Heç bir uşaq qanunsuz olaraq və ya özbaşınalıqla azadlıqdan məhrum edilməsin


saylı cəzaçəkmə müəssisəsi (qadınlar üçün)



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə54/82
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#1037
1   ...   50   51   52   53   54   55   56   57   ...   82
2.5. 4 saylı cəzaçəkmə müəssisəsi (qadınlar üçün) 

 

Müəssisədə saxlanılan yetkinlik yaşına çatmayanların dairəsi və sayı 

 

4 saylı  cəzaçəkmə müəssisəsində barələrində  məhkəmə  tərəfindən müəyyən müddətə 

azadlıqdan məhrumetmə növündə  cəza təyin edilmiş qadın məhkumlar saxlanılır. Yetkinlik 

yaşına çatmayan qızlar üçün tərbiyə müəssisəsi olmadığı üçün, onlar da cəzalarını qadınlar 

üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsində çəkirlər. 

 

Qız uşaqları üçün ayrıca cəzaçəkmə müəssisəsinin olmaması və onların qadınlar üçün nəzərdə 



tutulmuş  cəzaçəkmə müəssisəsində saxlanılması, həmçinin monitorinq zamanı burada 

azadlıqdan məhrum edilərkən yetkinlik yaşına çatmayan olan 3 nəfər  şəxsin saxlanılmasını 

(bu hal milli və beynəlxalq qanunvericiliyə ziddir)

59

  nəzərə alaraq, sözü gedən müəssisənin 



monitorinqinin həyata keçirilməsi zəruri hesab olunub. 

 

Monitorinq zamanı müəssisədə 248 qadın çəza çəkirdi. Monitorinq qrupunun üzvlərinin 



müsahibə götürdükləri qadınlardan biri cəzaçəkmə müəssisəsinə düşdüyü zaman 17 yaşında 

(8 il müddətinə azadlıqdan məhrum edilib), ikincisi – 16 yaşında (5 il müddətinə azadlıqdan 

məhrum edilib), üçüncüsü – 16 yaşında (10 il müddətinə azadlıqdan məhrum edilib) və 

nəhayət, sonuncusu – 19 yaşında (10 il müddətinə azadlıqdan məhrum edilib) olub. 

Monitorinq aparılan zaman müəssisədə 19 (üç nəfər) və 20 (1 nəfər) yaşında qadın vardır. 

Bunlar da digər qadınlarla birlikdə 23-30 nəfərlik otaqlarda saxlanılır. Təkadamlıq otaqda 

qalmaq istədikləri barədə soruşduqda, müsahibə verən qadınlardan ikisi müsbət, biri isə mənfi 

cavab verərək, tək olduqda darıxacağını bildirib. 

 

Burada saxlanılan gənc qızlar ağır və xüsusilə  ağır cinayət törətməkdə  təqsirli bilinmiş 



şəxslərdir. Bu müəssisədə  şübhəli bilinən və ya təqsirləndirilən  şəxslər saxlanılmır. Bunun 

üçün Gəncə  şəhəri və Bakı  şəhərinin  Şüvəlan qəsəbəsində yerləşən istintaq təcridxanaları 

vardır ki, burada qadınların saxlanması üçün ayrıca bölmələr mövcuddur. Lakin lazım 

gəldikdə, şübhəli bilinən və ya təqsirləndirilən şəxslər məhkəminin qərarı ilə məhkumlardan 

ayrı saxlanılmaq şərti ilə 4 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilə bilərlər

60

. Qeyd etmək 



lazımdır ki, buradakı yetkinlik yaşına çatmayan məhkumlar yetkinlik yaşına çatmış şəxslərlə 

birgə saxlanılır və müəssisədə eyni rejim növü tətbiq edilir ki, bu da cinayətlərin ağırlığına 

görə məhkumları bir-birindən ayırmır. 

 

Yetkinlk yaşına çatmayan qız məhkumlar üçün ayrıca tərbiyə müəssisəsinin yaradılması 



haqda müvafiq dövlət qurumlarının münasibətini öyrəndikdə, qızların sayının çox az 

olduğundan (ildə ən çox 2-4 nəfər) ayrıca tərbiyə məssisəsinin yaradılmasının məqsədəuyğun 

hesab edilmədiyi səsləndirilib. 4 saylı  cəzaçəkmə müəssisəsinin tərkibində  qız uşaqlarının 

saxlanması üçün ayrıca bölmənin yaradılması ilə bağlı verilən suala isə cavab alınmayıb. 

 

 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin