5.4. Nümayəndəliyin personalının şəxsi immunitet və imtiyazları
161
Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası nüma-
yəndəliyin başçısı və onun əməkdaşları - diplomatik, inzibati – tex-
niki personal (həmçinin onların ailə üzvləri) və xidmətçi personal
üçün bir sıra şəxsi xarakterli immunitet və imtiyazlar da müəyyən
etmişdir. Bunlara əsasən aşagıdakılar aiddir: şəxsi toxunulmazlıq,
igamətgahın, şəxsı kağız və yazışmaların, əmlakın toxunulmazlığı,
yurisdiksiyadan immunitet, vergi və rüsumlardan azad edilmə, göm-
rük imtiyazları.
1
Фельтхем Р.Дж. Настольная книга дипломата. Минск: Новое зна-
ние, 2002, 3-е издание, с. 65
5. 4. 1. Diplomatik personalın immunitet və imtiyazları
2
Azərbaycan Respublikasının Gömrük Məcəlləsi. Bakı: Hüquq
ədəbiyyatı, 2001, s. 108
a) Şəxsi toxunulmazlıq.
Şəxsi immunitet və imtiyazlar arasında əsas norma diplomatik
agentin şəxsi toxunulmazlığı prinsipidir. Konvensiyanın 29-cu
maddəsinə əsasən diplomatik agentin şəxsiyyəti toxunulmazdır. O,
3
Heydərov K. Gömrük işinin əsasları. Birinci cild. Gömrük işinin təşkili
və texnologiyası. Azərnəşr, 1998, s. 81
4
Yenə orada.
160
Pazarçinin
1
, E. Denzanın
2
və s. ) mülahizələrini cəmləşdirərək
müəyyən edə bilərik ki, diplomatın şəxsi toxunulmazlığının
məhdudlaşdırılması əsasən aşağıdakı hallarla əsaslandırıla bilər:
hər hansı bir formada tutulub saxlanıla və ya həbs oluna bilməz.
Yerləşmə dövləti ona lazımi hörmətlə yanaşmalı və onun
şəxsiyyətinə, azadlığına və ləyaqətinə hər hansı bir hücumların qar-
şısının alınması üçün bütün lazımi tədbirləri görməlidir.
1)
diplomat öz hərəkətləri ilə özünü təhlükə altında qoyursa;
Şəxsi toxunulmazlıq ən əsas immunitetdir və diplomatın digər
immunitet və imtiyazları buradan yaranır
1
. Şəxsi toxunulmazlıq
prinsipinə əsasən diplomatik agentin tutulub saxlanılmasına və həbsə
alınmasına yol verilmir və o, yerləşmə dövlətinin cinayət mühakimə
aidiyyətindən tamamilə azad olunur. Diplomatik agentin hüquqazidd
davranışı zamanı belə onun şəxsinə zərər gətirə bilən hər hansı
tədbirləri həyata keçirmək olmaz. Belə halda nümayəndəliyin
yerləşdiyi dövlət konvensiyaya uyğun olaraq öz maraqlarının
müdafiəsi məqsədilə müəyyən müdafiə vasitələrindən istifadə edə
bilər. Belə müdafiə vasitələrinə diplomatik agentin geri çağırılmasını
tələb etmək, onu persona non grata elan etmək və sair aiddir. Konven-
siya digər məcburetmə tədbirlərini nəzərdə tutmur.
2)
diplomatın toxunulmazlığını pozan şəxslər onun rəsmi möv-
qeyindən xəbərsiz olduqda;
3)
cinayət törədilməsinin qarşısını almaq məqsədilə;
Konvensiyada şəxsi toxunulmazlıq prinsipinin bu formada
təsbit edilməsi təbii ki, praktikada ondan sui-istifadə edilməsi hal-
larına yol açır. Bunu nəzərə alaraq BMT-nin Beynəlxalq Hüquq Ko-
missiyasi diplomatik əlaqələr və immunitetlər haqqında Konvensiya
layihəsini hazırlayarkən şəxsi toxunulmazlıq prinsipinin şərhində
qeyd etmişdir ki, o, “diplomatik agentlərə münasibətdə nə
özünümüdafiə tədbirlərini, nə də müstəsna şəraitdə, onun tərəfindən
müəyyən cinayətin və hüquqazidd əməllərin qarşısını alma
tədbirlərini istisna etmir”
2
. Diplomatik agent tərəfindən hüquqazidd
əməl törədilən zaman onun müvəqqəti olaraq tutulub saxlanılmasının
qanunauyğunluğu haqqında bir sıra doktrinal fikirlər də maraq
yaradır. Bu məsələ ilə əlaqədar əksər hüquqşünasların (D.B.Levinin
3
,
K.K.Sandrovskinin
4
, L.Oppenqeymin
5
, A.A.Kovalyovun
6
, H.
163
4)
diplomat tərəfindən müəyyən əməllərə qarşı özünümüdafiə
məqsədilə.
Qeyd olunan situasiyalarla bağlı əksər dövlətlərin praktikasında
diplomatik əməkdaşların qeyri-qanuni fəaliyyətinin qarşısını alan üsul
kimi “cinayət başında yaxalanma”dan istifadə edilir
3
.
Cinayət başında yaxalanma, xüsusilə, fərdi şəxslər tərəfindən
həyata keçirilərsə (onlar diplomatın statusu haqqında məlumata malik
olmaya da bilər), yaxud onu reallaşdıran hüquq mühafizə orqanları
cinayət törədilməsində şübhəli bilinən şəxsin statusundan xəbərsiz
olarsa daha sadə əsaslandırıla bilər.
Cinayət törədilməsinin qarşısını almaq məqsədilə diplomatın
saxlanılması o zaman həyata keçirilə bilər ki, onun cinayət fəaliyyəti
haqqında dəlillərin əldə olunacağına əminlik olsun. Belə saxlanılma
məhz cinayət törədilməsi anında həyata keçirilə bilər.
Qeyd edək ki, bütün bu yuxarıda sadalanan və s. mümkün hal-
larda belə diplomatik agentin sadəcə olaraq müvəqqətu tutulub sax-
lanılmasından (həbs edilmədən) bəhs olunur.
Göründüyü kimi şəxsi toxunulmazlıq, cinayət yurisdiksiyası
immunitetindən fərqli olaraq mütləq xarakter daşımır. Lakin şəxsi
toxunulmazlıq prinsipindən istisnalara praktikada nadir hallarda rast
gəlinir. Konvensiyanın özünə isə bu cür istisnalar ona görə daxil
edilməmişdir ki, praktikada bu, şəxsi toxunulmazlıq prinsipinin ef-
fektliliyini heçə endirərdi.
Şəxsi toxunulmazlıq yerləşmə dövləti tərəfindən təmin olun-
1
Демин Д.Г. Статус дипломатических представительств и их пер-
сонала. М.: Международные отношения, 1995, с. 98
2
Блищенко И.П., Жданов Н.В. Принцип неприкосновенности ди-
пломатического агента // СЕМП,1973. М.: Наука, 1975, с. 190
Учебное пособие. М.: Наука, 1986.
3
Левин Д.Б. Дипломатический иммунитет М.–Л. Тип изд-ва Ака-
демия Наук СССР в Минск, 1949.
1
Hüseyin Pazarci. Uluslararasi Hükuk dersleri. III kitab. Turhan
kitabevi. Ankara, 1994.
4
Сандровский К.К. Право внешних сношений. Киев: Вища школа, 1986.
2
Denza E. Diplomatic Law 2
nd
ed. Clarendon Press Oxford,1998
5
Oppenheim L. İnternational Law London-New York-Toronto, 1928.
3
Торкунов Н.В. Дипломатическая служба. Учебное пособие РОС-
СПЭН, 2002, с. 101
6
Ковалев А.А. Привилегии и иммунитеты в современном праве
162
164
malıdır və bunun üçün dövlət bütün lazımı tədbirləri görməlidir. Bu-
raya müxtəlif tədbirləri aid etmək olar. Dövlət orqanlarının və ya
ayrı-ayrı şəxslərin diplomatik agentin toxunulmazlığına xələl gətirən
istənilən fəaliyyətdən çəkinməsi, diplomatik agentlərə qarşı hüquq
pozuntularının qarşısının alınması, onlara qarşı hüquq pozuntusu
törədən şəxslərin dövlət tərəfindən agır cəzalarla cəzalandırılması,
diplomatların faktiki pozulmuş hüquq və imtiyazlarının bərpa
edilməsi, vurulmuş zərərə görə təzminat, uyğun sahədə dövlətlərin
əməkdaşlığının həyata keçirilməsi qeyd olunan problemin tərkib
hissələridir. Bu problemlərin əksər hissəsi tərəfimizdən II fəsildə
ətraflı öyrənildiyi üçün indi yalnız bəzi məqamları qeyd etmək
istərdik.
Diplomatların pozulmuş hüquq və imtiyazlarının bərpası bəzi
hallarda mürəkkəb situasiyaların yaranmasına gətirib çıxarır. Hal-
hazırda daha çox aktuallıq kəsb edən hallardan biri diplomatik
agentlərin girov götürülməsi məsələləri ilə əlaqəlidir. Bu zaman
yerləşmə dövlətinin hakimiyyəti dilemma qarşısında qalır: diplomat-
ların toxunulmazlığını təmin etmək üçün terrorçuların tələblərini
yerinə yetirmək və bununla da dövlətin maraqlarını təhlükə altına
atmaq və yaxudda bu maraqları əsas götürərək terrorçuların
tələblərinə əməl etməmək və girovların həyatını təhlükəyə atmaq.
Bu məsələnin universal həlli yoxdur, belə ki, beynəlxalq hü-
quqda bu iki seçənəkdən birinin seçilməsini müəyyən edən norma
mövcud deyil. Bu məsələ ilə bağlı dövlətlərin praktikası da
müxtəlifdir.
Bütün qeyd olunan məsələlərlə bağlı dövlətlərarası
əməkdaşlığın həyata keçirilməsində 1973-cü il dekabrın 14-də qəbul
edilən Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən,
diplomatik agentlərə qarşı cinayətlərin qarşısının alınması və
cəzalandırılması haqqında Konvensiya mühüm yer tutur. Konvensi-
yanın əsas müddəaları ilə İİ fəsildə ətraflı tanış olmuşduq.
Diplomatik agentlərin şəxsi toxunulmazlığını təmin edən ən
mühüm vasitələrdən biri dövlətlərin məsuliyyəti institutudur. Diplo-
matik agentlərin diplomatik toxunulmazlığının pozulması beynəlxalq
deliktlərə aiddir. Bu cür deliktlər dövlətin beynəlxalq hüquqi
məsuliyyətini yaradır. Dövlətin məsuliyyəti onun hüquqazidd
fəaliyyəti və ya öz öhdəliklərinin yerinə yetirilməməsində ifadə olu-
nan fəaliyyətsizliyindən yaranır.
165
b) İqamətgahın, şəxsı kağız və yazışmaların, əmlakın
toxunulmazlığı
Diplomatik agentin şəxsi iqamətgahı da nümayəndəlik
binalarının istifadə etdiyi toxunulmazlıq və müdafiədən istifadə edir
(maddə 30, bənd 1).
Şəxsi iqamətgaha akkreditiv dövlət tərəfindən icarəyə götürü-
lən və ya ona məxsus olan yaşayış yerləri və həmçinin diplomatın
şəhərkənarı bağı da aiddir.
Beynəlxalq hüququn adət normasına əsasən əgər səfər inko-
qnito deyilsə bu toxunulmazlıq eyni qaydada diplomatın müvəqqəti
iqamətgahına da şamil edilir.
Konvensiyanın 30-cu maddəsinin 2-ci bəndinə müvafiq olaraq
diplomatların kağızları və yazışması toxunulmazdır. Bu toxunul-
mazlığa əsasən onların saxlanılmasına, açılmasına və ya yerli
hakimiyyət orqanları tərəfindən rəsmi məqsədlərlə istifadə olun-
masına icazə verilmir. Diplomatın şəxsi korrespondensiyasının
diplomatik poçtdan fərqli olaraq xarici görünən əlamətlərə malik
olmaması praktikada onun toxunulmazlığının təmin ediməsində
müəyyən problemlər yarada bilər.
Qərb hüquq ədəbiyyatlarında korrespondensiyalara texniki
vasitələrlə nəzarətin həyata keçirilməsinin mümkünlüyü, yalnız
xidməti kağız və yazışmalara toxunulmazlığın verilməsi və sair kimi
məsələlərı əsaslandırmaq cəhdləri olunur.
