Azərbaycanda Yuvenal Ədliyyə. Uşaq hüquqları üzrə Azərbaycan QHT Alyansının alternativ hesabatı, 2006. s. 9
Adətən komissiya sədrləri RİH başçısının 1-ci müavini, yaxud müavinlərindən biri olur. Bərdə rayonunda isə, komissiyaya
14
Monitorinq aparıldığı bir sıra rayonlarda yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar icra
hakimiyyətləri tərkibində ayrıca qurum kimi fəaliyyət göstərmir. Yetkinlik yaşına çatmayanlarla
iş üzrə komissiyaların sədrləri və məsul katibləri öz vəzifə və səlahiyyətləri barədə dəqiq
məlumata malik deyil. Məsələn, Bakı şəhərinin Nərimanov rayonunda yetkinlik yaşına
çatmayanlarla iş üzrə komissiyanın fəaliyyəti RİH-nin tərkibində olan digər qurumların,
məsələn, qəyyumluq və himayə orqanının fəaliyyəti ilə səhv salınır. Qəyyumluq və himayəçilik
məsələlərinə dair ərizələr daha çox daxil olduğundan, yetkinlik yaşına çatmayanlarla iş üzrə
komissiyanın məsul katibi bu məsələlərlə əlaqədar daha böyük təcrübəyə malikdir. Vəzifələrin
qarışıqlığı digər rayon və şəhərlər üzrə aparılan monitorinq nəticəsində də təsdiq edilib.
Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların nümayəndələri ilə müsahibələr zamanı
onların daha çox istinad etdikləri məsələlər məhz qəyyumluq və övladlığa götürmə məsələləri
olub. Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar ilə qəyyumluq və himayə orqanları
arasında olan fərq barəsində suala cavab olaraq məsul katib və psixoloqlar hər iki qurumda
fəaliyyət göstərdiklərini bildiriblər. Bəzi rayonlarda isə bu qurumların üzvlərinin eyni olduğu
bildirilib.
Xüsusilə qeyd etmək lazımdır ki, Astara rayonu icra hakimiyyətində yetkinlik yaşına
çatmayanlarla iş üzrə komissiyanın fəaliyyət göstərməli olduğunu bilmirlər. Belə ki, Astara
rayon icra hakimiyyəti başçısının birinci müavini monitoriq qrupuna bildirib ki, «Astara Rayon
İcra Hakimiyyəti aparatında bu adda komissiya yoxdur. Belə işlərlə polis məşğul olur».
Dostları ilə paylaş: