HəRBİ Tİbb faküLTƏSİ TƏLƏBƏ elmi CƏMİYYƏTİNİN İlk konfransinda heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd edildi


Mikrobiologiya və İmmunologiya kafedrasının



Yüklə 21,08 Mb.
Pdf görüntüsü
səhifə24/29
tarix30.12.2021
ölçüsü21,08 Mb.
#24682
1   ...   21   22   23   24   25   26   27   28   29
Mikrobiologiya və İmmunologiya kafedrasının 

əməkdaşları Kiprdə keçirilən 30-cu ANKEM-də 

iştirak ediblər

u

 



 

Azərbaycan Tibb Universitetinin (ATU) 

rektoru, akademik Əhliman Əmiraslanov 

sonuncu kurs tələbələrinin Yekun Dövlət Attestasi-

yası və digər kurslarda isə semestr imtahanları verən 

tələbələrlə görüşüb, imtahanların gedişi ilə maraqla-

nıb. İmtahandan uğurla keçən tələbələri təbrik edən 

rektor onlara gələcək təhsillərində uğurlar diləyib.

 Qeyd edək ki, ATU-da imtahanlara may ayının 11-

dən start verilib. Artıq 5000-ə yaxın tələbə imtahandan 

keçib. İmtahanlar müalicə-profilaktika, stomatologiya

pediatriya, əczaçılıq, tibbi profilaktika və hərbi tibb 

fakültələrində aparılır.

Artıq üç ildir ki, Tibb Universitetində imtahanlar 

obyektivliyin tam qorunması məqsədilə test üsulu ilə

kompüterlər vasitəsilə aparılır. İmtahan şərtlərinə görə, 

tələbələr 1 saat ərzində 50 sualı cavablandırmalıdırlar. 

İmtahan zamanı yığıla biləcək ən yüksək bal 50-dir. Belə 

ki, hər sual bir balla qiymətləndirilir.

İmtahanlar zamanı Virtual Test Mərkəzində 220 

kompyuter tələbələrin ixtiyarına verilir. Gün ərzində bu 

mərkəzdə 2500-3000 tələbənin imtahan verməsi müm-

kündür. Hər tələbə öz məxfi kodu ilə sistemə daxil olaraq 

sualları cavablandırır və sonda imtahanın nəticəsini 

görərək zalı tərk edir. İmtahanların gedişinə müşahidə 

kameraları və imtahanlara nəzarət qrupunun əməkdaşları 

tərəfindən nəzarət olunur.




Yüklə 21,08 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin