HƏRBİ Tİbb faküLTƏSİ TƏLƏBƏ elmi CƏMİYYƏTİNİN İlk konfransinda heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd edildi



Yüklə 21.08 Mb.
Pdf просмотр
səhifə3/4
tarix17.12.2016
ölçüsü21.08 Mb.
1   2   3   4

sıra kəndlərində əhalinin tibbi 

müayinə və müalicə kampaniyası 

həyata keçirilib.

1-2  mayda  keçirilən  aksiyanın  əsas 

məqsədi kəndlərdə yaşayan sakinlərin tibbi 

müayinəsi  və  aşkar  olunan  xəstələrə  ixti-

saslaşmış tibbi yardım göstərməkdən ibarət 

olmuşdur.

Aksiya zamanı Kürdəmirin sakinləri ətraflı 

tibbi  müayinədən  keçib,  əhaliyə  konsulta-

tiv və müvafiq tibbi-profilaktik yardım təşkil 

edilib. Ayrı-ayrı şəxslərə yerindəcə tibbi yar-

dım göstərilib. Müayinə nəticəsində bir sıra 

xəstəlikləri aşkar olunmuş sakinlərin müva-

fiq  müalicə  prosedurlarına  cəlb  olunması 

qərara alınıb.

Aksiyada Azərbaycan Tibb Universitetinin 

yüksək ixtisaslı həkim-mütəxəssisləri iştirak 

ediblər. Kürdəmirə ezam olunan tibbi briqa-

danın tərkibinə ginekoloq Quliyeva Səkinə, 

pediatr Cəfərov Asif, oftalmoloq Bayramov 

Zamin,  onkoloq  Quliyeva  Tamara,  cərrah 

Məmmədov Ruslan, endokrinoloq İsmayılo-

va  Könül,  terapevt-kardioloq  Əfəndiyev  İb-

rahim, USM həkimi Əliyeva Səidə, onkoloq  

Mehdiyeva  Elnarə,  dəri-zöhrəvi  xəstəlikləri 

həkimi  Ağazadə  Maqsud,  qulaq-burun-bo-

ğaz xəstəlikləri həkimi Qurbanov Ülfət, nev-

ropatoloq Musayeva Aygün daxil olub.

Qeyd  edək  ki,  Azərbaycan  Tibb  Univer-

sitetinin  rektoru  Əhliman  Əmiraslanov  65 

saylı  Saatlı-Sabirabad-Kürdəmir  seçki 

dairəsindən  deputat  seçilib.  Millət  vəkilinin 

təşəbbüsü ilə hər il bir neçə dəfə adıçəkilən 

rayonların  əhalisinin  tibbi  müayinə  və 

müalicəsi təşkil olunur.

u

 

  



Bu il Azərbaycanda Qızıl 

Aypara Cəmiyyətinin 

yaranmasının 95-ci ili 

tamam olur. Bu münasibətlə Qızıl 

Aypara Cəmiyyəti öz missiyasına 

uyğun olaraq silsilə humanitar 

tədbirlər həyata keçirir.

Qızıl Aypara Cəmiyyəti 

tərəfindən Azərbaycanda 

keçirilən tədbirlərdən biri də 

qanvermə aksiyasıdır. Fəxrlə 

qeyd etmək istəyirik ki, belə 

aksiyalardan biri bu günlərdə 

Azərbaycan Tibb Universitetinin 

(ATU) Tədris  Cərrahiyyə Klini-

kasında təşkil edilmişdir.

   Azərbaycan Qızıl Aypara 

Cəmiyyətinin icraçı katibinin 

müavini Ceyhun Mirzəyev 

qeyd edib  ki, qanvermə aksiyalarının 

təşkilində məqsəd ölkəmizdə könüllü qan 

donorluğu sahəsinin inkişafına yardım-

çı olmaqdır: “Bu aksiyalar mütəmadi 

olaraq həm Bakıda, həm də Azərbaycanın 

bölgələrində təşkil olunur. Tibb 

Universitetində təşki edilən aksiya bu il 

ərzində keçirdiyimiz ikinci tədbir idi”.

   Tədris Cərrahiyyə Klinikasında təşkil 

edilən aksiyada 70 nəfərə yaxın könüllü 

iştirak edib, qan veriblər. C.Mirzəyev 

aksiyanın yüksək səviyyədə təşkilinə 

görə təmsil etdiyi təşkilatın rəhbərliyi 

adından Tibb Universite-

tinin rektoru, akademik 

Əhliman Əmiraslanova, 

o cümlədən  ATU-nun 

Tədris Cərrahiyyə Kli-

nikasının kollektivinə 

təşəkkürünü bildirib.

Qeyd edək ki, bu 

tədbirin təşkilində qan 

donorluğunun inkişafına 

dair  işçi qrupun üzvləri 

də yaxından iştirak 

ediblər. Sözügedən İşçi 

Qrup ötən ilin iyununda yaradılıb. Bu 

qurumun uğurlu və faydalı əməkdaşlığı 

sayəsində Azərbaycanda Gənc Qan Do-

norlarının 1 Forumu təşkil olunub.

QANVERMƏ AKSİYASI

Kürdəmirdə əhali tibbi müayinədən keçirildi

Əməkdaşlarımız Kopenhagendə 

beynəlxalq konqresdə

ATU-nun prorektoru Avstriyada 

seminarda iştirak edib

u

 



 

Türkiyəli  mütəxəs-

sis lər  ATU-da  rezi-

dent lər 

üçün 

seminar 

keçir  dilər.

Azərbaycan  Tibb  Universi-

tetində 

(ATU) 


Türkiyəli 

mütəxəssislərin  iştirakı  ilə 

rezidentlər  üçün  seminar-

lara  start  verilib.  Tədbirdə 

Türkiyənin  Cümhuriyyət  Uni-

versitetinin  Tibb  fakültəsinin 

əməkdaşları iştirak ediblər.

Mevlana  Mübadilə  Proqramı  çər çivə-

sində  baş  tutan  seminar  zamanı  Sivas 

şəhərində  yerləşən  Cümhuriyyət  Univer-

sitetinin  Ümumi  Cərrahlıq  kafedrasının 

Cərrahi  Onkologiya  şöbəsinin  professo-

ru  Kurşat  Karadayı  “Bədxassəli  perito-

neal  mezoteliomada  hipertermik  kimya 

perfuziyası”  mövzusunda  mühazirə  ilə 

çıxış edib. Döş qəfəsi cərrahlığı kafedra-

sının dosenti Şülə Karadayı isə “Emfize-

ma  zamanı  həcm  azaldıcı  əməliyyatlar” 

və  “Pnevmotoraks”  mövzuları  ilə  bağlı 

məlumatları açıqlayıb.

Səfər 

zamanı 


türkiyəli 

mütəxəssislər  həmçinin  ATU-nun 

Tədris-Cər rahiyyə    Klinikasında 

gənc  müəllim  və  rezidentlərlə  gö-

rü şüblər,  klinikalarda  yaradılmış 

şərait,  iş  rejimi  ilə  tanış  olublar. 

Daha  sonra  türkiyəli  qonaqlar 

ATU-nun Xarici Əlaqələr üzrə pro-

rektoru    Rəhimə  Qabulova  ilə  də 

görüşüblər.

Görüş  zamanı  ATU-nun  rezi-

dent lərinin Sivasdakı Cüm  huriy  yət 

Universitetində təc rübə keçməsinin 

təşkili  ilə  bağlı  məsələ    müzakirə 

olunub.  Universitetlər  arasında  re-

zident mübadiləsinə dair protokolun hazır-

lanması və yaxın zamanlarda imzalanma-

sına dair ilkin razılıq əldə olunub. Görüşdə 

ATU-nun  beynəlxalq  əlaqələr  şöbəsinin 

müdiri Nadir Zeynalov, ATU-nun Mevla-

na Mübadilə Proqramı üzrə koordinatoru 

İsmayıl Əfəndiyev iştirak ediblər.

Qeyd edək ki, növbəti həftə Cümhuriyyət 

Universitetinin  professorları  ATU-nun 

Onkoloji  Klinikasında  rezidentlər  qarşı-

sında mühazirə ilə çıxış edəcək, həmçinin 

rezidentlərin  ATUREK  konfransına  da 

qatılacaqlar.



Türkiyəli mütəxəssislər rezidentlər üçün 

seminar keçirdilər

14 may  2015-ci il

http://www.amu.edu.az

7

u      Serbiya  Respublikasının  nümayəndə  heyəti 



Azərbaycan  Tibb  Universitetində  (ATU)  qonaq  olub. 

Serbiyanın  Azərbaycandakı  fövqəladə  və  səlahiyyətli 

səfiri  Neboyşa  Rodiç,  Belqrad  Universitetinin 

Stomatologiya 

fakültəsinin 

dekanı 

Dr.Miroslov 

Vukadinoviç  ATU-nun  beynəlxalq  əlaqələr  üzrə 

prorektoru  dosent  Rəhimə  Qabulova,  beynəlxalq 

əlaqələr üzrə şöbə müdiri dosent Nadir Zeynalov və 

stomatologiya  fakültəsinin  dekanı  professor  Zöhrab 

Qarayev ilə görüşüblər. 

Görüş  zamanı  qonaqlara  ATU-nun  fəaliyyəti, 

fakültələri,  son  illər  istifadəyə  verilmiş  klinikaları 

haqqında məlumat verilib. Səfir isə öz növbəsində 

həm  Azərbaycanın,  həm  də  yerli  Universitetlərin 

sürətlə  inkişafının  göz  önündə  olduğunu  deyib. 

Onun  sözlərinə  görə,  Serbiyada  da  Azərbaycan 

Universitetlərinə maraq artmaqdadır.

Görüş  zamanı  tərəflər  ATU  ilə  Serbiya  ara-

sında  tələbə  mübadiləsinin  reallaşdırılmasının 

vacibliyindən də danışıblar. ATU-nun stomatologiya 

fakültəsi  ilə  Belqrad  Universitetinin  stomatologiya 

fakültəsi  arasında  əlaqələrin  genişləndirilməsi,  iki 

müəssisə  arasında  rezident  mübadiləsi  aparmaq 

haqqında ilkin razılıq əldə olunub.

Qeyd  edək  ki,  səfər  zamanı  qonaqlar  ATU-nun 

Stomatoloji  Klinikasında  da  olublar.  Onlar  müasir 

avadanlıqlarla  təchiz  olunmuş  klinikada  yaradılan 

şəraiti yüksək qiymətləndiriblər.

 

A.Kosayev  1955–ci  ilin  21 

mayında  Azərbaycanın  dilbər 

guşələrindən  biri–şairlər  yurdu  

Qazax  rayonunun  Əli  Bayramlı 

(indiki Aslanbəyli) kəndində  ana-

dan  olub.  O,  1972-ci  ildə  kənd 

orta  məktəbini  müvəffəqiyyətlə 

başa vuraraq keçmiş sovet ordu-

su sıralarında hərbi xidmət etmiş-

dir. 

A.Kosayev 



1975-ci 

ildə 


N.Nərimanov  adına  Azərbaycan 

Tibb İnstitutunun (indiki ATU) ha-

zırlıq  şöbəsinə,  1976-cı  ildə  isə 

bu institutun I müalicə-profilaktika 

fakültəsinə  daxil  olur.  Tələbəlik 

illəri  zamanı  TEC-in  konfransla-

rında fəal iştirak edir, yazdığı elmi 

iş  üçün  “Ən  yaxşı  əsərə  görə” 

medalı  ilə  təltif  olunur.  1982-ci 

ildə  təhsilini  “Fərqləmə”  diplomu 

ilə  bitirən  A.Kosayev  Respublika 

Klinik Xəstəxanasında cərrahiyyə 

ixtisası  üzrə  internatura  keçir. 

1983-  1986-cı  illərdə  15  saylı   

Birləşmiş  Şəhər Xəstəxanasında 

həkim-cərrah,  1987-1992-ci  illər-

də  13  saylı  Birləşmiş    Şəhər 

Xəstəxanasında  baş  həkimin 

müavini  və  eyni  zamanda  Sura-

xanı rayon səhiyyə şöbəsinin baş 

eksperti  kimi  çalışmışdır.  1993-

1995-ci illərdə Bakı şəhər 31 say-

lı poliklinikanın baş həkimi, 1996-

1998-ci  illərdə  isə  baş  həkimin 

müavini vəzifələrində çalışmışdır. 

1998-ci  ildə  A.Kosayev  müsa-

biqə  yolu  ilə  ATU-nun    operativ 

cərrahlıq və topoqrafik anatomiya 

kafedrasına  işə  qəbul  olunur  və 

taleyini  Azərbaycan Tibb Univer-

siteti ilə bağlayır. 2002-ci ildən ka-

fedranın  tədris  hissə  müdiri  kimi 

fəaliyyətini  davam  etdirən  Arif 

müəllim  elmi-pedaqoji  işlərlə  ya-

naşı,  universitetin  həyatında  baş 

verən  ictimai,  siyasi  və  mədəni–

kütləvi  tədbirlərdə  də  fəallıq 

göstərir. Mənəvi saflığa, dönməz 

əqidəyə və siyasi biliyə malik olan 

Arif müəllim 2001-ci ildən YAP-ın 

fəal üzvüdür.

O, “Bel və peritonarxası sahə-

nin topoqrafiyası və cərrahi əməl-

liyyatları”,  “Operativ  cərrahlıq  və 

topoqrafik  anatomiya  fənni  üzrə 

tədris  proqramı”,  “Üzün  toxu-

ma  sahələrində  irinli  proseslərin 

cərrahi  müalicəsi”,  “Ətraflarda 

baş  verən  irinli  iltihabi  proseslər 

za manı  irin  toplantılarının  ya-

yılmasının  topoqrafo-anatomik 

xüsusiyyətləri”  kimi  tədris  me-

todik,  dərs  vəsaitlərinin  və  bir 

sıra  elmi  məqalələrin  müəllifidir. 

Onun  bu  illər  ərzindəki  elmi-pe-

daqoji fəaliyyəti dövlət tərəfindən 

dəyərləndirilərək  “Əməkdə  igid-

liyə  görə”  medalına  və  bir  sıra 

fəxri  fərmanlara  layiq  görülmüş-

dür.  “Zərrələrdən    zirvəyə”  adlı 

elmi-  fəlsəfi,  tibbi  ensiklopedik 

topluda  Arif  Kosayevin  həyat  və 

fəaliyyəti  geniş  işıqlandırılmış, 

yüksək  əxlaqlı  ziyalı,  təcrübəli 

müəllim,  xeyirxah  insan  kimi 

göstərilmişdir. 

Arif  müəllim  həm  də  qayğıkeş 

ailə  başçısıdır.  Onun  ömür-gün 

yoldaşı Rima xanım ixtisasca bi-

oloqdur.  3  övladı  atası  olan  Arif 

müəllimin  yolunu  qızları  davam 

etdirir. Ülviyyə oftalmoloq, Günay 

isə  cərrahlıq  peşəsinə  yiyələnib. 

Oğlu Rəşad isə bank sistemində 

çalışır.  

Baş  müəllim  A.Kosayev  ni-

zam-intizamı  ilə  həmişə  kafed-

rada  nümunəvi  olmuş,  tələbə 

və  müəllim  kollektivinin  daim 

hörmətini  qazanmışdır.  Doğma 

kollektiv  Arif  müəllimi  qarşıdan 

gələn 60 illik yubileyi münasibətilə 

təbrik  edir  və  ona  həyatda  ən 

vacib  nemət  olan  cansağlığı, 

işlərində yeni-yeni nailliyyətlər ar-

zulayır.


L.MƏMMƏDOV,

Operativ cərrahlıq və topoqrafik 

anatomiya kafedrasının müdiri, 

professor

Təcrübəli müəllim, xeyirxah insan

U

niversitetimizin operativ cərrahlıq və topoqrafik 

anatomiya kafedrasının baş müəllimi Arif Abdulla 

oğlu Kosayevin 60 yaşı tamam olur.

Arif Kosayev-60

u

 



   

Azərbaycan Tibb Universitetində (ATU) 

II Dünya Müharibəsində faşizm üzərində 

qələbənin 70-ci ildönümü – 9 May qələbə 

günü münasibətilə tədbir keçirilib. Universitetdə 

çalışan müharibə veteranları və “1941-1945-ci illərdə 

vətən müharibəsində fədakar əməyə görə” medalı ilə 

təltif edilmiş arxa cəbhə veteranları ATU rəhbərliyi 

tərəfindən hərbi vətənpərvərlik mövzusunun təbliğində 

xüsusi fəallıqlarına görə pul mükafatı və dəyərli 

hədiyyələrlə təltif ediliblər.

 Görüşdə ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov 

müharibə veteranlarını yubiley münasibəti ilə təbrik edərək onlara 

möhkəm cansağlığı arzulayıb: “Mən həmişə deyirəm ki, müharibə 

iştirakçıları öz həyatlarını riskə qoyub qəhrəman olan insanlardır. 

Sizlər Tibb Universitetinin qızıl fondusunuz, bizim üçün həmişə 

yüksəkdəsiniz. Həmin illərdə göstərdiyiniz fədakarlığı heç vaxt 

unutmayacağıq”. 

   Tədbirdə iştirak edən müharibə veteranları da rektor Əhliman 

Əmiraslanova göstərilən diqqət və qayğıya görə təşəkkürlərini 

bildirdilər, müharibə illəri ilə bağlı xatirələrini danışdılar.

   Tədbirin sonunda ATU-nun veteran təmsilçiləri: terapevtik 

stomatologiya kafedrasının dosenti, müharibə veteranı Mirzəyev 

Rüstəm Bəhman oğlu, uşaq və yeniyetmələrin gigiyenası kafedra-

sının dosenti, arxa cəbhə veteranları Orucov Rəhim Alməmməd 

oğlu, kommunal və qidalanma gigiyenası kafedrasının professoru   

Qasımov Maqsud Səfər oğluna  500 AZN məbləğində pul mükafatı 

və hədiyyələr təqdim olundu.



Veteran əməkdaşlar mükafatlandırıldı

Serbiyanın səfiri ATU-

nun qonağı oldu

u

 



“Azərbaycan Tibb Universitetinin (ATU) Mikrobiologi-

ya və İmmunologiya kafedrasının əməkdaşları 6-11 may 

2015-ci ildə Kiprdə keçirilən 30-cu “Antibiotiklər və Kimyəvi 

reapiya Konqresi”ndə (30-cu ANKEM) iştirak ediblər.

 Dosent Ramin Bayramlı və t.ü.f.d., assistent Yavər Hacı-

yevin qatıldığı toplantı çərçivəsində antibiotiklərin rasional 

istifadəsinə dair müasir elmi məruzələr dinlənilib, CLSI (Clini-

cal and Laboratory Standards Institute) və EUCAST (European 

Committee on Antimicrobial Susceptibility Testing) tərəfindən 

tərtib edilmiş son protokollar müzakirə edilib. Toplantıda yeni 

antimikrob preparatlar, o cümlədən C Hepatitinin müalicəsində 

əldə edilən nailiyyətlərdən söhbət açılıb. Konqresə qatılan 

alimlər 2020-2025-ci illərdə inkişaf etmiş ölkələrdə Hepatit 

C-nin nadir rast gəlinən xəstəliklərdən olacağını bildiriblər. 

Çünki artıq yeni preparatlar vasitəsilə bu xəstəliyin tam 

müalicəsi mümkündür.

   30-cu ANKEM konqresinin Elmi Məsləhət Komitəsinin 

üzvü olan dosent Ramin Bayramlı Türkiyə İnfeksion xəstəliklər 

və Klinik Mikrobiologiya Uzmanlıq Dərnəyinin sədri (EK-

MUD) prof.dr. İftihar Köksal ilə birlikdə 30-cu ANKEM 

konqresinin “Müasir dövrün təhlükəli infeksiyaları” bölməsinə 

sədrlik edib. Bu toplantıda Ebola, MERS-coV kimi son döv-

rün təhlükəli infeksiyaları, bölgədə son zamanlar baş verən 

müharibələr nəticəsində milyonlarla insanın qaçqın vəziyyətinə 

düşməsi ilə əlaqədar alovlanan infeksiyalar müzakirə edilib.

 R.Bayramlı erməni təcavüzü nəticəsində Azərbaycanın 1 

milyondan çox qaçqınının olduğunu və Azərbaycan dövlətinin 

vətəndaşlarını infeksiyalardan qorumaq üçün həyata keçir-

diyi tədbirləri, həmçinin Suriyadan köçürülən ermənilərin 

nəzarətsiz zona olan və narkotiklərin qanunsuz dövriyyəsi ge-

niş yayılan Qarabağa yerləşdirilməsi ilə burada artan infeksiya 

təhdidini toplantıya qatılanların diqqətinə çatdırıb.

30-cu ANKEM konqresində ATU əməkdaşları elmi işlərinə 

dair şifahi və poster məruzələri ilə çıxış ediblər.



Mikrobiologiya və İmmunologiya kafedrasının 

əməkdaşları Kiprdə keçirilən 30-cu ANKEM-də 

iştirak ediblər

u

 



 

Azərbaycan Tibb Universitetinin (ATU) 

rektoru, akademik Əhliman Əmiraslanov 

sonuncu kurs tələbələrinin Yekun Dövlət Attestasi-

yası və digər kurslarda isə semestr imtahanları verən 

tələbələrlə görüşüb, imtahanların gedişi ilə maraqla-

nıb. İmtahandan uğurla keçən tələbələri təbrik edən 

rektor onlara gələcək təhsillərində uğurlar diləyib.

 Qeyd edək ki, ATU-da imtahanlara may ayının 11-

dən start verilib. Artıq 5000-ə yaxın tələbə imtahandan 

keçib. İmtahanlar müalicə-profilaktika, stomatologiya, 

pediatriya, əczaçılıq, tibbi profilaktika və hərbi tibb 

fakültələrində aparılır.

Artıq üç ildir ki, Tibb Universitetində imtahanlar 

obyektivliyin tam qorunması məqsədilə test üsulu ilə, 

kompüterlər vasitəsilə aparılır. İmtahan şərtlərinə görə, 

tələbələr 1 saat ərzində 50 sualı cavablandırmalıdırlar. 

İmtahan zamanı yığıla biləcək ən yüksək bal 50-dir. Belə 

ki, hər sual bir balla qiymətləndirilir.

İmtahanlar zamanı Virtual Test Mərkəzində 220 

kompyuter tələbələrin ixtiyarına verilir. Gün ərzində bu 

mərkəzdə 2500-3000 tələbənin imtahan verməsi müm-

kündür. Hər tələbə öz məxfi kodu ilə sistemə daxil olaraq 

sualları cavablandırır və sonda imtahanın nəticəsini 

görərək zalı tərk edir. İmtahanların gedişinə müşahidə 

kameraları və imtahanlara nəzarət qrupunun əməkdaşları 

tərəfindən nəzarət olunur.



Rektor imtahanların gedişi 

ilə maraqlanıb

ATU-nun mətbuat xidməti

http://www.amu.edu.az

14  may 2015-ci il

 

Kafedranın  dosenti,  tibb 

elmləri  namizədi  Yalçın  Sa-

lih  oğlu  Salihov  aprelin  16-da 

qəflətən dünyasını dəyişmişdir. 

Yalçın  Salihov  1944-cü  ildə 

Bakı  şəhərində  görkəmli  alim 

və  həkim  ailəsində  dünyaya 

göz açıb. 

O,  orta  məktəbi  bitirdikdən 

sonra 1961-ci ildə N.Nərimanov 

adına  Azərbaycan  Tibb  İnsti-

tutunun  (indiki  ATU)  müalicə-

profilaktika  fakültəsinə  qəbul 

olmuşdur. 

1967-ci  ildə  institutu  bitirib 

bir il Klinik-Eksperimental Elmi-

Tədqiqat  İnstitutunda  (indiki 

Cərrahiyyə Mərkəzi) işləmişdir. 

1968-1970-ci  illərdə  Azər-

bay  can  Tibb  İnstitutunun 

cərrahiyyə  ixtisası  üzrə  aspi-

ranturasında  təhsil  almışdır. 

1970-ci  ildə  namizədlik  dis-

sertasiyasını  müdafiə  edərək 

tibb  elmləri  namizədi  alimlik 

dərəcəsini almışdır. 

1970-1985-ci  illərdə  Y.Sali-

hov  Azərbaycan  Tibb  Univer-

sitetinin  assistent  vəzifəsində 

çalışmış,  1985-ci  ildən  ATU-

nun II cərrahi xəstəliklər kafed-

rasının dosenti olmuşdur. 

Əlcəzair  Xalq  Demokra-

tik  Respublikasında  və  Sə-

u diy yə  Ərəbistanında  baca-

rıqlı  bir  cərrah  kimi  fəaliyyət 

göstərmişdir. 

Həmişə  özünün  elmi  və  pe-

daqoji  səviyyəsini  artıran  Yal-

çın  müəllim  50-dən  çox  elmi 

əsərin, metodik vəsait və 3 mo-

noqrafiyanın müəllifidir. 

Kollektiv və tələbələr arasın-

da böyük nüfuz sahibi idi Yal-

çın müəllim. Gənc müəllimlərə 

həmişə  kömək  edir,  pedaqoji 

səriştərələrinin  yüksəlməsinə 

yardımçı  olurdu.  Səhiyyə 

mütəxəssislərinin 

sertifika-

siyası  üzrə  ixtisas  komissi-

yasının  üzvü  idi,  bir  sıra  tibb 

müəssisələrinin 

konsultantı 

kimi fəaliyyət göstərirdi. 

Onun həyat və fəaliyyəti hər 

bir gənc həkim və tələbə üçün 

mənəviyyat  dərsi,  kamillik  və 

müdriklik məktəbi olmuşdur.

Yalçın müəllimin zəngin elmi-

pedaqoji  və  praktiki  fəaliyyəti 

Azərbaycan  səhiyyəsinin  par-

laq səhifələrindəndir. 

O həm də gözəl ailə başçısı 

idi, 2 övladı və 3 nəvəsi var. 

Gözəl insan, qayğıkeş ziyalı, 

etibarlı  dost  və  yoldaş  Yalçın 

müəllimin  əziz  xatirəsini  doğ-

ma kafedranın və fakültəmizin 

əməkdaşları, sevimli tələbələri 

heç zaman unutmayacaqlar.

Allah rəhmət eləsin, qəbri 

nurla dolsun! !



II cərrahi xəstəliklər kafedrası-

nın əməkdaşları

  

II  müalicə-profilaktika    fakül təsi nin  III 

kurs,  302

a

  qrup tələbəsi Məmmədzadə Fi-



dan  Firdovsi  qızının  adına  verilmiş  tələbə 

bileti itdiyi üçün etibarsız sayılır. 

Stomatologiya fakültəsinin V kurs,  703

a

 



qrup tələbəsi  Rüstəmli Fərid Soltan oğlu-

nun  adına  verilmiş  qiymət  kitabçası  itdiyi 

üçün etibarsız sayılır.

II  müalicə-profilaktika  fakül təsinin  V 

kurs,  364

a

  qrup tələbəsi Nəsirli Ziba Yu-



sif qızının adına verilmiş tələbə bileti itdiyi 

üçün etibarsız sayılır.

I  müalicə-profilaktika    fakül tə sinin  I 

kurs,  37

a

  qrup tələbəsi İnam Burakın  adı-



na verilmiş tələbə bileti itdiyi üçün etibar-

sız sayılır. 

I  müalicə-profilaktika    fakültə sinin  II 

kurs,  70

a

  qrup tələbəsi İsmayılzadə Gülgəz 



Fərman  qızının  adına  verilmiş  qiymət  ki-

tabçası itdiyi üçün etibarsız sayılır. 

Əczaçılıq  fakültəsinin  IV  kurs,    875

a

  



qrup tələbəsi Al Saffar Al-Hüseyin Camal 

Davudun  adına  verilmiş  qiymət  kitabçası 

itdiyi üçün etibarsız sayılır. 

I  müalicə-profilaktika    fakültə sinin  II 

kurs,  70

a

  qrup tələbəsi İsmayılzadə Gülgəz 



Fərman  qızının adına verilmiş qiymət ki-

abçası itdiyi üçün etibarsız sayılır. 

II  müalicə-profilaktika    fakültə sinin  II 

kurs,  272

a

  qrup tələbəsi Quluzadə Yaqut 



Əfqan  qızının adına verilmiş qiymət kitab-

çası itdiyi üçün etibarsız sayılır. 

Stomatologiya fakültəsinin V kurs,  705

a

 



qrup  tələbəsi    Yusifzadə  Eyvaz  Fərman 

oğlunun  adına  verilmiş  tələbə  bileti  itdiyi 

üçün etibarsız sayılır.

Pediatriya    fakültə sinin  VI  kurs,    420

b

  

qrup  tələbəsi  Babazadə  Həcər  Vüqar  qızı-



nın  adına  verilmiş  qiymət  kitabçası  itdiyi 

üçün etibarsız sayılır. 

Baş redaktor


Каталог: uploads -> xeberler -> tebib q
tebib q -> Azərbaycan Tibb Universiteti üzrə 2013/2014 cü tədris ilində
tebib q -> Beş günlük rezident ol
tebib q -> Tələbələr robotlar üzərində təcrübə keçirlər Azərbaycan Tibb Universiteti rezidentlərinin
tebib q -> Uroloqlar Assosiasiyasının növbəti tədbiri keçirildi Macarıstanın Semmelveis Universiteti ilə anlaşma memorandumu imzalanıb
tebib q -> Uşaqların göz sağlamlığı Ötən il oxuculara nümunəvi xidmət göstərilmişdir
tebib q -> Tibb Universitetində yeni əczaçılıq laboratoriyası açılıb Macarıstanın Azərbaycandakı səfiri Tibb Universitetində olub
tebib q -> İran nümayəndə heyəti atu- da qonaq oldu qiş İmtahan sessiyasina start veriLDİ
tebib q -> Universitetimizin prorektoru Türkiyədə Azərbaycanı təmsil edib Yeni rektor universitetin
tebib q -> Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib


Поделитесь с Вашими друзьями:
1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə