«Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə


Tənəffüs orqanlarının xəstəlikləri



Yüklə 1,65 Mb.
səhifə52/92
tarix30.12.2021
ölçüsü1,65 Mb.
#18212
1   ...   48   49   50   51   52   53   54   55   ...   92
Tənəffüs orqanlarının xəstəlikləri

 

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

49

Burun boşluğunun, burunətrafı ciblərin, udlağın xəstəlikləri:

 

 

 

a) mühüm dərəcədə ifadə olunmuş üfunətli zökəm (özena)

C

C

C

b) burun tənəffüsünün davamlı çətinləşməsi ilə müşayiət olunan polipoz sinusitlər, tez-tez kəskinləşmələrlə irinli sinusitlər

C

C

C və ya B FƏRDİ

c) burun tənəffüsünün davamsız çətinləşməsi ilə polipoz sinusitlər, nadir kəskinləşmələrlə irinli sinusitlər, irinsiz sinusitlər

A-3

A

A
HDQ, ÜH, DP, XQ-də FƏRDİ

ç) burun tənəffüsünün davamlı çətinləşməsi və (və ya) burunətrafı ciblərin barofunksiyasının davamlı pozulması ilə burun boşluğunun, burun-udlağın xəstəlikləri

A- 3

A

A
HDQ-də-
YS

d) xroniki dekompensasiya olunmuş tonzillit, xroniki atrofik, hipertrofik, qranulyoz faringit (nazofaringit)

A-3

A

A

 

Xəstəliyin tez-tez kəskinləşməsi dedikdə, ildə 2 dəfə və daha çox kəskinləşmə olması başa düşülür.

Xroniki polipoz sinusitin olması burunətrafı ciblərin kontrastlaşdırma ilə 2 proyeksiyada rentgenoqrafiyası və (və ya) rentgenotomoqrafiyası ilə təsdiq olunmalıdır. Burunətrafı ciblərin xroniki irinli (irinsiz) xəstəliklərinin diaqnozu rinoskopik məlumatlarla, ciblərin 2 proyeksiyada rentgenoqrafiyası, əng sinusiti olduqda isə diaqnostik punksiya ilə də təsdiq edilməlidir.

Aşağıdakı xəstəliklər bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi təhsil müəssisələrinə və hərbi liseylərə daxil olmağa mane olmur:

burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə yuxarı tənəffüs yollarının selikli qişasının davamsız subatrofik təzahürləri və burun arakəsməsinin əyriliyi;

diaqnostik punksiya zamanı irin və ya transudat alınmadığı və əng cibi dəliyinin keçiriciliyi saxlanıldığı halda, əng cibi selikli qişasının divaryanı qalınlaşması;

burunətrafı ciblərdə aparılmış cərrahi əməliyyatdan sonrakı qalıq əlamətləri (ağız dəhlizinin keçid büküşünün xətvari çapığı);

cərrahi əməliyyat aparılmış cibin burun boşluğu ilə dəlik vasitəsi ilə birləşməsi və ya rentgenoqramda vual).

Burunətrafı ciblərin barofunksiyasının pozulmalarının davamlı xarakteri şəhadətləndirilən şəxsin şikayətləri, burun boşluğunun vəziyyəti, təzyiqin dəyişmələrinə dözümlülüyün sınaqdan əvvəl və sonra burunətrafı ciblərin rentgenoloji müayinələrinin aparılması ilə barokamerada sınaqdan keçirilməsi, tibbi və xidməti xasiyyətnamələrin məlumatları əsasında təyin edilir.

Xroniki dekompensasiya olunmuş tonzillit dedikdə, xroniki tonzillitin tez-tez kəskinləşməsi, tonzillogen intoksikasiyanın (subfebrilitet, tez yorulma, süstlük, kefsizlik) olması, badamcıqlarətrafı toxumanın və regionar limfa düyünlərinin iltihab prosesinə cəlb edilməsi (paratonzilyar abses, regional limfadenit) və metatonzillyar fəsadlaşmalarla xarakterizə olunan forması başa düşülməlidir.

Xroniki dekompensasiya olunmuş tonzillitin obyektiv əlamətlərinə damaq badamcığını şpatellə basdıqda və ya onu zondlayarkən lakunadan irin ifrazı və ya kazeoz tıxacların çıxması, damaq badamcıqları üzərində kobud çapıqların olması, damaq qövslərinin hiperemiyası və ödemi, onların badamcıqlarla bitişməsi, epitelaltı qatda irinləmiş follikulların olması, döş-körpücük—məməyəbənzər əzələlərin ön kənarı boyunca limfa düyünlərinin böyüməsi aiddir.

Xroniki tonzillitin digər formaları bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi təhsil müəssisələrinə və hərbi liseylərə daxil olmağa mane olmur.

İlkin hərbi uçota götürülərkən, xroniki tonzillitin istənilən forması ilə vətəndaşlara müalicə təyin olunur.

İrinsiz sinusitlər hərbi təhsil müəssisələrinə və hərbi liseylərə daxil olmağa mane olmur.

 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin