Heç bir uşaq qanunsuz olaraq və ya özbaşınalıqla azadlıqdan məhrum edilməsin



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə50/82
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#1037
1   ...   46   47   48   49   50   51   52   53   ...   82
52

.

 

 

Uşaqların qidalanması və tibbi xidmətin vəziyyəti 

 

Uşaqlar milli qanunvericiliyə uyğun olaraq, gündə üç dəfə saxlanıldıqları kameralarda 



qidalanırlar. Xörəklərin hazırlandığı hissəsinin köhnə və təmirə ehtiyacı olmasına baxmayaraq, 

gigiyenik vəziyyəti normaldır. Qidanın rasionunu qənaətbəxş hesab etmək olar. Təcridxana 

rəhbərinin sözlərinə görə, hər uşağın qidalanması üçün ayda təxminən 100 ABŞ dolları 

məbləğində  vəsait xərclənir. Müəssisənin  ərzaq və  məişət məmulatlarının saxlanması üçün 

nəzərdə tutulmuş yardımçı  təsərrüfat yerləri də var ki, burada ən zəruri  ərzaq və  məişət 

məhsulları saxlanılır. 

 

Təcridxanada saxlanılanlara tibbi xidmət göstərilməsi məqsədi ilə tibbi qovşaq nəzərdə tutulub. 



Tibb  şöbəsinin rəisi bildirib ki, müəssisədə 1 terapevt, 1 dermatoloq-veneroloq, 1 psixiatr 

(məzuniyyətdə olub), 1 ftiziatr, 1 stomatoloq, 1 rentgenoloq (yarımştat), 1 feldşer (monitorinq 

zamanı ştat boş idi) və 1 qeydiyyatçı çalışır. Monitorinq zamanı 3 həkim yerində idi. 

 

Tibbi qovşaq qeydiyyat otağından, tibb otağı, rentgen otağı, laboratoriya və stomatoloji 



kabinetdən ibarətdir. Laboratoriya, tibb otağı və stomatoloji kabinet (burada yalnız bir yararsız 

kreslo var idi) yararsız halda idi, lakin müdiriyyətin sözlərinə görə, burada təmir işləri aparılır. 

Rentgen otağı isə, təzə təmir olunub və yeni avadanlıqlarla təchiz edilib. 

 

 



 

51

Həbsdə saxlanılma yerlərində şəxslərin saxlanılmasına dair Müvəqqəti Əsasnamənin 5.3-cü maddəsinə əsasən, tənbeh tədbiri 



qismində yetkinlik yaşına çatmayan şəxslərin intizam təcridxanasında saxlanılma müddəti 5 sutkadan çox ola bilməz. 

52

 Azadlıqdan məhrum edilmiş yetkinlik yaşına çatmayanların müdafiəsinə dair BMT-nin Təlimatları, Mad.67: “Qəddar, qeyri-



insani və ya insan ləyaqətini alçaldan rəftar təşkil edən bütün intizam tədbirləri, o cümlədən bədən cəzaları, karserə salma, ciddi 

rejimdə və ya biradamlıq kamerada saxlama, yaxud yetkinlik yaşına çatmayan şəxsin fiziki və ya psixi sağlamlığına ziyan yetirə 

bilən istənilən cəza qadağan olunmalıdır. Hər hansı məqsədlə qidanın azaldılması, ailə ilə əlaqələrin məhdudlaşdırılması qadağan 

olunmalıdır. Əməyə həmişə tərbiyə üsulu kimi və yetkinlik yaşına çatmayan şəxs cəmiyyətə qayıdışa hazırlaşarkən ona özünə 

hörmət hissinin aşılanması vasitəsi kimi baxılmalı  və o, intizam tədbiri kimi tətbiq edilməməlidir. Heç bir yetkinlik yaşına 

çatmayan şəxs eyni intizam pozuntusuna görə bir dəfədən artıq cəzalandırılmamalıdır. Kollektiv cəzalar qadağan olunmalıdır.” 




32 

                                                




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin