I. EMPİRİK TAPINTILAR
Yuvenal ədliyyə təsisatlarının fəaliyyətinə ümumi baxış
Azərbaycanda yuvenal ədliyyə sistemində problemlər müxtəlif səpkili və çox mürəkkəbdir.
Bunların hamısı uşaq hüquqları baxımından vacib hesab olunmalıdır. Ər-Riyad Prinsipləri, Pekin
Qaydaları və BMT UHK kimi beynəlxalq qayda və prinsiplər qanunla mühakimə edilmiş
uşaqlarla rəftarın əsasən həmin uşağın cəmiyyətə yenidən inteqrasiyasına yönəldiyini bildirir və
uşağı buna ruhlandırmağı və ya həmin mühitdə konstruktiv rol oynamağı tələb edir. Bu yanaşma
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində əksini tapsa da, reallıqda, yuvenal ədliyyə
sistemində buna tam riayət edilmir.3
Azərbaycanın Respublikasının rayonlarında aparılmış monitorinqin ümumi nəticələri ondan
ibarətdir ki, bölgələrdə qanunla münaqişədə olan yetkinlik yaşına çatmayanlarla aparılan iş arzu
olunan səviyyədə deyil. İstər icra hakimiyyətləri yanında yaradılmış yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, istər rayon polis şöbələrində
fəaliyyət göstərən ictimai təhlükəsizlik bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki
işin təşkili qruplarının, istərsə də rayon məhkəmələrinin bu sahədəki fəaliyyətləri günün
tələblərinə cavab vermir. Göstərilən orqanlar ya onların üzərinə düşən işin öhdəsindən lazımınca
gələ bilmir, ya da öz vəzifələrini layiqincə icra etmirlər.
Aparılmış müşahidələr və sorğular əsasında aşağıdakı ümumi çatışmazlıqları qeyd etmək
mümkündür:
Dostları ilə paylaş: |