Müəssisə işıq, gigiyena, temperatur, qoxu, səs-küy, habelə verilən qidanın keyfiyyəti baxımından
edilib. Lakin bu standartlar beynəlxalq standartlara uyğun deyil. Müəssisədə, həmçinin, fərdi
otaqlar və ya guşələrin olmaması uşaqların özəl həyata olan hüquqlarını pozur.
Tərbiyə Müəssisəsində hər birində 6-dan 15-dək çarpayı olmaqla 9 yataq otağı, 8 kabinədən
qənaətbəxşdir. Müdiriyyətin və yetkinlik yaşına çatmayanların əksəriyyətinin bildirdiyinə görə,
Müəssisədə yetkinlik yaşına çatmayanların istirahət və asudə vaxtının səmərəli təşkili üçün
masaüstü tenis var. Onlar həmçinin, ümumi radio və televizor, videofilmlər və qəzetlərlə təmin
edilirlər.
Uşaqların ibadətlə məşğul olmaları üçün yaradılmış dini güşənin vəziyyətini qənaətbəxş hesab
AR CM, Mad.85.5: “Yetkinlik yaşına çatmayan məhkumlar cəzalarını aşağıdakı tərbiyə müəssisələrində çəkirlər:
AR CM, Mad. 85.5.1 yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik
AR CM, Mad. 85.5.2: əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan oğlanlar — möhkəm
AR CİM, Mad.128.1: “On səkkiz yaşına çatmış məhkumlar bir qayda olaraq tərbiyə müəssisələrindən cəzaçəkmə
33
Müəssisə rəhbərliyinin bildirdiyinə görə, məhkumlara öz paltarlarını geyinməyə icazə verilir.
Lakin monitorinq qrupunun üzvlərinin müşahidəsi onu göstərib ki, müəssisədə saxlanılan bütün
yetkinlik yaşına çatmayanlar “uniforma”ya bənzər paltar geyinir.
Müəssisədə məhkumların valideynləri ilə görüşməsinə həftədə bir dəfə icazə verilir. Qısa
müddətli görüş otağının vəziyyəti qənaətbəxşdir
55
. Lakin xüsusi olaraq qeyd etmək lazımdır ki,
müəssisədə uzun müddətli görüş otağı yoxdur
56
.
Müəssisədə 37 nəfər işçi çalışır. O cümlədən 1 həkim (tam iş günü), 1 psixoloq (tam iş günü), 10
müəllim (tam iş günü) və 2 peşə təlimi üzrə müəllim (tam iş günü) fəaliyyət göstərir. İşçi heyət
silah gəzdirmir.
Müəssisədə axşam məktəbi fəaliyyət göstərir. Burada uşaqlara kompüter dərsləri də keçilir və
onlar kompüterlə bağlı zəruri biliklərə yiyələnirlər. Yetkinlik yaşına çatmayan məhkumlar,
həmçinin texniki-peşə təlimi də alır. Bununla yanaşı, müəssisədə ali məktəblərə qəbul üçün
keçiriləcək imtahanlara hazırlıq kursları təşkil olunub. Lakin, ümumilikdə, müəssisə uşaqları
azadlığa çıxdıqdan sonra düşəcəkləri həyata hazırlamır. Onu da xüsusilə qeyd etmək lazımdır ki,
yaxın zamanlarda cəzaçəkmə müəssisəsini tərk edəcək yetkinlik yaşına çatmayan şəxslərə
psixoloji yardımım göstərilməsi üçün müəssisədə hər hansı bir xüsusi proqram və ya bölmə
fəaliyyət göstərmir.
Tərbiyə müəssisəsində qanunvericilikdə nəzərdə tutlmuş intizam təcridxanasına keçirmək (7
günədək) növündə tənbeh tədbirinin tətbiq edilməsi üçün intizam təcridxanası mövcuddur
57
.
Lakin qeyd etmək lazımdır ki, göstərilən intizam tədbirinin tətbiqi Azərbaycanın tərəfdar çıxdığı
“Azadlıqdan məhrum edilmiş yetkinlik yaşına çatmayanların müdafiəsinə dair” BMT
Təlimatlarını kobud şəkildə pozur
58
. Təcridxananın vəziyyətini qənaətbəxş hesab etmək olar.
Müdiriyyətin bildirdiyinə görə, 2005-ci il ərzində daxili rejim qaydalarını pozmağa görə cəmi 38
intizam tədbiri təbiq edilib ki, bunlardan 22-si intizam təcridxanasına keçirmə, 16-sı isə töhmət
və xəbərdarlıq olub.
Dostları ilə paylaş: