşmış  fərdi reabilitasiya və sosial inteqrasiya proqramlarının 

hazırlanması və həyata keçirilməsi. 

 

61



 AR-nın CPM, Maddə 432.1. “Yetkinlik yaşına çatmayan şəxs barəsində ibtidai istintaq imkan dairəsində müvafiq ibtidai 

istintaq orqanlarının xüsusi bölmələri və ya yetkinlik yaşına çatmayan şəxslərələ müvafiq iş  təjrübəsinə malik olan şəxslər 

tərəfindən aparılmalıdır.” 



41 

 

 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin