Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi
|
Hərbi xidmətə yararlılıq kateqoriyası
|
I qrafa
|
II qrafa
|
III qrafa
|
88
|
Enurez
|
C
|
C
|
C və ya B FƏRDİ
|
İlkin hərbi uçota götürülərkən və hərbi xidmətə çağırılarkən, gecə sidik saxlaya bilməməkdən əziyyət çəkən vətəndaşların, habelə hərbi qulluqçuların müayinə və müalicəsi stasionar şəraitdə aparılır.
Müayinə kompleks olmalı, uroloqun, nevropatoloqun, dermatoveneroloqun və zərurət olduqda, psixiatrın iştirakı ilə aparılmalıdır. Psixonevroloji statusunda patoloji dəyişikliklər olan şəxslər müvafiq profilli şöbələrdə, psixonevroloji statusunda patologiya aşkar edilməyən hallarda isə urologiya şöbəsində (uroloqu olan cərrahiyyə şöbəsində) müayinə olunur və şəhadətləndirilirlər. Müayinə prosesində skeletin (türk yəhəri, onurğanın bel şöbəsi), xarici cinsiyyət orqanlarının (fimoz, fistullar, sidik kanalının inkişaf qüsurları) vəziyyətinə, sidik-cinsiyyət sisteminin inkişaf anomaliyalarının olmasına xüsusi diqqət yetirilir. Bundan başqa, mütləq diurez (gündüz, gecə), sidik kisəsinin həcmi və forması müayinə (sistoskopiya, xromosistoskopiya, sistoqrafiya) edilir.
Sidikburaxmanın müvəqqəti funksional pozulmaları ilə hərbi-həkim komissiyaları hərbi qulluqçuların xidməti vəzifələrinin icrasından qismən azad edilmələri haqqında qərar çıxarırlar.
Müşahidələr və təkrar müayinələrin nəticələri, habelə hərbi komissarlıqdan, hərbi hissədən alınmış məlumatlar hərbi qulluqçuda gecə sidik saxlaya bilməmənin mövcudluğunu və müalicənin səmərə vermədiyini təsdiq etdiyi hallarda şəhadətləndirilmə keçirilir.
Əgər gecə sidik saxlaya bilməmək hər hansı xəstəliyin əlamətlərindən biridirsə, qərar «Xəstəliklər cədvəli»nin əsas xəstəliyi nəzərdə tutan maddəsi üzrə çıxarılır.
Gecə sidik saxlaya bilməməsi yalnız anamnezində qeyd edilən və son 3 ildə müşahidə edilməyən, «Xəstəliklər cədvəli»nin I qrafası üzrə şəhadətləndirilən vətəndaşlar hərbi xidmətə yararlı hesab edilirlər. Onlar HDQ-də, ÜH-də, DP-də, sərhəd qoşunlarında xidmətə yararsızdırlar.
Dostları ilə paylaş: |