Maddə
|
Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi
|
Hərbi xidmətə yararlılıq kateqoriyası
|
I qrafa
|
II qrafa
|
III qrafa
|
68
|
Yastıayaqlılıq və ayağın digər deformasiyaları:
|
|
|
|
a) funksiyaların mühüm dərəcədə pozulması ilə
|
D
|
D
|
D
|
b) funksiyaların mülayim dərəcədə pozulması ilə
|
C
|
C
|
C və ya B FƏRDİ
|
c) funksiyaların cüzi dərəcədə pozulması ilə
|
C
|
C
|
B
|
ç) funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda
|
A-3
|
A
|
A
|
Bu maddə ayağın qazanılmış təsbit olunmuş deformasiyalarını nəzərdə tutur.
«Xəstəliklər cədvəli»nin I — III qrafalarına əsasən çalovabənzər ayaqla şəhadətləndirilənlərin hərbi xidmətə yararlılıq kateqoriyasını təyin edərkən nəzərə almaq lazımdır ki, dayaq yükü verilməklə səth üzərinə düzgün qoyulmuş ayaqda boylama tağların yüksəlməsi çox vaxt normanın variantı olur.
Ayağın arxa hissəsinin supinasiyası, ön hissəsinin pronasiyası şəklində deformasiyası olduqda, hündür daxili və xarici tağları olan (kəskin burulmuş ayaq adlanan) ayaq çalovabənzər ayaq hesab edilir. Bu zaman ayağın ön hissəsi yastılaşmış, enlənmiş və bir qədər içəri çevrilmiş olur, orta ayaq darağı sümüklərinin başcıqları altında yastılanmalar və ya çəkicəbənzər deformasiyalar var. Funksional pozulmalar daha çox bütün ayağın və ya onun elementlərinin içəriyə və ya bayıra rotasiyası şəklində deformasiyalarının yanaşı gedən eversion-inversion komponentəri olduğu zaman baş verir.
«a» bəndinə qəbul edilmiş hərbi nümunəli ayaqqabıdan istifadə edilməsi mümkün olmayan at, daban, varus, çalovabənzər, yastı-valqus, ekvino-varus ayaqlar və ayaqların digər travma və ya xəstəlik nəticəsində qazanılmış kəskin ifadə olunmuş dönməz əyrilikləri aiddir.
«b» bəndinə aşağıdakılar aiddir:
mühüm dərəcədə ifadə olunmuş ağrı sindromu, ekzostozlar, barmaqların kontrakturası və ayağın orta hissəsinin oynaqlarında artrozun olması ilə III dərəcəli boylama və ya III — IV dərəcəli köndələn yastıayaqlılıq;
ayağın bir hissəsinin hər hansı səviyyədə olmaması və ya bütün barmaqlarının olmaması;
hər iki ayaqda bütün barmaqların caynaqvari, yaxud çəkicəbənzər deformasiyalarla davamlı kombinə olunmuş kontrakturası;
ağrı sindromu və aşıqaltı oynaqda II mərhələ artrozla Beler bucağının mənfi 10 dərəcədən çox azalması ilə müşayiət olunan daban sümüyünün posttravmatik deformasiyası.
Dekompensasiya, yaxud subkompensasiya olunmuş boylama yastıayaqlılıqda ayaq nahiyəsində ağrılar ayaq üstündə durduqda yaranır və adətən, axşama doğru onlar pastozlaşanda güclənirlər. Zahirən ayaq pronasiya olunmuş, orta hissədə uzanmış və enlənmiş, boylama tağ enmiş olur, qayığabənzər sümük ayağın medial kənarında dəridən aydın təsvir olunur, daban valqus vəziyyətində olur.
«c» bəndinə aşağıdakılar aiddir:
cüzi ağrı sindromu və statikanın pozulması ilə müşayiət olunan, təyin edilmiş hərbi nümunəli ayaqqabı gəzdirilməsinin uyğunlaşdırılması mümkün olan ayağın mülayim dərəcədə ifadə olunmuş deformasiyaları;
daban sümüyünün valqus əyriliyi olmadan və ayağın orta hissəsi oynaqlarının deformasiyaedici osteoartrozu olmadan III dərəcəli boylama yastıayaqlılıq;
ayağın orta hissəsi oynaqlarının II mərhələ deformasiyaedici osteoartrozu ilə II dərəcəli köndələn və ya boylama yastıayaqlılıq;
ayaqaltı bükmə hərəkətinin 10 dərəcədən az və ayaqarxası bükmə hərəkətinin 20 dərəcədən az həddə məhdudlaşması ilə müşayiət olunan birinci ayaqdarağı sümüyünün III mərhələ deformasiyaedici osteoartrozu;
Beler bucağının 0-dan mənfi 10 dərəcəyədək azalması və aşıqaltı oynaqda artrozun olması ilə müşayiət olunan daban sümüyünün posttravmatik deformasiyası.
«ç» bəndinə barmaqların kontrakturası olmadan və ekzostozlarsız ayağın orta hissəsi oynaqlarının I mərhələ deformasiyaedici osteoartrozu ilə müşayiət olunan I və ya II dərəcəli köndələn, yaxud boylama yastıayaqlılıq aiddir.
Barmağın ayaqdarağı-falanqa oynağı səviyyəsində olmaması, habelə barmağın tam kontrakturası və ya hərəkətsizliyi ayaqda barmağın olmaması kimi hesab edilir.
Boylama yastıayaqlılıq və daban sümüyünün çəkicəbənzər deformasiyası ayaq üstündə yük altında profil rentgenoqramlarına görə qiymətləndirilir.
Boylama tağın bucağı və hündürlüyü rentgenoqramlarda üçbucaq qurulması yolu ilə təyin edilir. Normada tağın bucağı 125 — 130 dərəcəyə, tağın hündürlüyü 39 mm-ə bərabərdir.
I dərəcəli yastıayaqlılıqda: boylama içəri ayaqaltı tağın bucağı 131 — 140 dərəcə, tağın hündürlüyü 35 — 25 mm-dir;
II dərəcə yastıayaqlılıqda: boylama içəri tağın bucağı 141 — 155 dərəcə, tağın hündürlüyü 24 — 17 mm-dir;
III dərəcə yastıayaqlılıqda: boylama içəri tağın bucağı 155 dərəcədən çoxdur, tağın hündürlüyü 17 mm-dən azdır.
Daban sümüyünün posttravmatik deformasiyasının dərəcəsini təyin etmək üçün biri aşıqaltı sümüyün ön bucağının ən hündür nöqtəsini və arxa oynaq fasetinin zirvəsini birləşdirən, digəri daban sümüyü qabarının yuxarı səthi boyunca keçən iki xəttin kəsişməsindən yaranan Beler bucağını (daban sümüyü qabarının oynaq hissəsinin bucağını) hesablayırlar. Bu bucaq normada 20 — 40 dərəcə təşkil edir. Onun kiçilməsi, adətən posttravmatik yastıayaqlılıqda müşahidə olunur.
Aşıqaltı oynağın vəziyyətinin qiymətləndirilməsi üçün ən informativ müayinə, onun daban sümüyünün arxa oynaq fasetinə perpendikulyar olan tac müstəvidə yerinə yetirilmiş kompüter tomoqrafiyasıdır.
Köndələn yastıayaqlılıq ayağın ön və orta hissələrinin düz proyeksiyada, yük altında çəkilmiş rentgenoqramlarına görə qiymətləndirilir. Köndələn yastıayaqlılığın dərəcələrinin təyin edilməsinin etibarlı meyarları birinci ayaqdarağı sümüyünün və birinci barmağın uzaqlaşma bucağının göstəriciləridir. Rentgenoqramlarda I — II ayaqdarağı sümüklərinin boylama oxlarına və I barmağın əsas falanqasına uyğun üç düz xətt çəkilir. I dərəcəli deformasiyada I — II ayaqdarağı sümükləri arasındakı bucaq 10 — 12 dərəcə, I barmağın uzaqlaşma bucağı isə 15 — 20 dərəcə təşkil edir. II dərəcəli deformasiyada bu bucaqlar müvafiq olaraq 15 və 30 dərəcəyədək, III dərəcəli deformasiyada müvafiq olaraq 20 və 40 dərəcəyədək böyüyürlər, IV dərəcəli deformasiyada isə 20 və 40 dərəcəni keçmiş olurlar.
Ayaq oynaqlarının I mərhələ deformasiyaedici osteoartrozu rentgenoloji olaraq, oynaq yarığının 50%-dən az daralması və oynaq yarığı kənarından 1 mm-i keçməyən kənari sümük artımları ilə xarakterizə olunur. II mərhələ artroz oynaq yarığının 50%-dən artıq daralması və oynaq yarığı kənarından 1 mm-dən artıq kənari sümük artımları ilə, oynaqda birləşmiş sümüklərin oynaq uclarının deformasiyası və subxondral osteosklerozu ilə xarakterizə olunur. III mərhələ artrozda oynaq yarığı rentgenoloji olaraq təyin edilmir, nəzərə çarpan kənari sümük artımları, oynaqda birləşmiş sümüklərin oynaq uclarının kobud deformasiyası və subxondral osteosklerozu olur.
Ayağın orta hissəsinin oynaqlarında artroz olmayan, barmaqların kontrakturaları və ekzostozları olmayan I və ya II dərəcəli boylama yastıayaqlılıq, habelə I dərəcəli köndələn yastıayaqlılıq bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi təhsil müəssisələrinə və hərbi liseylərə daxil olmağa mane olmur.
Dostları ilə paylaş: |