Heç bir uşaq qanunsuz olaraq və ya özbaşınalıqla azadlıqdan məhrum edilməsin


Uşaqların qidalanması və tibbi xidmətin vəziyyəti



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə53/82
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#1037
1   ...   49   50   51   52   53   54   55   56   ...   82
Uşaqların qidalanması və tibbi xidmətin vəziyyəti 

 

Uşaqlar gündə üç dəfə qidalanırlar. Xörəklər yaxınlıqda olan qadınlar üçün nəzərdə tutulmuş 4 



saylı cəzaçəkmə müəssisəsində hazırlanır. Qidanın rasionunu qənaətbəxş hesab etmək olar. 

 

Müəssisədə yetkinlik yaşına çatmayan məhkumlara tibbi xidmət göstərilməsi üçün tibbi qovşaq 



mövcuddur. Qovşağın vəziyyətini qənaətbəxş hesab etmək olar. 

 

 



55

 AR CİM, Mad.124.2.3: “məhkumlar… il ərzində qısa müddətli qırx səkkiz və uzun müddətli səkkiz görüş almaq hüququna 

malikdirlər”;  

AR CİM, Mad.124.4.3: “məhkumlar….il ərzində qısa müddətli iyirmi dörd görüş və uzun müddətli üç görüş almaq hüququna 

malikdirlər”. 

56

 AR CİM, Mad. 81.3.: “Məhkumlara uzunmüddətli görüşlər birlikdə yaşamaq hüququ ilə yaxın qohumlarla (arvadı,  əri, 



valideynləri, babası, nənəsi, övladları, övladlığa götürənləri və götürdükləri, nəvələri, qardaşları və bacıları) verilir. Məhkumların 

xahişi ilə uzun müddətli görüşlər qısa müddətli görüşlərlə əvəz edilə bilər.” 

57

 AR CİM, Mad. 125: “Tərbiyə müəssisələrində məhkumlara tətbiq edilən tənbeh tədbirləri: Cəzanın icrası qaydalarını pozan 



yetkinlik yaşına çatmayan məhkumlara bu Məcəllənin 107.1.1 və 107.1.2-ci maddələrində  nəzərdə tutulmuş  tənbeh 

tədbirlərindən  əlavə  təhsili davam etdirmək  şərtilə yeddi günədək müddətə intizam təcridxanasına keçirmək növündə  tənbeh 

tədbiri də tətbiq edilə bilər”. 

58

 “Azadlıqdan məhrum edilmiş yetkinlik yaşına çatmayanların müdafiəsinə dair BMT-nin Təlimatları”, Mad.67: “Qəddar, qeyri-



insani və ya insan ləyaqətini alçaldan rəftar təşkil edən bütün intizam tədbirləri, o cümlədən bədən cəzaları, karserə salma, ciddi 

rejimdə və ya biradamlıq kamerada saxlama, yaxud yetkinlik yaşına çatmayan şəxsin fiziki və ya psixi sağlamlığına ziyan yetirə 

bilən istənilən cəza qadağan olunmalıdır. Hər hansı məqsədlə qidanın azaldılması, ailə ilə əlaqələrin məhdudlaşdırılması qadağan 

olunmalıdır. Əməyə həmişə tərbiyə üsulu kimi və yetkinlik yaşına çatmayan şəxs cəmiyyətə qayıdışa hazırlaşarkən ona özünə 

hörmət hissinin aşılanması vasitəsi kimi baxılmalı  və o, intizam tədbiri kimi tətbiq edilməməlidir. Heç bir yetkinlik yaşına 

çatmayan şəxs eyni intizam pozuntusuna görə bir dəfədən artıq cəzalandırılmamalıdır. Kollektiv cəzalar qadağan olunmalıdır.” 




34 

                                                

 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin