«Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə


Maddə Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi



Yüklə 1,65 Mb.
səhifə59/92
tarix30.12.2021
ölçüsü1,65 Mb.
#18212
1   ...   55   56   57   58   59   60   61   62   ...   92
Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

56

Üz-çənə anomaliyaları (anadangəlmə inkişaf qüsurlarından başqa), dişlərin və onların dayaq aparatlarının digər xəstəlikləri və dəyişiklikləri, əng və çənənin xəstəlikləri:

 

 

 

a) tənəffüs, iybilmə, çeynəmə, udqunma və nitq funksiyalarının mühüm dərəcədə pozulması ilə

D

D

D

b) tənəffüs, iybilmə, çeynəmə, udqunma və nitq funksiyalarının mülayim dərəcədə pozulması ilə

C

C

C və ya B FƏRDİ

c) tənəffüs, iybilmə, çeynəmə, udqunma və nitq funksiyalarının cüzi dərəcədə pozulması ilə

A-3

A

A
HDQ, ÜH, DP, XQ-də FƏRDİ

ç) funksiyaların pozulması olmadan obyektiv məlumatlar olduqda

A-3

A

A

 

«a» bəndinə aşağıdakılar aiddir:

əngin və (və ya) çənənin cərrahi müalicədən sonrakı transplantatlarla əvəz edilməmiş defektləri;

müalicədən (o cümlədən, cərrahi müalicədən) səmərə olmadıqda və ya ondan imtina edildikdə, üz-çənə nahiyəsinin defektləri və deformasiyaları, habelə çənənin, əngin, tüpürcək vəzilərinin, gicgah-çənə oynaqlarının tez-tez kəskinləşən («Xəstəliklər cədvəli»nin I — II qrafası ilə şəhadətləndirilənlər üçün ildə 2 dəfədən çox, III qrafa ilə şəhadətləndirilənlər üçün ildə 4 dəfədən çox) xroniki xəstəlikləri, gicgah-çənə oynaqlarının ankilozu, çənənin kontrakturası və yalançı oynaqları;

üz-çənə nahiyəsinin müalicə olunmayan aktinomikozu.

Bəzi hallarda, hərbi xidməti vəzifələrini icra etmək qabiliyyəti saxlandıqda, üz-çənə nahiyəsinin qazanılmış defektləri və deformasiyaları olan zabitlər ortopedik müalicə metodlarının kafi nəticələri ilə «b» bəndi üzrə şəhadətləndirilə bilərlər.

«b» bəndinə aşağıdakılar aiddir:

dişləmin aralanmasının 5 mm-dən artıq olması və ya N.İ. Aqapova görə, çeynəmə səmərəliliyinin 60 faizdən az olması ilə səciyyələnən II — III dərəcəli dişləm anomaliyaları;

tez-tez kəskinləşmələrlə müşayiət olunan xroniki sialoadenitlər;

müalicəsi kafi nəticələnən üz-çənə nahiyəsinin aktinomikozu;

əng və çənənin, sekvestral boşluqların və sekvestrlərin olması ilə müşayiət olunan xroniki osteomieliti;

«Xəstəliklər cədvəli»nin I — II qrafası üzrə şəhadətləndirilənlərdə cərrahi müalicədən sonra transplantatla əvəz edilmiş çənə defekti.

Vətəndaşlar ilkin hərbi uçota götürülərkən «b» bəndində göstərilən xəstəliklərlə müalicəyə göndərilirlər. Hərbi qulluqçular müalicədən sonra «Xəstəliklər cədvəli»nin 61-ci maddəsi üzrə şəhadətləndirilirlər. Cərrahi müalicədən imtina edildikdə və ya cərrahi əməliyyatın nəticəsi qeyri-qənaətbəxş olduqda, şəhadətləndirilmə «a» və ya «b» bəndi üzrə keçirilir.

Əgər dişləm anomaliyalarına görə cərrahi müalicədən sonra 6 aydan az vaxt keçmişsə, vətəndaşlar ilkin hərbi uçota götürülərkən, hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər.

N.İ. Aqapova görə 60 faizdən az çeynəmə səmərəliliyi ilə II dərəcəli dişləm anomaliyası (dişləmin 5 mm-dən 10 mm-ə qədər aralanması) və ya dişləmin 10 mm-dən artıq aralanması ilə (çeynəmənin səmərəliliyi nəzərə alınmadan) II dərəcəli dişləm anomaliyası olduqda şəhadətləndirilmə bu maddənin «b» bəndi üzrə, 60 faiz və daha artıq çeynəmə səmərəliliyi ilə II dərəcəli dişləm anomaliyası (dişləmin 5 mm-dən 10 mm-ə qədər aralanması) olduqda şəhadətləndirilmə bu maddənin «ç» bəndi üzrə keçirilir.

I dərəcəli dişləm anomaliyasının (diş cərgələrinin 5 mm-ə qədər daxil olmaqla yerdəyişməsi) olması bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi təhsil müəssisələrinə və hərbi liseylərə daxil olmağa mane olmur.

 

 

 



 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin