HəRBİ Tİbb faküLTƏSİ TƏLƏBƏ elmi CƏMİYYƏTİNİN İlk konfransinda heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd edildi


Hərbi  Tibb  Fakültəsinin    I  tələbə  elmi  konf ran sı



Yüklə 21,08 Mb.
Pdf görüntüsü
səhifə29/29
tarix30.12.2021
ölçüsü21,08 Mb.
#24682
1   ...   21   22   23   24   25   26   27   28   29
Hərbi  Tibb  Fakültəsinin    I  tələbə  elmi  konf ran sı 

keçirilib. Konfransı Hərbi Tibb Fakültəsinin rəi si polkovnik-

leytenant Fəx rəddin Ağayev açaraq qeyd edib ki, tələbələrin 

elmi-tədqiqat işlərində aktiv olma ları onların həm elmi, həm 

də gələcək həkimlik karyeralarında çox önəmli rol oynayır. O, 

tədqiqatla məşğul olan və elmi iş hazırlayan aktiv tələbələri 

beynəlxalq  tibbi  konfranslara  göndərmək  üçün  əlindən 

gələni edəcəyini deyib: “Bu, sizlərdən istəyimizdir, fakültənin 

inkişafının istiqamətlərindən biridir. Yetər ki, siz elmi işlərdə 

aktivlik göstərin, özünüzü elm cəhətdən inkişaf etdirin.”  

Hərbi  Tibb  Fakültəsinin  Tələbə  Elmi  Cəmiyyətinin 

rəhbəri, eyni zamanda Hərbi Tibb Fakültəsi rəisinin 

elmi  işlər  üzrə  müavini,  tibb  xidməti  polkovnik- 

leytenantı  Pərviz  Məmmədov  da  çıxış  edərək 

bildirib  ki,  fakültəmizdə  Tələbə  Elmi  Cəmiyyəti  hələ 

yeni yaranmışdır. Bu, bizim ilk elmi konfransımızdır. 

Cəmiyyətin  yaranmasında    Hərbi  Tibb  Fakültəsinin  

tələbəsi  Əvəz Zeynallının böyük əməyi olmuşdur. 

Fakültənin  ilk  elmi  konfransında  4  məruzəçinin 

çıxış  edəcəyini  və  yetərincə  maraqlı  mövzuların 

dinləniləcəyini  söyləyən  P.Məmmədov    gələcək 

konfraslarda 

digər 


fakültələrin 

tələbələrinin 

Hərbi  Tibb  Fakültəsinə  aid  olan  kafedralardan 

götürdükləri  elmi  işlərini  dinləmək  və  onların 

tədqiqat  aparmalarına  şərait  yaratmaq  istəyində 

olduqlarını  deyib.  Konfransda  çıxış  edən  tələbələrə 

uğurlar arzulayaraq yer tuta bilməyən tələbələrimizi 

həvəsdən  düşməməyə  və  öz  üzərlərində  daha  çox 

çalışmağa çağırıb. 

Sonra  V  kurs,  1122

A

  qrup    tələbəsi  Fərid  Eldarlı 



“Diffuz toksik urlu xəstələrdə antitiroid preparatlarla 

müalicənin  qiymətləndirilməsi”,  V  kurs  1122

A

  qrup 


tələbəsi  Kərim  Hüseynov  “Baş  və  boyun  dərisinin 

yerli  yayılmış  xərçənginin  rekonstruktiv  plastik 

əməliyyatdan sonrakı yerli ağırlaşmalarının tədqiqi”, 

II  kurs,  1151

B

  qrup  tələbəsi  Hüseynxan  Hüseynov 



“Yaraların sağalması zamanı angiogenez” və I kurs,  

1111


A

  qrup  tələbəsi  Ayxan  Səfərov  “Azərbaycanda 

qaraciyər transplantasiyası” mövzulalarında məruzə-

lərlə çıxış ediblər.

Elmi məruzələr dinlənildikdən sonra tələbələr onlara 

ünvanlanan  suallara  cavab  veriblər.  Konfransda 

iştirak  edən  zabit  və  müəllim  heyətinin  üzvlərindən 

Hərbi  Səhra  Cərrahiyyəsi  kafedrasının  rəisi,    tibb 

xidməti  polkovniki  Niyazi  İsayev  və  Hərbi  Səhra 

Terapiyası kafedrasının rəisi, tibb xidməti polkovniki 

Saqil  Məmmədov  təşkilatçılara  təşəkkür  edərək 

tədqiqatçı  tələbələrin  çıxışlarından  razı  qaldıqlarını 

bildiriblər. 

Münsiflər heyətinin qərarı ilə birinci yeri Hərbi Tibb 

Fakültəsi V  kurs kursantı Kərim Hüseynov tutub.

Konfrasda  çıxış  edən  4  tələbədən  biri  “Ən  yaxşı 

tələbə elmi işi” nominasiyasında qalib seçilib, digər 

3 tələbə isə “ İlin ən yaxşı tədqiqatçı tələbəsi” adına 

layiq görülüblər.

 Sonda fakültənin rəisi Fəxrəddin Ağayev tədqiqatçı 

tələbələrə 

qazandıqları 

nominasiyaya 

uyğun 


diplomlar təqdim edərək çıxışlarından razı qaldığını 

və növbəti illərdə elmi iş götürən tələbələrin sayının 

artacağına  inandığını bildirib. 

 

Əvəz ZEYNALLI



Hərbi Tibb Fakültəsi Tələbə Elmi 

Cəmiyyətinin sədri

HƏRBİ TİBB FAKÜLTƏSİ TƏLƏBƏ ELMİ 

CƏMİYYƏTİNİN İLK KONFRANSINDA

Yüklə 21,08 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin