Əmək haqqının az olması
Uşaq polis inspektorlarının əmək haqqı təxminən 107-112 manat (və ya 110-115 ABŞ dolları)
təşkil edir. Müqayisə üçün demək olar ki, yol patrul xidməti əməkdaşlarının əmək haqları
bundan beş-yeddi dəfə çoxdur.
Resursların çatışmazlığı
Uşaq inspektorlarının rayonun müxtəlif kəndlərinə səfər etmələri üçün nəqliyyatları yoxdur.
Onlar məcbur olub yerlərə ya öz maşınları ilə, ya da taksi ilə getməli olurlar ki, bu da işin
səmərəliliyinə təsir göstərir.
17
Qadın polis uşaq inspektorlarının sayının azlığı
Uşaq inspektorlarının arasında qadın işçilərin sayı olduqca azdır. Monitorinq qrupu yalnız Qazax
rayonunda bir, Bakı şəhərində isə yeddi qadın inspektorla görüşə bilib. Qalan rayonlarda isə
qadın inspektorların olması qeydə alınmayıb.
Dostları ilə paylaş: |