Mülkiyyətin toxunulmazlığı Konvensiyanın 31- ci maddəsinin
3-cü bəndindəki istisnalarla təmin olunur. Bu isə artıq
yurisdiksiyadan immunitet məsələləri ilə bağlıdır.
c) Yurisdiksiyadan immunitet
Diplomatik agentin yerli dövlətin yurisdiksiyasından
immuniteti məsələsi 1961-ci il Vyana Konvensiyasının 31-ci
maddəsində öz əksini tapmışdır. Konvensiya təsdiq edir ki, yerləşmə
dövlətinin cinayət yurisdiksiyasından diplomatik agent tamamilə
azad edilir. Diplomatik agentin mülki və inzibati yurisdiksiyasından
kənar edilməsinə gəldikdə isə, burada istisnalar mövcuddur.
Birinci istisna daşınmaz əmlaka aiddir. Diplomata qarşı, onun
olduğu dövlətin ərazisində yerləşən və akkreditiv dövlətin adından
malik olmadığı xüsusi daşınmaz mülkiyyətinə tələblə bağlı iddia
166
qaldırıla bilər.
İkinci istisna varisliklə bağlıdır. Yəni diplomata qarşı, onun
vəsiyyətinin icraçısı kimi, irsi əmlakın qoruyucusu və ya himayəçisi
(qəyyum) kimi, varis kimi çıxış etdiyi hallarda varislik məsələləri ilə
bağlı iddia qaldırıla bilər. Təbii ki, bu zaman diplomat akkreditiv
dövlətin adından deyil, adi şəxs kimi çıxış edərsə.
Üçüncü istisna peşəkar və kommersiya fəaliyyəti ilə
əlaqədardır. Öz rəsmi funksiyaları hüdudlarından kənarda olduğu
dövlətdə həyata keçirdiyi hər hansı peşəkar və ya kommersiya
fəaliyyəti ilə əlaqədar diplomata iddia qaldırıla bilər.
Ümumiyyətlə, diplomatın öz rəsmi funksiyalarından kənar,
professional və ya kommersiya fəaliyyəti ilə məşğul olması məsələsi
mürəkkəb məsələdir. Əslində Konvensiyanın bu maddəsi onun 42-ci
maddəsi ilə ziddiyyət təşkil edir, 42-ci maddəyə əsasən diplomatik
agentə şəxsi mənfəət məqsədiylə kommersiya və ya professional
fəaliyyətlə məşğul olmağa icazə verilmir.
Y.Q.Demin yazır ki, Konvensiyada təsdiq olunmuş mülki-
hüquqi yurisdiksiya immunitetindən istisnalar müasir diplomatiya
praktikasının tələblərinə cavab vermir. Hal-hazırda əksər dövlətlər öz
diplomatik agentlərinə yerləşmə dövlətində şəxsi daşınmaz əmlaka
malik olmağı, həmçinin şəxsi peşəkar və ya kommersiya fəaliyyəti ilə
məşğul olmağı qadağan edirlər. Diplomatların varislik məsələləri ilə
əlaqədar işlərdə iştirakına isə çox nadir hallarda rast gəlinir.
Doğrudan da, diplomatik agent tərəfindən cinayət hadisəsi
törədildikdə onun xidməti və ya qeyri-xidməti fəaliyyəti arasında fərq
qoyulmur və o, istisnasız cinayət mühakimə aidiyyətindən azad
olunur. Mülki hüquq pozuntusu törətdikdə isə, baxmayaraq ki, bu
zaman diplomat yerləşmə dövlətinə 1-ci haldan fərqli olaraq daha az
ziyan vurmuş olur, Konvensiya yurisdiksiya immunitetindən onun
xidməti fəaliyyəti ilə əlaqəli olmayan hallarda istisnalar nəzərdə
tutur. Fikrimizcə, gələcəkdə, diplomatiya hüququnun sonrakı
məcəllələşdirmə prosesində bütün bunlar nəzərə alınacaq və
diplomatik agentlər mülki-hüquqi yurisdiksiya immunitetindən
istisnasız istifadə edəcəklər.
Yurisdiksiya immunitetindən daha bir istisna Konvensiyanın
32- ci maddəsində öz əksini tapmışdır. Belə ki, yurisdiksiya
immunitetindən istifadə edən şəxsin məhkəmədə iş qaldırması onun
əsas iddia ilə bilavasitə əlaqəsi olan qarşılıqlı iddiaya münasibətdə
yurisdiksiya immuniteti hüququndan məhrum edir. Lakin immunitetə
istinad etməyin mümkün olmadığı hallarda belə beynəlxalq hüquqa
əsasən məhkəmə və ya inzibati qərarların icrası diplomatik agentin
şəxsi toxunulmazlığına və həmçinin, onun iqamətgahının
toxunulmazlığına xələl gətirməməlidir.
167
Konvensiyanın 31-ci maddəsinin 2- ci bəndinə əsasən dip-
lomatik agent şahid kimi ifadə vermək öhdəliyindən azad olunur.
Akkreditiv dövlətin icazəsi ilə o, məhkəməyə cəlb olunmaq öhdəliyi
olmadan bunu yazılı və ya şifahi formada edə bilər.
Diplomatik agentlərə yerləşmə dövlətinin cinayət, mülki və
inzibati hüquqi yurisdiksiyasından immunitetlər verilməsi o demək
deyildir ki, onlara heç bir hüquq norması şamil edilmir və onların
əməlləri cəzasız qalır. Onları hüquqazidd əməllərinə görə
cəzalandırmağın iki real imkanı vardır:
1) Konvensiyanın 31-ci maddəsinin 4-cü bəndinə əsasən dip-
lomatik agentin yerləşmə dövlətinin yurisdiksiyasından immuniteti
onu akkreditiv dövlətin yurisdiksiyasından azad etmir. Yəni
diplomatik agent yerləşmə dövləti və ya ayrı-ayrı şəxslərin vəsatəti
ilə akkreditiv dövlətdə məsuliyyətə cəlb oluna bilər.
Azərbaycan Respublikasının “Diplomatik xidmət haqqında”
qanununun Diplomatik xidmət əməkdaşlarının məsuliyyətini
müəyyən edən 19-cu maddəsinə əsasən “diplomatik xidmət
əməkdaşları... Azərbaycan Respublikasının müvafiq qanunvericilik
aktları ilə müəyyən edilmiş hallarda və qaydada məsuliyyətə cəlb
oluna bilərlər”;
Lakin bu normanı kifayət qədər effektiv vasitə hesab etmək
doğru olmazdı. İstənilən halda diplomatik agentin akkreditiv dövlətin
tapşırığı ilə həyata keçirdiyi hüquqazidd əməlləri cəzasız qalacaqdır.
Eyni qaydada törənmiş əməlin yerləşmə dövlətindən fərqli olaraq
akkreditiv dövlətin ərazisində hüquq pozuntusunu təşkil etməməsi də
mümkündür.
2) Konvensiyanın 32-ci maddəsinə əsasən diplomatik
agentlərin yurisdiksiya immunitetindən akkreditiv dövlət imtina edə
bilər (imtina aydın ifadə edilməlidir). İmmunitetdən imtina qərarın
çıxarılmasına qədər məhkəmə araşdırmasının istənilən mərhələsində
edilə bilər.
1961-ci il Vyana Konvensiyasının mətni olan əsas sənədlə
yanaşı mülki iddialara baxılmasına dair qətnamə də qəbul edilmişdir.
Qətnamədə tövsiyə olunurdu ki, akkreditiv dövlət, əgər bu
nümayəndəliyin funksiyalarının yerinə yetirilməsinə ziyan vurmazsa
mülki iddialara münasibətdə immunitetdən imtina etsin.
Akkreditiv dövlətin immunitetdən imtina etməsi və diplomatik
agentin yerləşmə ölkəsində məsuliyyətə cəlb olunması hallarına
praktikada rast gəlinir.
İmmunitetdən diplomatın özü deyil, yalnız akkreditiv dövlət
imtina edə bilər. Bunun üçün diplomatın razılığı tələb olunmur və
diplomat bu qərara tabe olmalıdır. Akkreditiv dövlət immunitetdən
imtinanı geri götürə bilməz.
İmmunitetdən imtina olunmasının dəqiq proseduru Konvensiya
ilə müəyyən olunmamışdır. Doktrinalarda üstünlük təşkil edən fikrə
əsasən nümayəndəliyin başçısı bunu akkreditiv dövlətin adından
həyata keçirə bilər.
İmmunitetdən imtina ilə bağlı son olaraq onu da qeyd edək ki,
Konvensiyaya uyğun olaraq mülki və inzibati işlərə münasibətdə
yurisdiksiya immunitetindən imtina qərarın yerinə yetirilməsinə qarşı
imtina etmək deyildir, bunun üçün xüsusi imtina tələb olunur.
Konvensiyaya əsasən diplomatik, agentlər həmçinin immunitet
və imtiyazlara ziyan vurmadan yerli dövlətin qanun və qaydalarına
hörmət etməli, onun daxili işlərinə qarışmamalıdırlar (maddə 41,
bənd 1). Azərbaycan Respublikasının “Diplomatik xidmət haqqında”
qanununda da müəyyən olunmuşdur ki, diplomatik xidmət
əməkdaşları xaricdə işlədikləri dövrdə olduqları dövlətin qanun və
qaydalarına hörmət bəsləməyə borcludurlar (maddə 17).
d) Vergi və gömrük imtiyazları.
Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulan vergi
imtiyazları diplomatik agentlərin şəxsi və əmlak xarakterli bütün
ümumdövlət, rayon və bələdiyyə vergi, rüsum və xərclərdən azad
edilməsini nəzərdə tutur. Lakin burada da bir sıra istisnalar vardır.
Belə ki, diplomat aşağıdakı vergilərdən azad olunmur: 1) adətən,
malın və ya xidmətin qiymətinə əlavə olunan vasitəli vergilərdən; 2)
yerli dövlətin ərazisində yerləşən və nümayəndəliyin məqsədləri üçün
istifadə olunmayan şəxsi daşınmaz əmlakın vergi və xərclərindən; 3)
yerli dövlət tərəfindən toplanan miras vergilərindən və varislik
rüsumlarından; 4) yerli dövlətdə yerləşən gəlir mənbələrindən
qazanılan şəxsi gəlirə olan rüsum və vergilərdən və həmçinin yerli
dövlətdəki kommersiya müəssisələrinə kapital qoyuluşunun
vergilərindən; 5) konkret xidmət növünə görə yığılan rüsumlardan; 6)
qeyd, məhkəmə və reyestr (siyahıya alınma) xərclərindən, ipoteka
rüsumlarından və daşınmaz əmlaka münasibətdə gerb rüsumundan
(sənədlərdən alınan dövlət rüsumu).
169
Diplomatik agentin digər mühüm imtiyazı gömrük imtiyazıdır.
Vyana Konvensiyasının 36-cı maddəsi diplomatik agentin şəxsi
istifadəsi üçün nəzərdə tutulan əşyaların gətirilməsini və onların
gömrük rüsumlarından azad edilməsini (1
b
bənd), həmçinin
diplomatik agentin şəxsi baqajının gömrük nəzarətindən azad
edilməsini (2-ci bənd) nəzərdə tutur.
Diplomatik agentin və onun ailəsinin şəxsi istifadəsi üçün
ölkəyə gətirilən və həmçinin ölkədən çıxarılan əşyaların gömrük
rüsumlarından azad edilməsi beynəlxalq hüququn adi ümumtanınmış
normasıdır və bir çox dövlətlərin daxili qanunvericiliyində də öz
əksini tapmışdır. Artıq öncə də qeyd etdiyimiz kimi bu imtiyazların
verilməsində müəyyənedici rol yerləşmə dövlətinin milli
qanunvericiliyinə ayrılır. Yerləşmə dövləti bu və ya digər əşyaların
ölkəyə gətirilməsi və ya ölkədən çıxarılması qaydalarını və həmçinin
məhdudiyyətləri müəyyən edə bilər.
Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 197-ci
maddəsi (xarici dövlətin diplomatik nümayəndəliyinin başçısı və
nümayəndəliyin diplomatik heyətinin üzvləri üçün gömrük
güzəştləri), 198-ci maddəsi (xarici dövlətin diplomatik
nümayəndəliyinin inzibati-texniki heyətinin əməkdaşları üçün
gömrük güzəştləri) və 199-cu maddələri məhz bu məsələlərin
tənzimlənməsinə xidmət edir.
1
Konvensiya yerləşmə dövlətində əldə olunan və xaricə
çıxarılan əşyaların gömrük rüsumlarından azad olunmasını nəzərdə
tutmur. Şəxsi istifadə üçün nəzərdə tutulmayan əşyaların gətirilməsi
üçün də gömrük rüsumları müəyyən edilə bilər.
Diplomatik agentin şəxsi baqajının gömrük nəzarətindən azad
edilməsi isə mütləq xarakter daşımır. Belə ki, baqajda ölkəyə
gətirilməsi və ya çıxarılması qanunla qadağan olunan ya da yerləşmə
dövlətinin xüsusi qaydaları ilə tənzimlənən mallar olması haqqında
1
Azərbaycan Respublikasının Gömrük Məcəlləsi. Bakı, 2001. s. 109-110
168
170
kifayət qədər əsas olduqda, gömrük baxışı diplomatik agentin və ya
onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həyata keçirilə bilər. Bu
maddə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 197-ci
maddəsində də öz əksini tapmışdır.
Onu da qeyd edək ki, Konvensiyanın bu maddəsi onun 30-cu
maddəsinin 2-ci bəndi ilə ziddiyyət təşkil edir. Həmin maddədə
diplomatik agentin şəxsi mülkiyyətinin toxunulmazlığı təsbit olun-
muşdur. Və bu toxunulmazlığa əsasən diplomatın baqajı onun şəxsi
mülkiyyəti kimi nəzarətdən tamamilə azad edilməlidir. Bu
uyğunsuzluq diplomatiya hüququnun sonrakı məcəllələşdirilməsində,
zənnimizcə, aradan qaldırılmalıdır.
Diplomatın özünə gəldikdə isə, o, şəxsi nəzarətdən azaddır.
Lakin son dövrlərdə, xüsusilə terror hadisələri ilə əlaqədar bəzi
dövlətlər, hətta ayrı-ayrı aviaşirkətlər tərəfindən təhlükəsizlik
məqsədilə gömrük keçidlərində nəzarət daha da gücləndirilmişdir ki,
bununla əlaqədar olaraq diplomatların şəxsi bagajlarına, hətta onların
özlərinə nəzarət həyata keçirilir. Baş vermiş hadisələri nəzərə alaraq
buna müəyyən mənada haqq qazandırmaq mümkün olsa da,
zənnimizcə, bu məsələni diplomatik agentlərin hava gəmilərinə
buraxılmasının xüsusi prosedurlarını nəzərdə tutan beynəlxalq
razılaşmaların imzalanması yolu ilə tənzimləmək daha düzgün olardı.
Dövlətlərin praktikasında qarşılıqlı əsasda digər imtiyazların
verilməsi də mümkündür. Onların bir çoxu beynəlxalq hüquq
normaları ilə deyil, nəzakət normaları ilə nəzərdə tutulur.
Yerli dövlətin vətəndaşı olan diplomatik agentlərə gəldikdə isə
onlara zəruri olan minimum immunitetlər verilir. Konvensiyanın 38-
ci maddəsinin 1-ci bəndinə əsasən onlar yalnız öz funksiyalarını
yerinə yetirərkən etdiyi rəsmi hərəkətlərə münasibətdə yurisdiksiya
immuniteti və toxunulmazlıqdan istifadə edirlər. Bununla yanaşı yerli
dövlət belə diplomatik agentlərə əlavə immunitet və imtiyazlar da
verə bilər.
Bütün bu diplomatik immunitet və imtiyazlardan diplomatik
agentlərdən başqa, onlarla bir yerdə yaşayan və yerli dövlətin
vətəndaşları olmayan ailə üzvləri də istifadə edir. Bu o deməkdir ki,
diplomatik agentin ailə üzvünə şəxsi toxunulmazlıq hüququ, əmlak
və iqamətgahın toxunulmazlığı hüququ, artıq qeyd etdiyimiz
istisnalarla yerləşmə dövlətinin yurisdiksiyasından immunitet, vergi
və gömrük imtiyazları verilir.
171
Diplomatik agentin ailə üzvlərinin diplomatik agentlə eyni
immunitet və imtiyazlardan istifadə etməsi beynəlxalq hüquq və
dövlətlərarası praktika ilə hər zaman tanınmışdır. Onlara bu cür
immunitet və imtiyazların verilməsi nümayəndəliyin normal
fəaliyyətini təmin edən vasitələrdəndir. Lakin diplomatın konkret
olaraq hansı ailə üzvlərinə bu immunitet və imtiyazların şamil
edilməsi ilə bağlı ədəbiyyatlarda və praktikada vahid fikir və meyar
yoxdur. Konvensiyanın 37- ci maddəsinə müvafiq olaraq ailə üzvləri
yerləşmə dövlətinin vətəndaşları olmamalı və diplomatik agentlə bir
yerdə yaşamalıdır. Lakin praktikada bəzən diplomatik agentdən ayrı
yaşayan ailə üzvlərinin də immunitetlərdən istifadə etməsi hallarına
rast gəlinir. Bu məsələ əsasən daxili qanunvericiliklə tənzimlənir.
Ailə üzvləri də diplomatik personalın üzvləri kimi xüsusi dip-
lomatik kartoçka alırlar.
Dostları ilə paylaş: |