Maddə
|
Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi
|
Hərbi xidmətə yararlılıq kateqoriyası
|
I qrafa
|
II qrafa
|
III qrafa
|
89
|
Nitq pozulmaları:
|
|
|
|
a) bütün nitq aparatını əhatə edən, tənəffüsün pozulması və nevrotik təzahürlərlə müşayiət olunan yüksək dərəcəli kəkələmə, nitqin çox çətin anlaşılmasına səbəb olan digər pozulmaları
|
C
|
C
|
C
|
b) nitqin kifayət qədər aydın olmamasına səbəb olan mülayim dərəcədə kəkələmə və digər nitq pozulmaları
|
B
|
B
|
B
|
Nitq pozulmaları ilə şəhadətləndirilənlər nevropatoloq, zəruri hallarda psixiatr və otorinolarinqoloq, imkan daxilində, həm də loqoped tərəfindən dərindən müayinə edilirlər. Hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar müayinənin nəticələri və hərbi hissədən, hərbi komissarlıqdan, hərbi xidmətə daxil olana qədər təhsil və ya iş yerindən alınmış və onun sağlamlıq vəziyyətini səciyyələndirən sənədlərin müfəssəl öyrənilməsi əsasında çıxarılır.
Kəkələmənin ifadə olunma dərəcəsi müxtəlif şəraitlərdə nitq funksiyasının vəziyyətinin dinamik müşahidəsi yolu ilə təyin edilir və xəstəliyin daha çox ifadə olunma məqamları üzrə qiymətləndirilir. Hərbi xidmətə yararlıq kateqoriyası haqqında qərar kəkələmənin şəhadətləndirilənin hərbi xidmət vəzifələrini icraetmə qabiliyyətinə nə dərəcədə təsir etməsi nəzərə alınmaqla çıxarılır.
Yalnız ifadənin başlanğıcında tələffüzün ləngiməsi, «büdrəməsi», çox da böyük olmayan (bir nəfəsə deyilən) ifadənin qalan sözləri sərbəst və ya azca ləngimiş, lakin sözlər təkrarlanmadan tələffüz olunduğu hallar hərbi xidmətkeçməyə mane olmayan mülayim dərəcəli kəkələmə hesab edilir.
1 nömrəli cədvəl
Dostları ilə paylaş: |