Hepatit b dispanserizasiya və profilaktiKA



Yüklə 60,08 Kb.
tarix02.01.2022
ölçüsü60,08 Kb.
#1830
növüYazı


HEPATIT B DISPANSERIZASIYA VƏ PROFİLAKTİKA

Uşaqlar adətən xəstəliyin 30-40-cı günü evə yazılırlar. Bu zaman cüzi hepatomeqaliya və hiperfermentemiyanın qeyd olunması mümkündür. Stasionardan evə yazılancən xəstəyə tövsiyə olunan rejim və pəhriz haqqında yaddaş kitabçası təqdim olunur. Uşağın evə buraxılması zamanı HBsAg aşkar olunarsa, bu haqda məlumatlar ambulator nəzarət kitabçasında qeyd olunur və xəstənin yaşayış yeri üzrə sanitar-epidemioloji stansiyaya xəbər verilir.

Rekonvalesstentlərə sonraki nəzarət infeksion stasionarın nəzdində təşkil olunmuş konsultativ-dispanser otağında aparılır. Bu cür otağın təşkili qeyri- münucün olduqda hepatit B keçirənlərə dispanser nəzarətini bilavasitə müalicəni aparan həkim həyata keçirməlidir.

İIk dispanser müayinəsi stasionardan evə buraxıldıqdan bir aydan gec olmayaraq, təkrarən isə - 3, 4, 6-ci aylarda aparılır. Subyektiv şikayətlər və obyektiv əlamətlər olmadıqda xəstələr dispanser qeydiyyatından çıxarılır, bu kimi hallar olduqda isə müayinə tam sağalana qədər ayda 1 dəfə aparılmalıdır.

Əhəmiyyətli və ya artan Kliniki-laborator dəiyişndiıdər aşxar olunduqda, həm də xəstəlik kəskinləşdikdə və yaxud xroniki hepatitin formalaşmasına şübhə olduqda xəstələr diaqnozun dəqiqləşdirilməsi və müalicənin davam etdirilməsi üçün təxrarən xəstəxanaya yerləşdirilməlidirlər. Xroniki hepatitin əlamətləri müşahidə olunmayan, laxin sabit

HBs-aotigenemiyası aşıcar olunan xəstə uşaqlar da təıcrarəo xəstəxanaya yerləşdirilməli və klinik-laborator müayinələrdən keçməlidirlər. Xəstəliyin qənaətbəxş gedişində xəstələr stasionardan evə yazıldıqdan 2-4 həftə sonra uşaq müəssisələrinə və məxtəbbrə buraxılırlar. Məxıəblilər 6 aylığa idman dərsindən, bir il isə idman vanşlanndan azad edilirlər. Bu müddət ərzində xəstəyə müalicəvi idmanla və dozalaşdınlmış gərginik tələb edən fizim işlə məşğul olmağa icazə verilir.

Hepatit B rekonvalessentlərinə 6 ay profilaktik peyvənd əks-göstərişdır və cərrahi müdaxilə məqsədəuyğun deyil, lakin epidemioloji göstərişə görə tetanus və quduzluq əleyhinə peyvəndlərin vurulmasiasina icazə verilir.

Profilaktikası. Hepatit B-də profilaktik tədbirlər sistemi infensiya mənbələrinin fəal şəkildə aşkar olunmasına, təbii yoluxma yolları ilə yanaşı süni yoluxma yollarının kəsilməsinə, həm də uşaqların infeksiyaya həssaslığının azalmasına, o cümlədən risk qrupunda spesifin profilaktik tədbirlərin həyata keçirilməsinə yönəldilməlidir.

lnfeksiya ocaqlarının ləğv edilməsi, bütün xəstələrin və virus daşıyıcılarının vaxtlı- vaxtında aşkar olunması, xəstəliyin ətraf mühitə yayılmasını istisna edən müalicə və müşahidənin təşkili yolu ilə həyata keçirilir. Bu məqsədlə donorların qanı hər dəfə qan verdikdə HBsAg-nə müayinəsi (İFA, RİA) və AlAT-nm fəallığının təyini aparılır.

Vaxtilə virus hepatitini keçirmiş şəxslər, qaraciyərində xroniki xəstəlikləri olanlar, hepatit B ilə xəstələrlə təmasda olanlar və yaxud son 6 ay ərzində qan və ya onun komponentləri köçürülmüş şəxslər donorluğa buraxılmırlar. HBsAg-nə müayinə olunmamış donorlardan alınmış qan və onun komponentlərindən transfuziya üçün istifadə edilməsi qadağan olunur.

Qeyd etmək lazımdır ki, donorların yüksək həssaslığa malik olan üsullar ilə müayinəsi onların infeksiya mənbəyi kimi olmasını istisna etmir, çünki bü cür şəxslərin qanında HBsAg-inin olmadığı halda, o, qaraciyar toxumasında aşkar oluna bilər. Buna görə də donorların hemopreparatlarının təhlükəsizliyini artırmaq üçün nəinki HBsAg-i,həmdə anti-HBc-nin müayinəsi tövsiyyə olunur. İnfeksiyanın ötürülmə yollarının kəsilməsinə şprislərdən, iynələrdən, skarifikatorlardan, zondlardan, kateterlərdən, qan köçürmə sistemlərindən, digər tibbi alətlərdən və avadanlıqlardan fərdi istifadə etməklə nail olmaq mümkündür. Posttransfuzion hepatitin profılaktikası məqsədi ilə hemoterapiyanın göstərişlərinə ciddi riayət olunmalıdır. Qan və onun komponentlərinin köçürülməsi (eritrositar Kütlə, plazma, antitrombin, Konsentrantlar) həyatı göstərişlər əsasında aparılmalıdır.

İnfeksiyanm yayılmasının qarşısını almaq üçün xəstə və HB virusu daşıyıcıları olan ailələrdə cari dezinfcksiya aparılmalı və şəxsi gigiyena qaydalarına riayət olunmalıdır.

Hepatit B-nin spesifik profılaktikası infeksiyaya yüksək yoluxma ehtimalı olan uşaqların passiv və aktiv immunizasiyasından ibarətdir.

Passiv immunizasiya üçün HBsAg-nə qarşı tərkibində külli miqdarda antitellər olan immunoqlobulinlərdən istifadə olunur (passiv hemaqlütınasiya reaksiyasında titri 1/100 min - 1/200 min).

Immunoqlobulinlə profilaktika aşağıdakı hallarda keçirilir:
-HBsAg-nin gəzdiricisi və yaxud hamiləliyin son aylarında kəskin HB ilə xəstə olan analardan doğulmuş uşaqlara (immunoqlobulin doğuşdan dərhal sonra, təKrarən isə 1, 3 və 6 aydan sonra vurulur);

-virustərkibli materialın orqanizmə düşməsindən sonra (qan və onun komponentlərinin xəstədən və ya HBV daşıyıcılarından Köçürülməsi, virustərkibli materialın təsadüfi yaralanma, iynələr və s. vasitəsilə düşməsi). Belə hallarda immunoqlobulin güman olunan yoluxmadan sonraki ilk saatlarda və bir aydan sonra vurulur;

- yoluxma təhlükəsi uzun müddətli olduqda (hemodializ mərkəzlərinə daxil olan uşaqlar, hemoblostozlu xəstələr və s.) -immunoqlobulin təkrarən fasilələrlə vurulur (1-3 aydan sonra və yaxud hər 4-6 aydan bir).

Passiv immunizasiynın effektivliyi ilk növbədə immunoqlobulinin vurulması müddətindən asılıdır: yoluxmadan dərhal sonra vurulduqda profilaktik effekt 90%, 2 günə qədərki müddətdə-50-70%, 5 gündən sonra vurulduqda isə - immunoqlobulin profilaktikasının effekti olmur.

İmmunoqlobulin əzələ daxilinə yeridildikdə anti-HBs qanda maksimuma 2-5 gündən sonra çatır.

Nəzərə almaq lazımdır ki, immunoqlobulinin xaric edilməsi müddəti 2 aydan 6 aya qədər olsa da onun etibarlı müdafiə effekti yalnız bir ay ərzində təmin olunur. Buna görə də effektin uzadılması üçün immunoqlobulinin təkrarən vurulması zəruridir.

Hepath B-nin aktiv profilaktikası üçün plazma və gen-injenerli vaksinlərdən istifadə olunur. Son vaxtlar rekombinant vaksinlərdən geniş istifadə edilir, Rckombinant vaksini maya və ya başqa mikrob cisimlərində rekombinant plazmidləri tərəfindən ifraz olunan və ya yüksək dərəcədə təmizlənmiş HBsAg-dır.

Revaksinasiya hər 5 ildən bir aparılmalıdır.Vaksinasiyaya ancaq qanında HB virus infeksiyasının markerləri (HBtAg, anti-HBc, anti-HBs) aşkar olunmayan şəxslər cəlb olunurlar. HB markerlərindən birisi aşkar olunduqda vaksin vurulmur,

Vaksinasıyanın eflektivliyi çox yüksəkdir. Endjeriks-B vaksininin 0,1, 6 aylıq sxem üzrə vurulması nəticəsində 96% şəxslərdə 5 il və ya ondan artıq müddət ərzində HBV infeksiyasına qarşı davamlı protektiv immunitet yaranır. Virus hepatiti B-yə qarşı vaksinasiyaya əks göstərişlər yoxdur. Vaksin preparatı təhlükəsizdir, areaktogendir. Vaksinasiyanın köməyi ılə HB ilə xəstələnməni 10-30 dəfə azaltmaq mümkündür.

HBV-nin şaquli şəkildə ötürülməsinin qarşısım almaq üçün bepatit B ilə və yaxud virus daşıyıcı analardan doğulmuş Körpələrə passiv-aktiv kombinasiyalı immunizasiyanı tətbiq etmək mümkündür. Bu zaman spesifık immunoqlobulin doğuşdan dərhal sonra vurulur, vaksinasiya isə ilk 2 gün ərzində həyata keçirilir, Vaksinasiya uşağın 0,2, 4 aylığında, revaksinasıya isə 12-cı ayında aparılır. Bu cür passıv-aktiv immunizasiya uşağın anadan HBeAg ilə yoluxması riskini 90%-dən 5%-ə qədər azaldır.



HB-yə qarşı peyvəndin geniş tətbiqi nəinki kəskin, həm də xroniki HB problemini həll etməyə imkan verəcəkdir.



Yüklə 60,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin