Yaxşı psixoloji mühitin
yaranmasının nəticəsi...
- Əcnəbi tələbələrin bilik
səviyyəsi ilə bağlı nə deyərdiniz?
- Əvvəllər ən çox çətinlik çəkən,
kəsiri olanlar əcnəbi tələbələr idi.
Onlar əvvəllər hansısa yolla im-
tahan verəcəklərini və qiymət ala-
caqlarını fikirləşirdilər. Amma
indi yaxşı anlayırlar ki, onların
oxumaqdan başqa ayrı çıxış yolla-
rı yoxdur. Buna görə imtahanlara
hazırlaşaraq gəlir, müvəffəqiyyət
də qazanırlar. Əcnəbi tələbələrin
uğurları heç də azərbaycanlı
tələbələrdən az deyil. Bunu yax-
şı pisxoloji mühitin yaranması
və sistemin düzgün qurulmasının
nəticəsi kimi izah etmək olar.
İmtahanın necə təşkil olunması
və keçirilməsi ilə bağlı nəzarətçilər
və tələbələrlə də görüşdük.
Nəzarətçilərdən Tibbi fizika və in-
formatika fakültəsinin əməkdaşı
Pəri İsaqovanın bildirdiyinə
görə, tələbələrin imtahan zalın-
da yerləşdirilməsi nəzarətçilər
tərəfindən aktiv şəkildə həyata ke-
çirilir: “Çalışırıq ki, eyni fəndən
imtahan verən tələbələr yan-
yana düşməsinlər. Onların tələbə
biletləri tərəfimizdən yoxlanır və
sonra kompyuter arxasında otur-
mağa icazə verilir. Hazırda şəffaf
imtahan gedir. Hələ ki elə bir
problemimiz yoxdur.”
Dostları ilə paylaş: |