Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi
|
Hərbi xidmətə yararlılıq kateqoriyası
|
I qrafa
|
II qrafa
|
III qrafa
|
22
|
Mərkəzi sinir sisteminin iltihabi, demielinləşdirici xəstəlikləri və onların nəticələri:
|
|
|
|
a) funksiyaların mühüm dərəcədə pozulması ilə və ya tez proqressivləşən gedişlə
|
D
|
D
|
D
|
b) funksiyaların mülayim dərəcədə pozulması ilə
|
C
|
C
|
C
|
c) funksiyaların cüzi dərəcədə pozulması ilə
|
C
|
C
|
B
|
ç) funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda
|
A-4
|
A
|
A, HDQ, ÜH, DP, XQ-də FƏRDİ
|
Bu maddə mərkəzi sinir sisteminin yoluxucu və parazitar xəstəliklərini, ümumi infeksiyalar, kəskin və xroniki intoksikasiyalar (meninqokokk meningiti, seroz meningitlər, poliomielit, gənə və ağcaqanad virus ensefalitləri, vərəm, sifilis xəstəliklərində və s. sinir sisteminin zədələnməsi, demielinləşdirici xəstəliklər və s.) zamanı baş-beynin və onurğa beyninin zədələnmələrini nəzərdə tutur.
«a» bəndinə aşağıdakılar aiddir:
sinir sisteminin dərin iflic və ya parezlə, mühüm dərəcədə ifadə olunmuş ikincili parkinsonizmlə, tez-tez (ildə 3 dəfə və çox) baş verən epileptik tutmalarla, mühüm dərəcədə ifadə olunmuş yayılmış hiperkinezlərlə, tez-tez baş verən Kojevnikov və ya Cekson tipli epilepsiya tutmaları ilə, ataktik pozulmalarla, kəskin hidrosefaliya, kəskin likvor hipertenziyası ilə müşayiət olunan xəstəlikləri;
görmənin pozulması ilə optiko-xiazmal araxnoidit;
dağınıq skleroz;
iflic və ya mühüm dərəcədə ifadə olunmuş parezlə müşayiət olunan keçirilmiş mielitin nəticələri;
erkən və gec neyrosifilis zamanı sinir sistemi zədələnmələrinin ağır formaları;
vərəm meningiti;
sinir sisteminin parazitar zədələnmələri.
«b» bəndinə aşağıdakılar aiddir:
keçirilmiş xəstəliklərin, mərkəzi sinir sistemi funksiyalarının pozulma dərəcəsinə görə hərbi xidmətkeçmə imkanını məhdudlaşdıran, lakin tam istisna etməyən qalıq əlamətləri və nəticələri (əzələ tonusunun azacıq yüksəlməsi, əzələ gücünün azalması şəklində cüzi dərəcədə ifadə olunmuş hemiparezlə ensefalitin, araxnoiditin qalıq əlamətləri, mülayim dərəcəli hidrosefaliya, likvor hipertenziyası), habelə ağrı pozuntularının tez-tez baş verən (ildə 2 dəfə və çox) və uzunmüddətli (hərbi xidmətə çağırılmalı olan vətəndaşlar üçün 6 aydan az olmayaraq, hərbi qulluqçular üçün 4 aydan az olmayaraq) dekompensasiyaları.
«c» bəndinə aşağıdakılar aiddir:
funksiyaların cüzi dərəcədə pozulması, ayrı-ayrı üzvi nişanələr, vegetativ-damar davamsızlığı və asteno-nevrotik təzahürlərlə mərkəzi sinir sistemi zədələnmələrinin nəticələri və qalıq əlamətləri (müalicənin uğursuzluğu və ya ağrı pozuntularının ləng, təkrarlanan dekompensasiyaları olduqda). Xəstənin halının yaxşılaşması və hərbi xidməti vəzifələrini icraetmə qabiliyyətinin bərpa olunması hallarında şəhadətləndirilmə «ç» bəndi üzrə keçirilir.
«ç» bəndinə aşağıdakılar aiddir:
sinir sisteminin hərəki, hissi, koordinator və digər funksiyalarının pozulması ilə müşayiət olunmayan, cüzi astenizasiya əlamətləri, vegetativ-damar davamsızlığı və ayrı-ayrı davamlı dağınıq üzvi nişanələr şəklində sinir sistemi zədələnmələrinin qalıq əlamətləri və nəticələri.
Bu maddədə göstərilən pozulmaların olması tibbi sənədlərlə, göstərilən pozulmaların əmək qabiliyyətinə və ya hərbi xidmət vəzifələrinin icrasına təsiri iş, tədris və ya hərbi xidmət yerlərinin məlumatları ilə təsdiq olunmalı, diaqnoz isə klinik və xüsusi müayinələrin nəticələri ilə təsdiq edilməlidir. İlkin hərbi uçota götürülərkən, hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən, vətəndaşların hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar stasionar müayinədən sonra çıxarılır.
Kəllədaxili hipertenziya sindromunun ifadə olunma dərəcəsi qiymətləndirilərkən onurğa beyni mayesi təzyiqinin göstəricilərindən başqa, xəstəliyin klinikası, göz dibində durğunluq əlamətləri, pnevmoensefaloqrafiyanın və ya kompüter (maqnit-rezonans) tomoqrafiyasının məlumatlarına görə beynin mədəcik sisteminin genişlənmə dərəcəsi nəzərə alınmalıdır.
Baş-beynin keçirilmiş üzvi zədələnmələri, infeksion xəstəliklər və intoksikasiyalar nəticəsində əmələ gələn mühüm dərəcədə ifadə olunmuş emosional-iradi və ya intellektual-mnestik pozuntuları olan şəxslər «Xəstəliklər cədvəli»nin 14-cü maddəsinə əsasən şəhadətləndirilirlər.
Dostları ilə paylaş: |