“hematologiya şÖBƏSİ respublika əHƏMİYYƏTLİ BİR ŞÖBƏYƏ ÇevriLƏCƏK” universitet şƏHƏRCİYİn dən reportaj



Yüklə 15,4 Mb.
Pdf görüntüsü
səhifə7/29
tarix02.01.2022
ölçüsü15,4 Mb.
#1823
1   2   3   4   5   6   7   8   9   10   ...   29
Arif MƏMMƏDLİ

“HEMATOLOGİYA ŞÖBƏSİ RESPUBLİKA 

ƏHƏMİYYƏTLİ BİR ŞÖBƏYƏ ÇEVRİLƏCƏK”

T i b b i     ş u r a n ı n   y ı ğ ı n c a ğ ı n d a 

Azərbaycanda ilk dəfə «Kök hüceyrə transplantasiyası» 

    ATU-nun  Tədris  Cərrahiyyə 

Klinikasında  Azərbaycanda  ilk 

dəfə  olaraq  qaraciyər  xəstəsinə 

“Kök  hüceyrə  transplantasiyası” 

əməliyyatı həyata keçirildi.

ATU-nun mətbuat xidməti


http://www.amu.edu.az

10 iyul  2015-ci il

4

Yay  mövsümü  başlayıb... 



Universitet 

şəhərciyində 

abad lıq    və  tələbə  yataqxa-

nalarında  tikinti-təmir  işlərinin 

aparılmasına  start  verilib.  Bu 

ilin  başlanğıcından  indiyədək 

xeyli  cari  və  əsaslı  təmir 

işləri  görülüb.  Görülən  işlərlə 

əlaqədar  ətraflı  məlumat 

əldə etmək üçün universitetin 

inzibati-təsərrüfat  işləri  üzrə 

prorektoru  Aydın  Vəliyevlə  5 

saylı yataqxada görüşdük. Ya-

taqxanada  əsaslı  təmir  işləri 

aparıldığından  Aydın  müəllim 

təmirin  gedişi  ilə  maraqlanır, 

işçilərə lazımi göstərişini verir-

di. Onunla söhbətimiz zamanı 

son 6 ayda görülən işlərə qısa 

bir ekskursiya etdi. Bildirdi ki, 

patoloji-morfoloji  laboratori-

ya  yenidən  təmir  olunaraq 

istifadəyə  verilib və laboratori-

yanın  həyətyanı sahəsi abad-

laşdırılıbdır. Bundan əlavə “20 

Yanvar” şəhidlərinin xatirəsinə 

ucaldılmış 

abidənin 

yeri 

dəyişdirilərək təmir olunubdur. 



Müsahibimiz Onkologiya Kli-

nikasının  klinik  və  biokimyəvi 

laboratoriyasının  əsaslı təmir 

olunduğunu  və  inzibati  bina-

nın  kosmetik  rəngləndiyini  də 

diqqətimizə  çatdırdı.  İngilis 

dili kafedrasında təşkil olunan 

kompyuter  zalının  17  ədəd 

kompyuterlə  təchiz  edildiyini 

qeyd etdi.  Bütün kafedraların 

reaktiv və avadanlıqlarla təmin 

edildiyini, ümumi yataqxanala-

rın daim nəzarətdə olduğunu,  

zərurət yarandığı zaman təmir 

işlərinin  aparıldığını  bildirdi. 

Hazırda 2 saylı tədris binasının 

3 otağında təmir işlərinin get-

diyini  də  diqqətimizə  çatdırdı: 

“Hazırda olduğunuz bu 5 saylı 

yataqxanada əsaslı təmir işləri 

aparılır. Hər şey dəyişdirilərək 

yenisi  ilə  əvəz  olunur.    Qapı-

pəncərələr,  lift    yenilənibdir. 

Həm  bu  yataqxana,  həm  də 

Onkoloji  Klinikanın  klinik  və 

biokimyəvi laboratoriyası LED 

sistemi  ilə  işıqlandırılacaq. 

Tələbələrin 

təhlükəsizliyini 

təmin  etmək  üçün  yataqxana 

kameralaşdırılıb.  Onlar  üçün 

buraxılış sistemi tətbiq oluna-

caq.  Burada  yaşa-

yan  tələbələr  onlara 

verilmiş  kart  vasitəsi 

ilə  binaya  daxil  ola-

caqlar.  Bu  sistem 

vasitəsi  ilə  yataqxa-

naya kənar şəxslərin 

daxil  olmasının  qar-

şısı alınacaqdır”.    

Prorektor 

istər 

abadlıq, 



istər sə 

də  aparılan  təmir  işlərində 

kənardan işçi qüvvəsinin  cəlb 

edilmədiyini,  işlərin  univer-

sitetin  təmir-tikinti  şöbəsinin 

işçiləri  tərəfindən  həyata  ke-

çirildiyini də qeyd etdi. Fəalliq 

göstərən  və  fərqlənənlərdən  

Hüseyn Hacıyev, Anar ismayı-

lov, Arif Cəfərov, Hafiz Xəlilov, 

İlqar Mayılov, Elçin və başqa-

larının adlarını çəkdi.   

Aydın  müəllim  həmçinin 

yeni  tədris  ilinədək  görüləcək 

işlərdən  də  danışdı.  Bildirdi 

ki,  5  saylı  tədris  korpusunun 

bütün  sanitar  qovşağı  əsaslı 

təmir  olunacaq,  istilik  sistemi 

və  su  təchizatındakı  mövcud 

problemlər  aradan  qaldırıla-

caq. Buna görə 1500 metr bo-

runun  dəyişdiriləcəyini,  700-ə 

yaxın yeni radiatorun quraşdı-

rılacağını bildirdi: “Bu mövsim 

kitabxananın,  2  saylı  yataq-

xananın,  idman  kompleksinin 

hissə-hissə  əsaslı  təmiri  də 

nəzərdə  tutulub.  Yataqxana-

ların  əksəriyyətində  elektrik 

və qaz sobaları dəyişdiriləcək. 

İngilis  dili  kafedrasında  əlavə 

kompyuter  zalının  hazırlana-

ması  və  sentaybr  ayınadək 

təhvil verilməsi də nəzərdə tu-

tulub. Qazanxanada da əsaslı 

təmir işlərinə ehtiyac var. Qış 

mövsüminədək    bu  problemi-

mizi də aradan qaldıracağıq”. 

Prorektor  universitetin  rek-

toru,  akademik  Əhliman 

Əmiraslanovun 

universitet 

həyatına  göstərdiyi  diqqət 

və  qayğıdan  da  söz  açdı  :  “ 

Universitet  şəhərciyində  apa-

rılan  tikinti  və  abadlıq  işləri 

hörmətli  rektorumuzun    daim 

diqqətindədir.  Onun  əsas 

istəyi  odur  ki,    görüləcək  bu 

işlərin  fövqündə  tələbələr  sa-

vadlı  mütəxəssis  kimi  yetiş-

sin,  xalqa,  cəmiyyətə  yararlı 

vətəndaş olsunlar.”


Yüklə 15,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin