«Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə


Maddə Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi



Yüklə 1,65 Mb.
səhifə68/92
tarix30.12.2021
ölçüsü1,65 Mb.
#18212
1   ...   64   65   66   67   68   69   70   71   ...   92
Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

65

İri oynaqların, sümüklərin və qığırdaqların cərrahi xəstəlikləri və zədələnmələri, osteopatiya və xondropatiyalar:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması ilə

C

C

C

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

C

C

B

ç) funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda

A- 3

A

A
HDQ, ÜH, DP, XQ-də
FƏRDİ

 

Sümüklərin və oynaqların xəstəlikləri ilə hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar, bir qayda olaraq, stasionar müayinədən və müalicədən sonra çıxarılır. Bu zaman, xəstəliyin residivləşməyə və ya proqressivləşməyə meyilliliyini, sağalmanın davamlılığını və hərbi xidmətin xüsusiyyətlərini nəzərə almaq lazımdır. Müalicənin nəticələri qənaətbəxş olmadıqda və ya ondan imtina edildikdə, ətrafın və ya oynağın funksiyasından asılı olaraq qərar «a», «b» və ya «c» bəndi üzrə çıxarılır.

«a» bəndinə aşağıdakılar aiddir:

iri oynağın qüsurlu vəziyyətdə ankilozu, fibrozlu ankiloz, süni oynaq;

oynağın patoloji hərəkətliliyi (dayanıqsız oynaq) və ya hərəkətlərin mühüm dərəcədə məhdudlaşması ilə oynağın davamlı kontrakturası;

ağrı sindromunun kəskinləşməsinin tez-tez (ildə 2 dəfə və çox) residivləri, oynaq qığırdaqlarının dağılmaları (rentgenoqramda oynaq yarığının eninin 2 mm-dən az olması) və ətrafların oxunun deformasiyası ilə müşayiət olunan iri oynaqların mühüm dərəcədə ifadə olunmuş deformasiyaedici (sümüklərin oynaq uclarında 2 mm-dən kiçik olmayan kobud sümük artımlarının olması) osteoartrozu;

ətrafın qeyri-sabitliyi ilə müşayiət olunan, sümüklərin 1 sm-dən böyük defekti;

bud sümüyü başının aseptik nekrozu;

sekvestral boşluqların, sekvestrlərin, uzun müddət sağalmayan və ya tez-tez (ildə 2 dəfə və çox) açılan fistulların olması ilə müşayiət olunan osteomielit.

İri oynaqların funksional əlverişli vəziyyətdə olan ankilozlarında, yaxşı funksional kompensasiyası olan süni oynaqda «Xəstəliklər cədvəli»nin III qrafası üzrə şəhadətləndirilən şəxslərin hərbi xidmətə yararlılıq kateqoriyası «b» bəndi üzrə təyin edilir.

«b» bəndinə aşağıdakılar aiddir:

ətraf əzələlərinin mülayim dərəcədə ifadə olunmuş atrofiyası ilə müşayiət olunan, cüzi fiziki yük nəticəsində yaranan, oynağın nəzərəçarpan qeyri-sabitliyi («laxlaması») və ya residivləşən sinoviti ilə iri oynaqların tez-tez (ildə 3 dəfə və daha çox) çıxıqları;

iri oynaqların birində ağrı sindromu ilə müşayiət olunan deformasiyaedici (rentgenoqramda oynaq yarığının eni 2 — 4 mm) osteoartroz;

hər il kəskinləşən (o cümlədən ilkin xroniki) osteomielit;

ətrafın hərəkətinə və ya standart hərbi geyim forması, ayaqqabı və ya sursat gəzdirilməsinə mane olan hiperostozlar;

hərəkətlərin həcminin mülayim dərəcədə pozulması ilə müşayiət olunan iri oynaqlardan birinin davamlı kontrakturası.

«c» bəndinə aşağıdakılar aiddir:

bazu oynağının nadir hallarda (ildə 3 dəfədən az) baş verən çıxıqları, orta dərəcəli fiziki yük nəticəsində yaranan oynaqların qeyri-sabitliyi və sinoviti;

sekvestral boşluqları və sekvestrləri olmayan, nadir (2 — 3 ildə 1 dəfə) kəskinləşmələrlə keçən osteomielit;

hərəkətlərin həcminin cüzi pozulması ilə iri oynaqlardan birinin davamlı kontrakturası.

Proses başa çatmadıqda, xondropatiyaları olan vətəndaşlar ilkin hərbi uçota götürülərkən, hərbi xidmətə çağırılarkən və hərbi xidmətə könüllü daxil olarkən, «Xəstəliklər cədvəli»nin 86-cı maddəsi üzrə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər, sonradan isə proses başa çatmadıqda, hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar «c» bəndi üzrə çıxarılır.

3 il və daha artıq müddət ərzində kəskinləşmə, sekvestral boşluqlar və sekvestrlər olmadıqda, osteomielit prosesi başa çatmış hesab edilir.

İri oynağın çıxığının təkrarlanması tibbi sənədlərlə və oynaq çıxığının yerinə salınmasına qədərki və ondan sonrakı rentgenoqramlarla təsdiq olunmalıdır. Oynaq bağlarının və kapsulunun zədələnməsi nəticəsində yaranmış oynağın qeyri-sabitliyi kliniki və rentgenoloji müayinələrlə təsdiq edilməlidir.

Oynaqların qeyri-sabitliyinə görə şəhadətləndirilənlərə cərrahi müalicə təklif olunur. Uğurlu müalicədən sonra vətəndaşlar hərbi xidmətə çağırılarkən və hərbi xidmətə könüllü daxil olarkən, «Xəstəliklər cədvəli»nin 86-cı maddəsi üzrə 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər.

Diz oynağının qeyri-sabitliyinin cərrahi müalicəsindən sonra şəhadətləndirilmə «a», «b» və ya «c» bəndi üzrə keçirilir.

Uğurlu cərrahi müalicədən sonra hərbi qulluqçulara xəstəliyə görə məzuniyyət verilməsinin və məzuniyyətdən sonra sıra hazırlığı, fiziki hazırlıq üzrə məşğələlərdən və bütün növ nəqliyyat vasitələrini idarə etməkdən 6 ay müddətinə, oynaq bağlarının və kapsulunun zədələnməsi səbəbindən yaranmış diz oynağının qeyri-sabitliyinin müalicəsindən sonra isə 12 ay müddətinə azad edilmənin zəruriliyi haqqında qərar çıxarılır.

Sümüklərin kistoz degenerasiyası, iri oynağın ayırıcı osteoxondrozu olduqda, şəhadətləndirilənlərə operativ müalicə təklif olunur. Operativ müalicədən imtina edildikdə və ya müalicə qeyri-qənaətbəxş olduqda, yararlılıq kateqoriyası haqqında qərar, ətrafın və ya oynağın funksiyalarının pozulma dərəcəsindən asılı olaraq çıxarılır.

Oynaqların funksiyalarının pozulmaması ilə Osqud-Şlatter xəstəliyi olan «Xəstəliklər cədvəli»nin I qrafası üzrə şəhadətləndirilən şəxslər «2» təyinat göstəricisi ilə hərbi xidmətə yararlı hesab edilirlər.

Oynaqlarda hərəkətlərin həcmi qiymətləndirilərkən 2 nömrəli cədvəl rəhbər tutulmalıdır.

 



Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin